Federal Ehtiyat Sistemi

Federal Ehtiyat Sistemi
(ing. Federal Reserve System)

Federal Ehtiyat Sisteminin möhürü


Federal Ehtiyat Sisteminin bayrağı
Yerləşməsi
Ölkə
Ümumi məlumatlar
Yaranma tarixi 23 dekabr 1913 (110 il əvvəl) (1913-12-23)
Sədr Cerom Pauel
Baza depozit norması 1.80%[1]
Digər məlumatlar
Saytı federalreserve.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq da adlandırılır) — 1913-cü il dekabrın 23-də Federal Ehtiyat haqqında qanuna əsasən məxsusi olaraq yaradılan və ABŞ-nin Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturu.[2] FES-in kapital formasının şəxsi olmasına baxmayaraq (aksiyaları xüsusi statusa malikdir) onun idarə olunmasında dövlət xüsusi rol oynayır. Mərkəzi bank funksiyasını icra edən müstəqil maliyyəiqtisad institutu.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

23 dekabr 1913 ildə "Federal ehtiyatlar haqqında" (Federal Reserve Act) qanuna əsasən yaradılmışdır. Federal Ehtiyat Sistemi ABŞ dollarının rəsmi emissiyasını həyata keçirə bilir; milli pul siyasətini (iqtisadi artımı əks etdirən pul və kredit aqreqatlarının uzunmüddətli artımını qoruyub saxlamaq və maksimum məşğulluğ, qiymət stabilliyinə nail olmaq və uzunmüddətli orta faiz dərəcələrini saxlama məqsədilə) müəyyən edir; özəl kommersiya bank institutlarının fəaliyyətinin nəzarət və tənzimlənməsini həyata keçirir; depozit institutlarına, ABŞ hökumətinə maliyyə xidmətləri göstərir.

Federal Ehtiyat Sisteminin strukturu (1935 ildən): federal hökumət agentliyi – Direktorlar şurası (7 üzvünü ABŞ prezidenti seçir, senat təsdiq edir); 12 regional federal ehtiyat bankı (Atlanta, Boston, Dallas, Kanzas-Siti, Klivlend, Minneapolis, Nyu-York, Riçmond, San-Fransisko, Sent-Luis, Filadelfiya, Çikaqo). FES

FES-in strukturu

[redaktə | mənbəni redaktə et]
  • on iki regional federal rezerv bankı — ABŞ xəzinədarlığının fiskal nümayəndələri
  • verdikləri rezerv kapitala görə Federal Ehtiyat Banklarının aksiyalarından gəlir götürən çoxsaylı özəl banklar

FES-in idarəetmə sistemi :

  • ABŞ Prezidenti tərəfindən təsdiq edilən və 7 nəfərdən ibarət İdarəetmə Şurası. Hər bir üzv 14 illiyə təyin edilir. ABŞ Prezidentinin Qanuna əsasən İdarəetmə Şurası sədrini vaxtından əvvəl vəzifədən azad etmək hüququ vardır (indiyə qədər bu maddədən istifadə edilməyib).
  • Açıq bazar üzrə federal komitə
  • müxtəlif məsləhət şuraları

fevral 2018-ci ildən FES İdarəetmə Şurasının sədri Cerom Pauel dir.

FES-in hüququ statusu

[redaktə | mənbəni redaktə et]

FES-in hüququ statusunu FES haqqında qanun müəyyən edir. Qanuna görə FES xüsusi maliyyə təsisasıdır, həm müstəqil hüquqi şəxsdir, həm də ictimai xarakterli dövlət nümayəndəsidir.

Ali rəhbərlik

[redaktə | mənbəni redaktə et]

Şuranın hal-hazırda üzvləri aşağıdakılardır:

  • Cerom Pauel — sədr;
  • Lael Braynard — sədr müavini;
  • Maykl Barr — Audit üzrə sədr müavini;
  • Mişel Bowman;
  • Kristofer Uoller;
  • Filip Ceferson;
  • Lisa Kuk

FES -in mərkəzi idarəsi Vaşinqton şəhərində yerləşir.

  1. "Interest on Required Reserve Balances and Excess Balances". Federal Reserve System. October 17, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2019.
  2. Patrick, Sue C. Reform of the Federal Reserve System in the Early 1930s: The Politics of Money and Banking. Garland. 1993. ISBN 978-0-8153-0970-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]