Federal Mühafizə Xidməti (ingiliscə: Federal Protective Service, qısacaFPS) ABŞ Daxili Təhlükəsizlik Departamentinin Milli Müdafiə və Proqramlar Direktorluğunun (National Protection and Programs Directorate) təhlükəsizlik və polis bölməsidir. ABŞ-də 9000-dən çox federal binanın mühafizəsinə cavabdehdir.
Federal Mühafizə Xidməti əvvəllər İmmiqrasiya və Gömrük Mühafizəsinin bir hissəsi olmuşdur, lakin 2009-cu ilin oktyabr ayından Milli Müdafiə və Proqramlar Direktorluğunun tərkibinə daxil edilmişdir.
28 oktyabr 2009-cu il tarixində ABŞ PrezidentiBarak Obama Federal Mühafizə Xidmətinin İmmiqrasiya və Gömrük Mühafizəsindən Milli Müdafiə və Proqramlar Direktorluğuna köçürülməsi haqqında qanunu imzalamışdır.
↑ 1234567891011DHS, FPS. "Mission". Department of Homeland Security. U. S. Government. 26 avqust 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2014.