Filipp Melanxton | |
---|---|
alm. Philipp Melanchton | |
Doğum tarixi | 16 fevral 1497[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 1560[1][2] (63 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | astronom, ilahiyyatçı, universitet müəllimi[d], astroloq, filosof, klassik filoloq[d], reformasiyaçı[d], yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Filipp Melanxton (alm. Philipp Melanchthon; 16 fevral 1497[1][2], Bretten[3] – 19 aprel 1560[1][2], Vittenberq[3]) — Almaniya humanisti, ilahiyyatçı və pedaqoqu, yevangelist reformator, lüteran teologiyasının sistemləşdiricisi, Lüterin əməkdaşı.
Gəncliyində artıq humanist olmuşdur. Melanxton, Lüterin təsiri altında, Reformasiyada əhəmiyyətli rol oynayan bir sıra siyasi və teoloji traktatların müəllifi kimi çıxış etmişdir. Melanxton bir sıra məktəb dərsliklərinin (yunan və latın qrammatikası, məntiq, ritorika, ilahiyyat, etika və s. üzrə) tərtibçisi, həmçinin Lüterin Müqəddəs kitabın alman dilinə tərcüməsinin iştirakçısı kimi tanınır. Melanxton yazılarında – "filisterist və cansız kabinet alimi"nin prototipi – Kopernik təlimlərinin qatı əleyhdarı kimi çıxış etmiş və dünyanın heliosentrik sistemini "şər və tanrısız bir fikir" hesab etmişdir. O, "bidətçilərin", qabaqcıl alimlərin təqib edilməsini qətiyyətlə bəyənirdi. Melanxton xüsusilə də həkim Servetin Kalvin tərəfindən yandırılmasını alqışlamış və bu hərəkətini "mömin və yaddaqalan bir nümunə" adlandırmışdır. Lüter kimi Melanxton da üsyankar kəndlilərə qarşı kəskin çıxış etmişdir. 1524-cü ildə inqilabçı kəndlilərin lideri Müntser Melanxtona məktubla müraciət etmişdir. Burada o, Melanxton və Lüteri kəndli hərəkatını boğmağa çalışmaqda ittiham etmişdir. 1525-ci ildə Pfals kürfürstünün təklifi ilə Melanxton alman kəndlilərinin "On iki tezis"ində irəli sürülən tələbləri tənqid etmişdir.[4]
Melanxton XVI əsr Almaniyasında orta məktbələrin yaradılmasında böyük rol oynamışdır. Onun 1528-ci ildəki "Normal Sakson məktəbi planı"na əsasən, yeni yaradılmış latındilli "öyrənmə məktəbləri" öyrənmə peşələri adlanan peşələrə (kahinlər, hüquqşünaslar, müəllimlər və s.) hazırlamaq üçün fəaliyyət göstərirdi. Melanxton Vittenberqdə 40 illik professorluq fəaliyyəti dövründə minlərlə müəllim hazırlamışdır. Melanxtonun iştirakı ilə bir sıra Almaniya universitetləri transformasiya edilmiş və yenidən yaradılmışdır. Melanxtonun bu enerjili fəaliyyətinin əks tərəfi onun mütərəqqi məzmununun humanizmdən çıxarılması, yunan-latın təhsilinin "tamamilə tənəzzülə uğramış teologiyanı bərpa etmək üçün" uyğunlaşdırılması idi. Melanxton planına əsasən yaradılan məktəblərdə latın qrammatik formalarının öyrənilməsi hər şeyə üstünlük verirdi. Humanizm tənəzzülə uğrayaraq "siseronçuluğa" – qədim yazıçıların üslubunun köləyəbənzər təqlidinə çevrilmişdir.[4]