Fatimə-i Məsumə türbəsi

Fatimə-i Məsumə türbəsi
حرم فاطمه معصومه
Xəritə
Ümumi məlumatlar
Memarlıq üslubu Səfəvi memarlığı[d]
Ölkə
Koordinatlar 34°38′30″ şm. e. 50°52′44″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fatimə-i Məsumə türbəsi (fars. ﺤﺭﻢ ﺤﺿﺮﺖ ﻔﺎﻄﻤﻪ ﻤﻌﺻﻮﻤﻪ‎ (Hərəme Həzrəti Fatimə-i Məsumə) — İranın Qum şəhərində yerləşən türbə. Başda İslamın şiə əqidəsinə məxsus müsəlmanlar olmaqla, xüsusilə İran coğrafiyasında yaşayanlar üçün İranın Məşhəd şəhərindəki İmam Rza türbəsindən sonra ikinci vacib türbə.

Əsl adı Fatimə binti Musa əl-Kazım olan Fatimə-i Məsumə On iki imam əqidəsinə inananlara görə 12 imamdan 6-cı imam və cəfərilik təriqətinin qurucusu İmam Cəfəri Sadiqin nəvəsi, 7-ci imam Museyi-Kazim əleyhissəlamın qızı və 8-ci imam Əli Rzanın bacısı olan Fatimədir.

Fatimə-i Məsumə (Fatimə binti Musa əl-Kazım) hicri təqviminə görə 1 zilqədə 173-cü ildə, yəni miladi təqvimlə 790-cı il martın 22-də Mədinə-i Münəvvərədə anadan olub və İrana etdiyi bir səfər əsnasında Savə şəhərində xəstələnmiş, hicri təqvimi ilə Rəbiül-Sani ayının 12-də, yəni miladi təqvimlə 7 noyabr 816-cı ildə burada, yəni vəfat etdiyi yer olan Qum şəhərində dəfn edilmişdir.

Vəfat edəndə hələ cəmi 28 yaşında idi.

Fatimə-i Məsumə türbəsi qızılı rəngdə 3 qübbə və 6 minarəli bir məsciddir və 410 min kvadratmetr ərazini əhatə edir. Fatimə-i Məsumənin nəşinin yerləşdiyi türbənin sahəsi 38 min m²-dir.

Cəmi 3 həyət və 3 böyük dua salonunu özündə birləşdirən məscidin içərisində namaz qılınması üçün bir deyil 3 məscid vardır və hər məscid ayrı bir ada malikdir. Bunlar; Təbatəbai (ﻄﺒﺎﻄﺒﺎﻴﻰ) Bala Sər (ﺒﺎﻻ ﺴﺮ) və Əzəm (ﺍﻋﻆﻢ) məscidləridir.