Fer adası

Fer adası
ing. Fair Isle
Fer adası
Fer adası
Ümumi məlumatlar
Sahəsi 7,68 km²
Uzunluğu 4,8 km
Eni 2,4 km
Hündür nöqtəsi Uard təpəsi - 217 m
Əhalisi 68 nəfər
Yerləşməsi
59°32′30″ şm. e. 1°37′21″ q. u.HGYO
Ölkə  Böyük Britaniya
Region
Arxipelaq
Fer adası xəritədə
Fer adası
Fer adası
Fer adası xəritədə
Fer adası
Fer adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fer adası (ing. Fair Isle) — Şotlandiyada Orkney adaları ilə Şetland adları arasında qalan Böyük Britaniyaya məxsus ada.

Fer adası 4,8 km uzunluğunda, 2,4 km genişliyində və 7,8 km2 sahəyə sahib və Böyük Britaniyanın ən təcrid olunmuş adasıdır. 1900-cü illərdə əhalisinin sayı 400 nəfər ikən, hazırda 68 nəfərdir. Qərb sahillərinin hündürlüyü 200 m olan qayalıqlardan ibarətdir.

Adanın 1539-cu ilə aid xəritəsi

20 avqust 1588-ci ildə İspaniya armadasına məxsus gəmi "El Gran Grifon" Fer adasının sahillərində batmışdır. Qalıqları 1970-ci ildə tapılmışdır.

İkinci dünya müharibəsi zamanı Böyük Britaniya hökuməti adada radar staniyası qurmuşdur. 17 yanvar 1941-ci ildə bir Almaniyanın "Heinkel He 111" bombardman təyyarəsi adada qəza etmişdir. 5 pilotdan 2-si ölmüş və adadakı məzarlıqda dəfn olunmuşdur. Təyyarənin qalıqları hələ də adadır.

Fer adası 1954-cü ildə köç quşlarını öyrənmək üçün "National Trust for Scotland" tərəfindən satın alınmışdır. Burada Anthus gustavi, Locustella lanceolata, Locustella certhiola kimi quş növləri yaşamaqdadır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]