Federal Kommunikasiya Komissiyası

Federal Kommunikasiya Komissiyası
Federal Communications Commission
Möhürün şəkli
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yurisdiksiya Amerika Birləşmiş Ştatları
Yaradılma tarixi 19 iyun 1934
Ştat sayı
  • 1.899 nəf.
Rəsmi saytı fcc.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Federal Kommunikasiya Komissiyası (FKK) (ing. Federal Communications Commission) — ABŞ-də radio, televiziya, simli, peykkabel kommunikasiyasını tənzimləyən müstəqil agentlik. FKK genişzolaqlı şəbəkəyə çıxış, ədalətli rəqabət, radiotezlikdən istifadə, media məsuliyyəti, ictimai təhlükəsizlik və vətən təhlükəsizliyi (ing. homeland security) sahələrində yurisdiksiyasını saxlayır.[1]

FKK 1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktı əsasında Federal Radio Komissiyasının radio tənzimləmə funksiyalarını əvəz etmək üçün yaradılmışdır.[2] Daha sonra simli kommunikasiya tənzimləməsini Ştatlararası Kommersiya Komissiyasından təhvil almışdır. FKK-nın səlahiyyətli yurisdiksiyası 50 ştatı, Kolumbiya dairəsiniABŞ-nin ərazilərini əhatə edir. O həmçinin Şimali Amerikanın digər ölkələrindəki oxşar kommunikasiya qurumları üçün müxtəlif səviyyələrdə əməkdaşlıq, nəzarət və liderlik təmin edir. FKK tamamilə tənzimləyici haqlar hesabına maliyyələşdirilir. Agentliyin 2022-ci ilə olan büdcəsi 388 milyon ABŞ dolları təşkil etmişdi.[3] 2020-ci ilin iyul ayına olan məlumata əsasən 1,482 federal işçisi mövcuddur.[4]

1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktının Birinci Bölməsində göstərilən və 1996-cı il Telekommunikasiya Aktı ilə düzəliş edilmiş FKK-nın missiyası (47 U.S.C. §151-ə düzəliş) "irqinə, rənginə, dininə, milli mənşəyinə və ya cinsinə görə ayrı-seçkilik etmədən, sürətli, səmərəli, ümummilli və dünya miqyasında simli və radio rabitə xidmətlərini mümkün qədər bütün ABŞ xalqına münasib ödənişlərlə adekvat imkanlarla təqdim etmək"dir. Bundan əlavə, akt FKK-nın "milli müdafiə məqsədi ilə" və "simli və radio kommunikasiyasından istifadə etməklə həyat və əmlakın təhlükəsizliyini təşviq etmək məqsədilə" yaradıldığını deyir.[1]

Həmçinin 1999-cu il Hökumətin Fəaliyyəti və Nəticələri Aktına (GPRA) uyğun olaraq FKK 2018-22 Strateji Planında dörd məqsəd müəyyən edilmişdir: Rəqəmsal Bölünmənin Bağlanması, İnnovasiyaların Təşviqi, İstehlakçıların və İctimai Təhlükəsizliyin Mühafizəsi və FKK İcraatlarında İslahat.[5]

  1. 1 2 "2008 Performance and Accountability Report" (PDF). Federal Communications Commission. September 2008. July 11, 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: July 12, 2017.
  2. "The Communications Act of 1934". Bureau of Justice Assistance (ingilis). March 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.
  3. "2022 Budget Estimate" (PDF). 15 yanvar 2022 tarixində arxivləşdirilib (PDF).
  4. "Employee Profile at the FCC". Federal Communications Commission. May 1, 2011. May 14, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 10, 2017.
  5. "Strategic Plan 2018-2022". Federal Communications Commission. 2018-02-12. September 19, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-19.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  İnternet portalı П:  Telekommunikasiya portalı П:  Televiziya portalı П:  ABŞ portalı