Fiaqdon çayı

Fiagdon
oset. Фыййагдон
Ölkə  Rusiya
Mənbəyi Buqultadon
 • Yüksəkliyi 1903 m
Mənsəbi Ardon
Uzunluğu 75 km
Su sərfi 29 m³/san
Hövzəsinin sahəsi 714 km²
DSR[rus.] 07020000112108200003368
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fiagdon (oset. Фыййагдон) — Şimali Osetiyada dağ çayı. Fiagdon Ardon çayının sağ qolu olub Terek hövzəsinə daxildir. Çayın mənsəbi Ardon çayının 4 km-də, sağ sahildə yerləşir. Fiagdonun ümumi uzunluğu 75 km-dir[1]. Su toplayıcı hövzənin sahəsi 714 км²-dir. Su sərfi 29 m³/saniyədir. Çay mənbəyini hündürlüyü 1903 metr olan dağlıq ərazidən götürür.

Fiagdonun axdığı dərə Kurtatinski adlanır və Şimali Osetiyanın Alagirski rayonuna daxildir. Çay vadisində Yuxarı Fiagdon qəsəbəsi, Alaniya Müqəddəs-Uspenski kişi monastrı, bir neçə kənd yerləşir. Kəndlərin bəzilərində artıq yaşayış yoxdur. Vladiqafqazdan çay dərəsinə təxminən 1 saatlıq yol var.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Xalq arasında çayın adlanması belə izah olunur: ''фиййаг'' — "taxta bel" и ''дон'' — "su", "çay" deməkdir. Yaşlı adamların sözlərinə görə Kurtatinski vadisi vaxtı ilə sıx meşəliklə örtülü olmuşdur. Fiagdon çayı isə büsbütün mamırla örtülü idi. Ərazidə ilk məskunlaşan insanlar belin köməyi ilə çayın yatağını mamırlardan təmizləyib su əldə edirdilər.[2]

Əvvəllər çay sahilində kabardinlər yaşayırdı. Ərazidə baş verən epidemiya nəticəsində insanlar öz evlərini tərk etmişdir. Bir müddət sonra bölgədə osetinlər məskunlaşmış. Onlar yeni qəsəbə inşa etmiş və onu çayın adı ilə Fiagdon adlandırmış. 1944-cü ildə Fiagdonda ilk kolxoz yaradılmışdır. Yuxarı Fiagdon qəsəbəsində 1000 nəfər əhali yaşayır. Qəsəbə dəniz səviyyəsindən 970 metr hündürlükdə yerləşir.

Bölgə dağ türizmi üçün çox əlverişlidir. Fiagdon dərəsi boyu bir neçə otel və istirahət mərkəzləri var.[3] Çay vadisində tanınmış "Möcüzəli cığır" piyada marşrut yolu var. Çığır çox mənzərəli və tarixi abidilər olan ərazilərdən keçir.

Su hövzəsinin reyestr göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Rusiya Federasiyasının dövlət su reyestr göstəricilərinə əsasən Fiagdon çayı Qərbi-Xəzər hövzə dairəsinə, Ardon su təsərrüfatı ərazisinə daxildir. Çay Xəzər dənizi hövzəsinə, TerekVolqa çayları arasında yerləşən zonaya daxildir.

Dövlət su obyektlərinin reyetrində çayın kodu — 07020000112108200003368-dir.

  1. "Река Фиаг-Дон". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
  2. Цагаева А. Д. Топонимия Северной Осетии Ч.2. — Орджоникидзе, 1975.
  3. "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.