Ferents Puşkaş

Ferents Puşkaş
mac. Puskás Ferenc
Ümumi məlumatlar
Ləqəbi Öcsi[6]
Doğum tarixi 1 aprel 1927(1927-04-01)[1][2]
Doğum yeri
Vəfat tarixi 17 noyabr 2006(2006-11-17)[3][4][…] (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Boyu 172 sm
Çəkisi 72 kq
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
1937—1943 Kişpeşt
Klub karyerası[* 1]
1943—1956 Honved[5] 354 (357)
1958—1966 Real Madrid 180 (155)
1942—1967 Cəmi 537 (516)
Milli yığma[* 2]
1945—1956 Macarıstan Macarıstan 85 (84)
1961—1962 İspaniya İspaniya 4 (0)
Məşqçisi olduğu klublar
1967 Erkules
1967 San-Fransisko Qolden Get Geyls[ing.]
1968 Vankuver Royals[ing.]
1968—1969 Alaves
1970—1974 Panatinaykos
1975 Real Mursiya
1975—1976 Kolo-Kolo
1976—1977 Səudiyyə Ərəbistanı
1978—1979 AEK Afina
1979—1982 Əl-Misri
1985—1986 Sol de Amerika
1986—1989 Serro Portenyo
1989—1992 Saut Melburn Ellas[ing.]
1993 Macarıstan
Təltif və medalları
Olimpiya Oyunları
Qızıl 1952 Helsinki
1954 İsveçrə
Qızıl 1952 Helsinki

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad[9] idi; 1 aprel 1927[1][2], Budapeşt[7]17 noyabr 2006[3][4][…], Budapeşt) ― Macar futbolçu və məşqçi.

O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur.[10] Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi.[11][12][13] Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir.[14]

Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır. Dörd dəfə Macarıstan Liqasının bombardiri və 1948-ci ildə Avropanın ən yaxşı bombardiri olmuşdur. 1950-ci illərdə, "Qüdrətli macarlar" kimi tanınan Macarıstan millisinin həm görkəmli üzvü həm də kapitanı idi. Macar inqilabından iki il sonra 1958-ci ildə İspaniyaya mühacirət etdi və burada "Real Madrid"də oynamağa başladı. "Real Madrid" ilə Puşkaş dörd "Piçiçi" mükafatı qazandı və Çempionlar Kubokunun 2 finalında oynayaraq yeddi qol vurdu.

Futbolçu karyerasını bitirdikdən sonra o, məşqçilik etməyə başladı. Məşqçi karyerasının ən diqqət çəkən məqamı 1971-ci ildə "Panatinaykos"u Çempionlar Kubokunun finalına çıxarması oldu, hansında ki yunan təmsilçisi "Ayaks"a 2:0 hesabı ilə məğlub olmuşdur. 1993-cü ildə Macarıstana qayıtdı və müvəqqəti olaraq Macarıstan milli komandasına başçılıq etdi.[15] 1998-ci ildə ilk FIFA/SOS Xeyriyyə səfirlərindən biri oldu.[16] 2002-ci ildə Budapeştdəki "Nepştadion" stadionu onun adını daşımağa başladı.[17] Həmçinin o, 2003-cü ilin noyabrında UEFA Yubiley Mükafatları tədbirində Macarıstan Futbol Federasiyası tərəfindən son 50 ilin ən yaxşı macar oyunçusu elan edildi.[18] 2009-cu ilin oktyabrında FIFA il ərzində "ən baxımlı qol" vuran oyunçuya təqdim olunan FIFA Puskaş mükafatını təsis etdi. Bundan başqa, Pele onu FİFA 100 siyahısına əlavə etmişdir.

  1. 1 2 https://scottishfootballmuseum.org.uk/ferenc-puskas-nobodys-fool/.
  2. 1 2 https://web.archive.org/web/20070714170916/http://www.nsport.hu/cikk.php?cikk=127775.
  3. 1 2 http://www.nytimes.com/2006/11/18/sports/soccer/18puskas.html.
  4. 1 2 Augustyn A. Ferenc Puskas // Encyclopædia Britannica (ing.).
  5. 1949-cu ilə qədər klub "Kişpeşt" adlanırdı.
  6. Olympedia (ing.). 2006.
  7. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  8. https://adt.arcanum.com/hu/view/Sportkonyvek_450/?pg=30&layout=s.
  9. "Puskás születésnapja". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-15.
  10. "BRITANNICA : Ferenc Puskas". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
  11. "FIFA President: FIFA to help the Galloping Major". FIFA. 12 October 2005. 1 January 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 November 2006.
  12. "Coronel Puskas, el zurdo de oro". AS (ispan). 17 November 2006. 24 July 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2006.
  13. Mackay, Duncan. "Lineker tees up another nice little earner". The Guardian. London. 13 October 2005. 22 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2006.
  14. "Prolific Scorers Data". Rec.Sport.Soccer Statistics Foundation. 14 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
  15. "Obituary:Ferenc Puskas". The Scotsman. 20 November 2003. 16 October 2007 tarixində orijinalından arxivləşdirilib.
  16. "SOS Children mourns Ferenc Puskas". soschildrensvillages.org.uk. SOS Children's Villages. 17 noyabr 2006. 10 fevral 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2006.
  17. Bell, Jack. "Ferenc Puskas, 79, International Soccer Star, Dies". The New York Times. 18 November 2006. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2008.
  18. "Golden Players take centre stage". UEFA. 29 November 2003. 17 March 2005 tarixində orijinalından arxivləşdirilib.