Flamenko | |
---|---|
Yarandığı dövr | XVIII əsrin sonu XIX əsrin əvvəlləri |
Ölkə | Əndəlüs (İspaniya) |
Tipik alət | Flamenko gitarası, Klassik gitara, paliyos (palillos) , palmas və kaxon (cajón) |
Vikianbarda əlaqəli mediafayllar |
Flamenko (isp. flamenco, isp. cante flamenco) — ispan xalq rəqs (baile) və musiqisi (cante). Flamenko Əndəlüsdə yaranmış musiqi və rəqs növüdür. XVIII əsrə aid olan və flamenko kimi tanıdığımız bu rəqs əndəlüs rəqs və musiqisinə əsaslanır.
Flamenkonun mənşəyi barədə müxtəlif mübahisəli fikirlər olsa da onlardan heç biri öz tarixi sübutunu tapmamışdır. Baxmayaraq ki, RAE(Real Academía Española-İspaniya Real Akademiyası) lüğəti bunu yalnız qaraçı etnosları ilə əlaqələndirir, amma bu onun mənşəyinə uyğun deyil, lakin qaraçıların flamenko rəqsinə verdiyi töhfələrə heçkim şübhə etmir. Ən geniş yayılmış nəzəriyyə isə isə bu rəqsin qaraçı-mur mənşəli olmasıdır. Bu, Əndəlüsdə(müsəlmanlar, inmiqrantlar, yəhudilər, qaraçılar və b)baş vermiş mədəni oyanışla bağlı olmuşdur. Qaraçılar dünyanın bir çox yerlərində var və flamenko tək Əndəlüsdə yaranmasına baxmayaraq, dinindən və etnik tərkibindən asılı olmayaraq bütün əndəlüslülərin zəngin irsi hesab olunur. İndi flamenko Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi və Əndəlüs etnologiyasının Qeyri-maddi Mədəni İrsi hesab olunur. Oxumaq (el cante), çalmaq (el toque) və oynamaq (el baile) flamenkonun əsas təkib hissəsini təşkil edir. Son İllərdə Latın Amerikasında flamenkonun məşhurluğu Qvatemalada, Kosta-Rikada, Panamada, Salvadorda müxtəlif flamenko qruplarının və akademiyalarının yaranmasına səbəb olmuşdur.Yaponiyada flamenko elə məşhurdur ki, hətta bu ölkədə flamenko akademiyalarının sayı İspaniyadakından daha çoxdur.2010-cu ildə UNESCO flamenkonu Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi elan etdi.
Flamenko adı altında məşhur olan bu bədii janr, XIX əsrin ortalarında məşhurlaşmağa başlamışdır. Bu sözün mənşəyi haqqında dəqiq məlumatlar yoxdur, belə ki, bununla əlaqədar müxtəlif fərziyyələr irəli sürülmüşdür.
Flaminqo quşunun adı ilə eynilik: Bəzi fərziyyələr flamenko janrının adını flaminqo quşunun adı ilə əlaqələndirirlər. Onların birində deyilir ki, flamenko rəqsinin adı məhz bu addan götürülüb, çünki bu rəqsi ifa edənlərin görünüşü və bədən quruluşu bu quşları xatırladır. Bu fikrə uyğun olaraq alman musiqiçisi Marius Şnayder bildirib ki, bu termin flaminqo quşunun adından götürülmüş ola bilər , çünki flamenkonun repertuarında olan bu hərəkətlər orta əsrlərdə digər heyvanların simvolu sayılan flaminqonun hərəkətləri ilə bənzərlik təşkil edir. Digər bir fərziyyə isə Əndəlüs dilindəki "fellah min gueir ard" sözünə uyğun gəlməsi: Əndəlüs siyasi xadimi Blas İnfantenin fikrinə əsasən , flamenko termini "torpaqsız kəndlilər" mənasını verən bu sözdən götürüldüyü güman edilir. Bu fərziyyəyə görə murlar mədəniyyətin üstünlük təşkil elədiyi qaracı icması etnik azlığının tərkibinə qatılmışlar. B. İnfante düşünürdü ki flamenko , öz mədəniyyətinin məhv olmasından təsirlənərək mur xalqlarının yaratdıgı ağrı-acılarınin təzahür etdiyi incəsənət nümunəsidir, lakin buna baxmayaraq B.infante də dəqiq tarixi təsdiqini tapmış mənbə hesab olunmur. Çünki düşünürlər ki, siyasi xadimin yaşadığı dövr aqrar islahatlar dövrünə düşmüşdür və bu zaman bu fərziyyəni Əndəlüsdə hökm sürən işsizlik, səfalətlə əlaqələndirmişdir. Bu əlaqələndirmə isə tarixi və incəsənətlə bağlı olmaqdan daha çox ideoloji və siyasi xarakter daşıyırdı. Bununla yanaşı ata Garsia Barrosonun fikrinə görə də flamenko termini mərakeşlilərin ərəb dilindən götürüb istifadə etdikləri "fellah-mangu"-"kəndlilərin nəğməsi " mənasını verən sözdən götürülmüşdür. Eyni ilə Luis Antonio de Vega da düşünür ki, bu termin ərəbcə "felahikum y felah-enkum"-eyni mənanı verən termindən götürülüb. Qaraçı icması həmçinin flamenkolar kimi də tanınır: 1881-ci ildə , flamenkonu ilk yaradıcılarından olan Demofilo(Antonio Machado Álvarezin təxəllüsü) sübut etdi ki, flamenko sözü başlıca olaraq tez tez adları bu ad altinda hallanan qaracı icmasının mədəniyyəti ilə əlaqədar yaranmışdır. Qədim zamanlarda ingiliscə gypsies(qaraçı mənasını verir)adlanan- qaraçılar, hazırda müasir kastelyanolar, almanlar və flamenkolar adlanan xalqlara ispanca verilmiş addır. Flamenko sözünün mənası bunlarla məhdudlaşmır, bununla bağlı müxtəlif jarqonlar vardır. Bunlardan biri də "flamancia" sözünə uyğun gəlir ki bu da qaraçıların alovlu temparamenti mənasını verən "flama" sözündən götürülmüşdür. Eyni məna həmçinin RAE(İspaniya Real Akademiyasının) lüğətində də verilmişdir.
Flamenko nəğməsi: RAE(İspaniya Real Akademiyasının) lüğətində "cante jondo -flamenko nəğməsi" sözünün mənası "əndəlüsün ən orijinal və dərin mənası olan nəğməsi" kimi verilmişdir. Hətda bu lüğətdə "cante jondo"(flamenko nəğməsi) və "cante hondo"(dərin mənalı musiqi) ekvivalent ifadələr kimi göstərilib, lakin Qarsiya Matos və Hipolito Rossinin fikirlərinə görə heç də bütün cante flamenco(flamenko mahnılarını) cante jondo(dərin mənalı nəğmə) adlandırmaq düzgün olmazdı. Manuel de Faya isə hesab edirdi ki, cante jondo(dərin mənalı nəğmə) daha qədim, cante flamenco(flamenko mahnısı) isə müasir formadır.
Flamenko və əndəlüs folkloru arasındakı fərq: Flamenko XIX əsrdən qədim və rəngarəng kökləri olan əndəlüs musiqi və rəqs ənənələrinin bir qolu kimi formalaşmağa başladı. Flamenko əndəlüs folkloruna daxil olmasa da əsasən səhnə üçün nəzərdə tutulmuş bədii janrdır. Baxmayaraq ki, flamenko əsasən əndəlüs folkloruna əsaslanır, lakin ondan daha mürəkkəb quruluşda inkişaf etmiş janrdır. Hətta nə qədər yaxşı musiqiçi olursan ol onu dəqiqliklə ifa etmək çətindir. Həqiqətən də flamenko öz tarixi boyu heç bir zaman yalnız çox və ya az yayılmış milli azlıqların ifası olmamışdır. Peşəkar ifaçıların meydana çıxması və qaraçılar tərəfindən məşhur mahnıların yayılması onun üslubunun ənənəvi tonlardan əhəmiyyətli dərəcədə uzaqlaşdırılması ilə nəticələnmişdir. Flamenko məşhurluğa doğru böyük bir mədəni üslub dəyişikliyinə məruz qalmışdır ki, lakin bu onun keyfiyyətinə xələl gətirmir. Elə olsa belə flamenko turistləri Əndəlüsə gətirən səbəblərdə birinci yerdə durur. Belə ki onlar ya flamenkoya tamaşa etməyə və ya bu incəsənət növündə hətta doktorluq dərəcəsinə kimi təhsil almağa gəlir.
Flamenkonun mənşəyinin XVIII əsrin sonlarında Aşağı Əndəlüsün şəhər və təsərrüfat kəndlərində meydana çıxdığı hesab olunmasına baxmayaraq , demək olar ki, bu tarixlə əlaqəli məlumatlar yoxdur, bu dövr özündə əsasən bovlinq məktəbinin izlərini təzahür etdirir.
İfaçı kafeləri tamaşaçıların içki içərək eyni zamanda musiqili tamaşadan zövq ala biləcəyi gecə məkanları idi. Tez-tez o ətrafda yaşayan əhali tərəfindən hər cür hadisələr törədilirdi. Fernando de Triananın nəşr etdirdiyi xatirələrindən hələ 1842-ci ildə açılmış , sonradan Verdi operası kimi, 1847-ci ildə yenidən açılaraq "Los Lambardos" adı ilə fəaliyyət göstərən ifaçı kafesinin mövcud olduğunu öyrənirik. 1881-ci ildə geniş repertuarı və zəngin incəsənət mülkü olan Silverio Frankonetti ilk flamenko ifaçı kafesini açdı. Silverionun kafesində ifaçılar çox rəqabətli bir mühitdə idilər, belə ki, Silverio özü onun kafesinə gələn ifaçıları meydana dəvət eləməyi xoşlayırdı. İfaçı kafelərinin üslubu yeni peşəkar ifaçıların meydana gəlməsinə imkan verirdi.
1920 və 1955-ci illərdə flamenko tamaşaları "Flamenko operası" adı altında buğa meydanlarında və ya teatrlarda keçirilməyə başladı. Bu, təbliğatçılar tərəfindən iqtisadi bir strategiya idi , belə ki, operalar yalnız 3% vergi ödədiyi halda müxtəlif tamaşalar 10% ödəyirdi. Bu dövrdə flamenko operaları bütün İspaniya boyu və dünyanın əsas şəhərlərində yayılmışdı.