Fandanqo — ispan xalq rəqsi.
Kastiliya və Əndəlisdə geniş yayılmışdır. Musiqi ölçüsü 3/4, tempi mülayimdir. Fandanqonun bütün növləri mahnının müşayiəti ilə qoşa ifa olunur. XVIII əsrdən Fandanqonun melodiyaları bəstəkarlar (X.V.Qlyuk, V.Motsart, H.Rimiski-Korsakov, E.Qranados və b.) tərəfindən işlənilmiş, ayrı-ayrı orijinal əsərlərə daxil edilmişdir.[1]