Fonolit

Fonolit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fonolit — porfir və ya afir quruluşlu leykokrat vulkanik süxur Nefelinli siyenitlərin effuziv analoqu olub orta tərkibli qələvi sıralı süxur qrupuna, feldşpatoidli fonolitlər ailəsinə aiddir. Qələvi çöl şpatları və feldşpatoidlərdən (nefelin, sodalit, hauin, nozean, analsim, kankrinit, leysit və başqa), qələvi piroksendən və (və ya) amfiboldan, bəzən biotit və olivindən ibarətdir. Əsas kütləsinin tərkibi nefelin və ya anortoklazın üstünlüyü ilə fərqlənir. Nadir hallarda şüşəli (az miqdarda) olur. Silisium oksidinin miqdarına (50–53%) görə qələvi sıralı əsasi süxurlar qrupuna aid olan fonolitlər (nefelin-sodalitli, leysitli və başqa) də məlumdur. Tərkib, quruluş və mineralların nisbətinə görə müxtəlif növlərə ayrılır.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]