Eyva Maks | |
---|---|
Ava Max | |
Ümumi məlumatlar | |
Doğum adı | Amanda Ava Koci |
Ləqəbi | Ava |
Doğum tarixi | 16 fevral 1994[1] (30 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, müğənni, söz yazıçısı[d] |
Fəaliyyət illəri | 2013-cü ildən |
Janr | dans-pop[2] |
Albom şirkəti | Atlantic Records |
avamax.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Amanda Eyva Koci (16 fevral 1994[1], Miluoki, Viskonsin) — Eyva Maks kimi tanınan amerikan-alban musiqiçi və müğənni-mahnı müəllifi.
2020-ci ilin sentyabrında Böyük Britaniya Albomları Chart -da ikinci, ABŞ Billboard 200 -də isə 27-ci yerdə qərarlaşan Heaven and Hell (Cənnət və Cəhənnəm) adlı debüt studiya albomu çıxardı. 2023-cü ilin yanvarında musiqiçinin ikinci debüt studiya albomu Diamonds and Dancefloors (Almazlar və Rəqs zalları) çıxdı.
Amanda Koçi kimi doğulan musiqiçi 16 fevral 1994-cü ildə Miluoki, Viskonsində dünyaya gəlmişdir. Maksın valideynləri albandırlar. Maksın özündən 7 yaş böyük qardaşı da var. Maks uşağlıq dövrü boyunca ailəsinin pul qazanmaqla bağlı olan çətinliklərini görmüşdür. Onun valideynləri ingilis dili bilmədiklərinə baxmayaraq, 3 işdə birdən işləməyə çalışırdılar. Maksın anası opera müğənnisi, atası isə pianoçudur.
Maks ailəsi ilə birlikdə 8 yaşında olanda Virciniyaya köçmüşdür. Virciniyaya yaşayarkən o bir çox musiqi yarışmalarına qoşulmuşdur. Ən çox bilinən isə onun 10 yaşında Radio Disneydəki musiqi yarışmasındakı çxışı olmuşdur. Maks çox vaxt Floridaya musiqi yarışmaları üçün səyahət etmişdir və burada Amanda Kay adı ilə musiqi çıxarmağa başlamışdır. Buna eyniadlı EPsini misal göstərmək olar. 13 yaşında olarkən Maks özünü böyüyərkən Amanda adı ilə çağırılmasından xoşunun gəlmiyəcəyini hiss etmiş, Eyva adını ikinci və əsas adı kimi özünə götürmüşdür.
Maks anasının təklifi ilə 14 yaşında olarkən Los-Anceles, Kaliforniyaya köçmüş və Eyva adı ilə musiqi karyerasına orada davam etdirmişdir. Lakin daha sonra azyaşlı olduğu üçün qəbul edilməmişdir. 1 il sonra Maks Cənubi Karolina ştatına köçmüş və burada özünün və qardaşının yaşadığı münasibətlər haqqında mahnılar yazmağa başlamışdır. O, stat gətirmişdir ki, bu onun normal uşaqlıq keçirməsi üçün çox yaxşı bir köçüş idi. Cənubi Karolinadakı vaxtlarında o, Leksinqton liseyinə qəbul olunmuşdur. 17 yaşı olarkən Maks qardaşı ilə birlikdə, yenidən Los-Ancelesə köçmüşdür. Qardaşı onun menecerliyini eləmiş, lakin anlaşmazlığları olduğundan qardaşı onun menecerliyini tərk etmişdir. O, tək başına mahnı müəllifləri tampaqda çətinlik çəkirdi çünki, bir çox müəllif onun "pis yolda" olduğunu düşünürdü.[3]