Florens Ouens Tompson | |
---|---|
ing. Florence Owens Thompson | |
Doğum tarixi | 1 sentyabr 1903 |
Vəfat tarixi | 16 sentyabr 1983 (80 yaşında) |
Dəfn yeri | |
Uşağı | 10 |
Fəaliyyəti | rəncbər |
Vikianbarda əlaqəli mediafayllar |
Florens Ouens Tompson (ing. Florence Owens Thompson) doğum adı Florens Leona Kristi (ing. Florence Leona Christie) (1 sentyabr 1903, Oklahoma ştatı, ABŞ – 16 sentyabr 1983, Kaliforniya ştatı, ABŞ) – fotoqraf Doroteya Lanj tərəfindən çəkdiyi Mühacir Ana (ing. Migrant Mother) (1936) fotoşəkildə təsvir olunan və məşhur mədəniyyətdə Böyük Böhranın simvolik obrazı hesab edilən Amerikalı qadın. Konqres Kitabxanası şəkil belə adlandırıb: "Kaliforniyada noxud yığanlar. Yeddi uşaq anası. Otuz iki yaşında. Nipomo, Kaliforniya"[1], lakin əslində, Florensin on uşağı var idi və o, noxud yığmırdı.