Eötvöş Lorand Universiteti (ing.Eötvös Loránd University, mac.Eötvös Loránd Tudományegyetem) və ya qısaca ELTE — Macarıstanın ən böyük universitetidir.[3] 1950-ci ildə universitet hal-hazırkı adını qəbul etdi. Universitetə dünya şöhrətli alim fizik Lorand Eötvöşün (Loránd Eötvös) adı verildi. Hal-hazırda universitetin səkkiz fakültəsi var: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, Orta və məktəbdən əvvəl təhsil, Təbii elmlər, Sosial elmlər və Barçi Qustav adına Xüsusi təhsil fakültəsi. ELTE, beynəlxalq səviyyədə tanınan və qəbul edilən universitetdir və onun proqramları Macarıstan Akkreditasiya Heyəti tərəfindən akkeditasiya alıb. Universitet tərəfindən verilən diplomlar dünyada qəbul edilir və tanınır, onun kurs kreditləri Avropa Birliyi və ondan kənarda olan ölkələrdə hesablana bilir. Son yüz ildə ELTE-nin müəllimləri və keçmiş məzunları arasında dünyaca məşhur alimləri və Nobel mükafatı laureatları olub. Universitetdə təhsil alan tələbələrin sayı təxminən 28 minə çatır, müəllim-professor akademik heyətinin və tədqiqatçılarının sayı isə 1800 təşkil edir[4]
1635 - Kardinal Peter Pazman (Péter Pázmány), Nadsombatda (indiki Trnava, Slovakiya) universitetin əsasını qoyan sənədləri imzalayır. İlk iki fakültələr bunlar olur: Humanitar elmlər və Teologiya fakültəsi.
1667 - Hüquq fakültəsinin əsası qoyuldu
1769 - Tibb fakültəsinin əsası qoyuldu
1777 - Universitet Budaya köçdü
1784 - Alman dili Latın dilini kölgədə qoyaraq əsas təhsil dilinə çevrilir
1872 - Avropada ilk Müəllim Hazırlıq Məktəbinin əsası qoyuldu. İndiki adı ELTE Trefort Agoston Müəllimlik hazırlıq məktəbi.
1900 - Dünyada ilk Xüsusi Təhsil Müəllim Hazırlıq kursunun əsası qoyuldu. İndiki adı Barçı Qustav adına Xüsusi təhsil fakültəsi.
1905 - ELTE məzunu Fülöp Lenard (Fülöp Lénárd) fizika üzrə Nobel mükafatına layiq görüldü
1937 - ELTE məzunu Albert Sent-Dyordi (Albert Szent-Györgyi) psixologiya və tibb üzrə Nobel mükafatına layiq görüldü
1943 - ELTE məzunu Dyordi Heveşi (György Hevesy) kimya üzrə Nobel mükafatına layiq görüldü
1949 - Təbii elmlər fakültəsi, Humanitar elmlər fakültəsindən ayrıldı
1950 - Universitetə dünyaca məşhur alim fizik Lorand Eötvöşün adı verildi. Teologiya fakültəsi müstəqil ali təhsil instututu kimi fəaliyyətə başladı
1951 - Tibb fakültəsi (indiki Şemelveys (Semmelweis) Universiteti) müstəqil ali təhsil instututu kimi fəaliyyətə başladı
1961 - ELTE məzunu Dyordi Bekeşi (György Békésy) psixologiya və tibb üzrə Nobel mükafatına layiq görüldü
1994 - ELTE məzunu Yanoş Harşani (János Harsányi) iqtisadi elmlər üzrə Nobel mükafatına layiq görüldü
2010 - ELTE, "tədqiqat universiteti" adını qazandı
2012 - ELTE, Beynəlxalq əməkdaşlığa görə Keyfiyyət mükafatına layiq görüldü [5]
PhD proqramları üzrə təhsil alan təxminən min tələbə var və dərslər, çox vaxt Macarıstan Elmlər Akademiyasının üzvləri olan yüksək keyfiyyətli akademik, doktor heyəti tərəfindən tədris olunur.[8]
Təhsil və tədqiqat, universitetin kitabxana şəbəkəsi tərəfindən dəstəklənir. Kitabxanının əsası 1561-ci ildə iezuit əmri ilə qoyuldu. Bu, ölkənin ən qədim kitabxanasıdır və 1876-cı ildə bütün vətəndaşlar üçün açıq oldu [14] Kitabxanada bu kolleksiya yer alıb: 185 kodekslər, 1150 inkunabula və 1711-ci ildən əvvəl nəşr edilən 2600 köhnə macar kitabı, XVI-cı əsrə aid 7000 cildlər, VIII-ci əsrə aid olan ən qədim manuskript Beda fraqmenti - Macarıstan mədəniyyət irsinin hissəsi. Hal-hazırda Universitet Kitabxanasında iki milyona yaxın əlyazmalar, 200 mindən çox jurnallar, 600 onlayn həftəlik qəzetlər var. Kitabxananın databazası 230 min yazılı qeydlərdən, 175 min biblioqrafik qeydlərdən, 225 min dövlət qeydlərindən ibarətdir. Ənənəvi kitabxana xidmətindən əlavə, kitabxana, e-tekstlər arxivi, print olunmuş sənədlərin onlayn kopyaları, elektronik materiallar və CD-ROM materiallarını təmin edir. Kitabxana, "Macarıstan Onlayn Kitabxanaçı" təşkilatının üzvüdür.
Universitetin Atletik Klubunun (BEAC)[17] 1898-ci ildə əsası qoyulub və ilk macar idman klublarından biridir. Dünyaca məşhur alim və dövlət adamı Lorand Eötvöş klubun ilk prezidenti seçilib. BEAC-ın əsas məqsədi, ELTE tələbələrinə və Budapeştin gənclərinə keyfiyyətli, peşəkar idman imkanlarını yaratmaq. BEAC-ın yarandığı gündən, Klubun beş Olimpiya və 400 Macarıstan çempionluq titulları var. BEAC-da bu idman bölmələri var: atletika, badminton, basketbol, şahmat, futbol, həndbol, dağa qalxma, karate, idman orientasiyası,stolüstü tennis, su polosu.
Ansambblın rəhbəri, Dr. Qabor Baroşdur. O, Ferenç List mükafatı qalibidir, əməkdar artıst adını daşıyır, xor və orkestrin də rəhbəridir. Xorun əsası 1948-ci ildə, orkestrin isə 1957-ci ildə qoyulub. Məqsəd, tələbələri musiqi aləminə cəlb etmək, konsertlər, görüşlər, festivallar, iş yarmarkaları təşkil etməklə beynəlxalq əlqaələr yaratmaq, maliyyə cəhətdən bu tədbirləri dəstəkləmək, milli mədəniyyət və ənənəni Macarıstanda təbliğ etmək
ELTE Avropa Təhsil Mərkəzinin (EEC)[19] məqsədi, artıq fəaliyyət göstərən çox tərəfli Avropa Birliyi Treyninq və tədqiqat fəaliyyətini maliyyə və infrastruktur cəhətdən gücləndirmək.
Universitet kampuslarının çox hissəsi, Deak Ferenç meydanının cənubunda yerləşir, Dunay çayının bulvarına yaxın olan ərazisində və çayın hər iki tərəfində.
Universiterin əsas binasında mərkəzi ofislər və rektorun ofisi var, həmçinin burada Hüquq fakültəsi də fəaliyyət göstərir.
Múzeum körút-də yerləşən binada Təbii elmlər fakültəsi yerləşir.
Budadakı Lágymányos kampusu İnformatika fakültəsi, Sosiyal elmlərfakültəsi və Təbii elmlər fakültəsini birləşdirir.
Kazinczy küçəsindəki bina, köhnə yəhudi məhəlləsindədir və Budapeştin sinqoqasına yaxındı. Burada Psixologiya və Pedaqogika fakültəsi fəaliyyət göstərir.
Ecser küçəsində yerləşən bina, şəhərin cənubunda Ferencváros meydanındadır. Burada Qustav Baraçı fakültəsinin proqramları tədris olunur.
Budada János Kiss küçəsindəki bina, Dali dəmiryol vağzalına yaxındır. Burada Orta və məktəbən əvvəl təhsil fakültəsi yerləşir.
ELTE-nin 28 mindən çox tələbəsi və təxminən 3100 yataqxana yeri var.[20] Yataqxanalar şəhərin müxtəlif yerlərindədir.
Kőrösi Csoma Sándor yataqxanası
Nándorfejérvári küçəsindəki yataqxana
Ajtósi Dürer Sor yataqxanası
Nagytétényi küçəsindəki yataqxana
Yataqxanalar müasir tikililərdir və oradalazım olan hər şey var: internet, stolüstü tennis, yeməkxana, TV zalı, ümumi yerlər, idman zalı və s.
ELTE-nin həmçinin Qonağ Evi də var - Pereginus Oteli. Üç ulduzlu olan bu otel, Budapeştin mərkəzində Vaci küçəsindədir.[21]
İlk macar Botanika Bağının əsası 1771-ci ildə qoyulub [22]
Bağ, Jakab Qinterl və Pal Kitabel tərəfində inkişaf olunub və genişlənib. İndiki ərazisinə 150 il əvvəl köçürülüb və 1960-cı ildə milli təbii rezerv adı alıb. Botanika Bağında təxminən 7 minə yaxın bitki növləri var. Dendrarisində 800 ağac və kol növü və 500 gül növü saxlanılır
Bu xüsusi geoloji təbii rezerv 3.5 akr sahəsində Kálvária təpəsində Tatada 1953-cü ildən bəri yerləşir. 1991-ci ildən bəri açıq səmalı geoloji muzey kimi də fəaliyyət göstərir [23]. Təbii rezerv geoloji epizodlardan, milyonlarla ilin flora və fauna nümunələrindən ibarətdir, burada həmçinin botanika, mədəniyyət və tarixi nümunələr də var.
Universitetin Observatoriyasının əsas 1881-ci ildə qoyulub və ən müasir tədqiqat və təhsil bazasına malikdir [24]. Observatriyanın təsisçisi Yeno Qotardın (Jenő Gothard) orijinal işləri və alətləri və XIX əsrdə bu sahədə olan inkişafın və göstəricilərin nümunələri ilə tanış olmaq olar.
Muzey Cənubi Budada Təbii elmlər fakültəsinin binasında yerləşir və piramid formasındadır [25]. Macarıstanda unikal hesab edilən bu muzeydə universitetin kolleksiyası, bəşəriyyətin və faunanın müvafiq paleontoloji meteriallarla təkamülünü göstərir
Kolleksiyanın əsası 1774-cü qoyulub. Bu, universitetin ən qədim elmi artefakt kolleksiyasıdır və Macarıstanda ən böyük bu növ mineral və qaya kolleksiyasıdır [26]. XVIII-ci əsrin sonunda bu, Avropada ən böyük sistemləşdirilmiş təhsil məqsədli kolleksiya idi. Sərgi üçün olan əşyalar 1880-ci illərdə istehsal olunub və onlar qoruma altındadılar. Kolleksiyanın tərkibində 1000 mineral növü və demək olar bütün növ qayalar görmək olar.