Feta | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Feta (yun. Φέτα — dilim, hissə) — Yunan pendiri, keçi südünün əlavə olunduğu qoyun südündən hazırlanmış ənənəvi ağ yunan pendiri. Duzlu pendir növüdür. Brınza pendiri kimi Feta pendiridə Azərbaycanda "Ağ Pendir" kimi tanınır.
Yunanıstanda qoyun və ya keçi südündən pendir hazırlanmasına aid sənədlər, eramızdan əvvəl 8-ci əsrə aiddir. Bizans dövründə prósphatos (Yunanca: πρόσφατος "son" və ya "təzə") adı altında qeydə alınmış və kiritlilər və fessallilər tərəfindən hazırlanmışdır. XV əsrin sonlarında Kandiyaya gələn İtalyan qonaq Pyetro Kasola burda feta pendirinin ticarətini və duzlu suda saxlaması haqqında məlumat verib.[1][2]
Pendirin yaşlanma müddəti ən azı 3 aydır. Yağ tərkibi% 30 ilə% 60 arasındadır. Oxşar pendirlər Cənub-Şərqi Avropada — Yunanıstan, Bolqarıstan, Serbiya, Bosniya, Xorvatiya, Rumıniya, Aralıq dənizi ölkələrində, Orta Şərqdə — Türkiyə, İsrail və Misirdə (əsasən inək südündən hazırlanır) hazırlanır. Fetanın 3 növu var:
Feta duzlu suda olmalıdır. Belə şəraitdə pendir çox uzun müddət saxlanıla bilər.
Həddindən artıq duzluluğu aradan qaldırmaq üçün fetanı, yeyilməmişdən bir neçə dəqiqə əvvəl su və ya süddə isladmaq olar.
Yunan sözü feta (φέτα) İtalyan dilində fetta "dilim" sözündən gəlir və bu da latınca offa sözündən ("dilim") sözundən yaranıb. Yunan dilinə tam olaraq 17-ci əsrdə yunan dilinə daxil edilir və 19-cu əsrdə bütun dünyada geniş yayılmağa başlayır.
"Feta", AB qanunları ilə qorunan və pendirin coğrafi mənşəyinin bir göstəricisidir, buna görə Avropa Birliyi ölkələrində yalnız Yunan pendirinə feta deyilə bilər.
"Feta" adı 2002-ci ilin oktyabrında Aİ Komissiyasının 1829/2002 saylı qərarı ilə Adların Mənşəyi Reyestrində (AO) qeydə alınıb.[3]