Filipomen (yun.ΦιλοποίμηνPhilopoímēn; e.ə. 253 – təq.e.ə. 183 və ya e.ə. 183[1]) — Qədim Yunanıstan siyasi xadimi və sərkərdəsi. Əsas hərbi-siyasi fəaliyyəti Axayya ittifaqı ilə bağlı idi. E.ə. 207-ci ildən başlayaraq müxtəlif vaxtlarda 8 dəfə strateq (e.ə. 200-cü ilədək 3 dəfə, e.ə. 193-cü ildən sonra 5 dəfə) seçilmişdir. Bir sıra hərbi islahatlar keçirmiş Filipomen, demək olar ki, bütün Peloponnesi, e.ə. 192 ildə isə Spartanı Axayya ittifaqına birləşdirmişdi. Yunanıstanın müstəqilliyi uğrunda Romaya qarşı inadlı mübarizə apardığına görə "Sonuncu ellin" ləqəbini almışdır. Axayya ittifaqından ayrılmış messenalılarla müharibədə yaralanmış Filipomen əsir götürülərək edam edilmişdir.[2]
Polybius' Histories (x–xxiii) is the chief authority on the life of Philopoemen. These and a special treatise on Philopoemen (now lost) were used by Plutarch "Philopoemen", Pausanias (viii. 49SI), Livy (xxxi–xxxviii), and indirectly by Justin (xxx–xxxiv).