Feyruz əd-Deyləmi | |
---|---|
Vəfat tarixi | 673 |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Feyruz əd-Deyləmi (v. 673, Yəmən, ərəb. فیروز دیلمی) — İslam peyğəmbəri Məhəmmədin və saleh xəlifələr Əbu Bəkr (632-634) və Osmanın (644-656) xidmətində olan fars sərkərdəsi. Yəmənin ərəblər tərəfindən fəthində iştirak etmişdir.[1]
Tam adı Əbu əd-Dəhhak (Əbu Abdullah, Əbu Əbdürrəhman) Fayruz (Firuz) əd-Deyləmi əl-Ximyari olmuşdur. O, I Xosrov tərəfindən Yəmənə onu fəth etmək və həbəşləri qovmaq üçün göndərilmiş farsların nəslindən idi. 631-ci ildə Yəməndən Mədinəyə gələn heyətin üzvü idi. İslamı qəbul etdikdən sonra iki arvadından birini bacı olduqları üçün boşayır.
Əl-Əsvəd əl-Ənsi Yəməndə özünü peyğəmbər elan edərək, Nəcranı və Yəmənin böyük hissəsini işğal edir. Əl-Əsvəd Sənaya hücum etdikdən sonra Məhəmməd peyğəmbər Feyruzu onun üzərinə üzərinə göndərir. Bununla bağlı Təbəri “Peyğəmbərlərin və kralların tarixi” əsərində Məhəmmədin dediyi xəbər verilir: “Onu fəzilətli bir şəxs Feyruz ibn əd-Deyləmi öldürdü” .
Feyruz 673-cü ildə Qüdsdə və ya Yəməndə vəfat edilmişdir. Onun Osman ibn Əffanın (644-656-cı illər) dövründə vəfat etdiyi də bildirilir. Oğulları əd-Dəhhak, Abdullah, Səid və başqaları ondan hədislər nəql etmişlər. Mühəddis və tarixçi Şiraveyh ibn Şəhrədar əd-Deyləmi onun nəslindəndir.