Kvitrafn | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Eynar Selvik |
Ləqəbi | Kvitrafn |
Doğum tarixi | 18 noyabr 1979 |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqiçi |
Fəaliyyət illəri | 1995 - h.h. |
Janrlar | Black metal, heavy metal, treş metal, folk metal |
Musiqi alətləri | Zərb, vokal, gitara, bas gitara, piano, bəstəkar |
Əlaqələri | Det Hedenske Folk, Mortify, Bak de Syv Fjell, Gorgoroth, Wardruna, Jotunspor, Sahg, Dead to this World, Faun (band), Kaunan, Skuggsjá |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Eynar Selvik (18 noyabr 1979, Bergen), eyni zamanda Kvitrafn ("ağ qarğa") səhnə adlı,[1] 2000–2004-cü illərdə Gorgoroth black metal qrupunda nağara ifaçısı və 2002-ci ildə əsası qoyulmuş Nordik folklor layihəsi olan Wardruna[2] qrupunun solisti kimi tanınan norveçli musiqiçidir[3] Selvikin Vikinqlər serialı üçün yazdığı açılış mahnısı ona və Vardrunaya beynəlxalq şöhrət qazandırdı. Eynar həm də şouda aktyor kimi iştirak edib.[4]
Eynar Selvik Bergen şəhərindən avtomobillə təxminən 35 dəqiqəlik məsafədə, Norveçin qərb sahilində yerləşən, kiçik bir daxili ada olan Osteroyda doğulub böyüyüb. Yeniyetməlik illərində runlar haqqında tapdığı əski kitab onu xristianlıqdan öncəki vikinq mədəniyyəti ilə tanış olmağa təşviq etdi.[5]
Eynar Selvik animizmlə səciyyələnən müasir bütpərəstliyin tərəfdarıdır. 2017-ci ildə Morgenbladet -ə verdiyi müsahibədə o, dünyagörüşündən danışdı: "Zənnimcə hər kəs özünə və öz addımlarına cavabdehdir. Heç kim mənim günahlarım üçün ölməyib. Tanrılar özünə kömək edənlərə kömək edir . Sən öz tanrınsan, bu dünyada necə davrandığın, necə töhfə verdiyin sənin məsuliyyətindir".[6]