Feyli dili | |
---|---|
Təsnifatı | |
Dil kodları |
Feyli (kürd. فهیلی/Feylî) — kürd dillərindən olan pəhləvaninin dialektlərindən biri. Bağdad, Diyalə, Bədrə və Luristan[1] ərazilərində yayılmışdır.
Fars assimilyasiyasına çox məruz qalmış feyli qəbiləsinin şiə kürdlər tərəfindən danışılır. Buna görə də onlar çox vaxt səhvən farslar və ya lurlar hesab olunurlar. Feyli kalhori kimi kürd dillərinin cənub qrupunu təşkil edir.