Firdovsi Fərzəliyev

Firdovsi Fərzəliyev
Firdovsi Fərzəliyev 2015-ci ildə
Firdovsi Fərzəliyev 2015-ci ildə
Şəxsi məlumatlar
Tam adı Firdovsi Rəfi oğlu Fərzəliyev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 10 iyul 1993(1993-07-10) (31 yaş)
Doğum yeri
İdman növü Karate
Məşqçisi Rəhman Hətəmov
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Firdovsi Fərzəliyev (10 iyul 1993, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycanı təmsil edən Karateçi, Avropa Oyunlarının qalibi.[1]

Firdovsi Fərzəliyev nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuruna 2015-ci ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında imza atdı. Qrup mərhələsində üç görüşün üçündə də qələbə qazanan Firdovsi Fərzəliyev turnirin yarım-final mərhələsində KYRM nümayəndəsi, 2014-cü il Avropa Çempionatının qalibi Emil Pavlov üzərində 8:0 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Firdovsi Fərzəliyev İtaliya nümayəndəsi, son Avropa çempionu Lusa Maresaya 4:0 hesabı ilə qalib gəldi və Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Firdovsi Rəfi oğlu Fərzəliyev "Şöhrət" ordeniilə təltif edildi.[2]

Firdovsi Fərzəliyev 2016-cı ildə Avstriyanın Lins şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. 2017-ci ildə Firdovsi Fərzəliyev mayda Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının bürünc, iyunda isə Polşada Dünya Oyunlarının qızıl medallarına sahib oldu.

2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə aparan Firdovsi Fərzəliyev bu səfər turnirin final görüşündə məğlub olaraq Avropa Oyunlarını gümüş medalla başa vurdu.

2021-ci ildə isə Firdovsi Fərzəliyev Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[3] Avqustun 5-də turnirində çıxış edən Firdovsi Fərzəliyev qrup mərhələsinin birinci görüşündə Avropa Çempionatının qalibi Türkiyə nümayəndəsi Eray Şamdan ilə üz-üzə gəldi.[4] Həmin görüşdə Firdovsi Fərzəliyev rəqibinə 1:7 hesabı ilə məğlub oldu.[4] Növbəti görüşdə Firdovsi Fərzəliyev Yaponiya nümayəndəsi Naoto Saqo ilə üz-üzə gəldi.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Firdovsi Fərzəliyev rəqibi üzərində minimal hesabla qələbə qazandı (1:0).[4] Qrup mərhələsinin üçüncü görüşündə Firdovsi Fərzəliyevin rəqibi Qazaxıstan nümayəndəsi Darçan Assadilov oldu.[4] Həmin görüşdə Firdovsi Fərzəliyev rəqibinə 2:6 hesabı ilə məğlub oldu.[4] Qrup mərhələsinin sonuncu görüşündə isə Firdovsi Fərzəliyev Misir nümayəndəsi Əli El-Savi ilə üz-üzə gəldi.[4] Həmin görüşdə Firdovsi Fərzəliyev rəqibinə minimal hesabla məğlub oldu.[4] Bununla da Firdovsi Fərzəliyev qrup mərhələsini bir qələbə və üç məğlubiyyətlə başa vurdu.[4] Bu nəticələrə əsasən Firdovsi Fərzəliyev qrupu beşinci pillədə başa vurdu və olimpiada da mübarizəsini dayandırdı.[3][4]

  1. Olympedia.org. "Firdovsi FƏRZƏLİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 30.06.2015. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. 1 2 Olympedia.org. "2020 Summer Olympics Games / Karate / Kumite / -67 Kg. / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. 1 2 3 4 5 6 7 8 9 10 Azerisport.com idman portalı. "Токио-2020. Фирдовси Фарзалиев выиграл у японца, проиграв три боя". www.azerisport.com (rus.)). 11.02.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.