Firn (alm. Frin- keçənilki, köhnə) — qar sərhəddindən yuxarıda, buzlağın qidalanma sahəsində düşən qarın günəş şüalarının təsiri altında əriməsi, gecə isə donması nəticəsində əmələ gələn buz kristalları (ölçüsü 5–10 mm-ə qədər). Firn tədricən sıxlaşır, bərkiyir və buzlaq buzuna çevrilir.[1]
Firn hövzəsi bərk atmosfer çöküntülərinin gəliri buxarlanmaya və əriməyə sərf edilən miqdardan üstün olduğu, qar sərhəddindən yuxarıda yerləşən sahədir. Firn hövzəsinə buzlağın qidalanma sahəsi də deyilir.[1]