İnfant Ferdinand | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 noyabr 1433 |
Vəfat tarixi | 18 noyabr 1470 (37 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | zabit |
Atası | I Eduard |
Anası | Araqonlu Eleonora |
Həyat yoldaşı | İnfanta Beatris |
Uşağı | I Manuel |
Ailəsi | Avis sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
İnfant Ferdinand (port. Infante Fernando) (17 noyabr 1433 – 18 noyabr 1470, Setubal[d]) — Portuqaliya kralı I Eduardın oğlu, Portuqaliya infantı.
Ferdinand 1433-cü ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Eleonoradır. İki dəfə Portuqaliya taxtının vəliəhdi kimi and içdi: ilk dəfə 1438-ci ildə atasının vəfatının ardından taxta çıxan qardaşı V Afonsonun vəliəhdi elan edildi. Ancaq 1451-ci ildə kralın bir oğlu doğuldu və bu ünvanını itirdi. Bununla birlikdə uşaq 1 aylıqkən vəfat etdi və Ferdinand ikinci dəfə vəliəhd elan olundu. Bu dəfə vəliəhdlik dönəmi 1 il oldu çünki ertəsi il 1452-ci ildə kralın bir qızı - Yuanna dünyaya gəldi.
Ünvanını itirən Ferdinand həmin il ölkədən qaçdı. Bəzi rəvayətlərlə görə, o, dayısı olan Araqon və Neapol kralı V Alfonsonun cənubi İtaliyaya tərtiblədiyi səfərlərə qatılmışdı. Bunda məqsədi isə övladı olmayan dayısının taxtına sahiblənmək arzusu idi. Buna baxmayaraq qardaşının qaçdığını eşidən kral, dərhal onun tapılıb geri gətirilməsini əmr etdi. Onu ölkədə saxlaya bilmək üçün 1453-cü ildə Beja hersoqu elan edildi. 1460-cı ildə əmisi Henrinin vəfatıyla, onun da ünvanlarını alan Ferdinand Beja və Vizeu hersoqu oldu.
Nəhayət, şimali Afrikaya tərtiblənən səfərlərə qatılma icazəsi alan Ferdinand 1458 və 1468-ci illərdə bölgəyə uğurlu səfərlər təşkil etdi. Ancaq ikinci səfərdən döndükdən sonra vəfat etdi və xanımı tərəfindən təməli qoyulan bir monastırda dəfn olundu.
Ferdinand 1447-ci ildə əmisi qızı olan İnfanta Beatrislə evləndi və cütlüyün bu nigahdan beşi yetkinlik yaşına çatan 9 övladı dünyaya gəldi: