Fors-majorlar — Aaron Korş tərəfindən yaradılmış, "USA Network" telekanalında 23 iyun 2011-ci ildə premyerası baş tutmuş ABŞ teledrama serialıdır. Serialda əsas hadisələr Nyu-York hüquq firmalarından birində vəkil işləyən Mayk Ross (Patrik Cey Adams) və Harvi Spekter (Qabriel Maxt) ətrafında baş verir. Harvi Nyu-Yorkun ən məşhur və nüfuzlu vəkillərindən biri olsa da, heç vaxt Harvard Hüquq Məktəbində (və ya hansısa başqa hüquq məktəbində) təhsil almamış, yalnız eydetik yaddaşı və təbii istedadı ilə uğur qazanan Mayk Rossu özünə köməkçi seçir.
27 avqust 2015-ci ilə kimi, beşinci mövsümün on seriyası da daxil olmaqla, serialın 70 seriyası çıxarılmışdır. Serial 2016-cı ilin yayında on altı seriyalıq altıncı mövsüm üçün yenilənmişdir.[1]
Mövsümlər | Seriyalar | Orijinal yayım | ||
---|---|---|---|---|
İlk yayım | Keçmiş yayım | |||
1 | 12 | 23 iyun 2011 | 8 sentyabr 2011 | |
2 | 16 | 14 iyun 2012 | 21 fevral 2013 | |
3 | 16 | 16 iyul 2013 | 10 aprel 2014 | |
4 | 16 | 11 iyun 2014 | 4 mart 2015 | |
5 | 16 | 24 iyun 2015 | 2 mart 2016 | |
6 | 16 | iyun 2016 | 2017 |
Fors-majorlar serialının birinci mövsümü ABŞ-da 23 iyun 2011-ci ildən 8 sentyabr 2011-ci ilə kimi yayımlanmışdır.[2]
Serialda No. |
Mövsümdə No. |
Başlıq | Rejissor | Ssenari müəllifi | Orijinal efir vaxtı | İstehsal kodu |
ABŞ izləyiciləri (milyon) |
---|---|---|---|---|---|---|---|
1 | 1 | Pilot | Kevin Bray | Aaron Korş | 23 iyun 2011 | S101-75 | 4.64[3] |
Nyu-Yorkun ən yaxşı bağlayıcı vəkillərindən biri olan Harvi Spekter çalışdığı “Pearson Hardman” hüquq şirkətində əsas partnyorlardan biri kimi təsdiq edildikdən sonra Harvard Hüquq Məktəbindən bir köməkçi götürmək hüququna yiyələnir. Narkotikanı təhvil vermək üçün müsahibənin keçirildiyi yerə gələn Mayk təsadüfən Harvinin müsahibəsinə girir və vəkil köməkçisi kimi işə düzəlir. | |||||||
2 | 2 | Yanlışlar və nöqsanlar | Con Stüart Skott | Şon Yablonski | 30 iyun 2011 | S102 | 3.89[4] |
Hakim (Karri Qrehem) düşünür ki, Harvinin onun həyat yoldaşı (Nazənin Boniadi) ilə əlaqəsi var və buna görə də Harvinin apardığı işə mane olmağa çalışır. Bu arada Luis Maykı narkotik testindən keçməyə məcbur edir və testin nəticələrinin mənfi olmasına görə şantaj etməyə çalışır. | |||||||
3 | 3 | İz ilə | Kevin Bray | Aaron Korş | 7 iyul 2011 | S103 | 4.53[5] |
Motor şirkətinin yeni baş icraçı direktoru şirkətin fəaliyyətinə mane olacaq addıma atmaq fikrində olduğuna görə Mayk və Harvi onu vəzifədən uzaqlaşdırmaq üçün əsas axtarırlar. Mayk keçmiş dostu Trevoru (Tom Lipinski) marixuana ticarətindən uzaqlaşdırmağa çalışır. | |||||||
4 | 4 | Kiçik çirkli sirrlər | Denni Qordon | Con Kovan | 14 iyul 2011 | S104 | 4.38[6] |
Harvi Cessikanın keçmiş həyat yoldaşının (Rassel Hornsbi) işi ilə məşğul olaraq onun şirkətinin istehsal etdiyi dərmanların zərərli olmadığını isbat etməyə çalışır. Mayk ilk müstəqil məhkəmə işini aparır və onun sirrinin üstü açılır. | |||||||
5 | 5 | Beyl Out | Keyt Vuds | Etan Droqin | 21 iyul 2011 | S105 | 4.38[7] |
Harvi gəlirli anlaşma imzalamaq və ya sadiq sürücüsünə (Anand Rajaram) kömək etmək arasında seçim etməlidir. Bu arada Trevor brclu olduğu narkotik satıcıları tərəfindən ələ keçirilir, Mayk və Harvi onu xilas edirlər. | |||||||
6 | 6 | Ticarətin gizlinləri | Terri MakDonouk | Rik Muirragi | 28 iyul 2011 | S106 | 4.44[8] |
Mayk və Harvi qurban olduğuna inandıqları qadını müdafiə etmək üçün birlikdə çalışırlar. Mayk hüquq məktəbi imtahanına hazırlaşmaq üçün Reyçela kömək edir. Lakin, başqaları üçün imtahan verib əvəzində pul alması faktını gizlətməyə çalışır. | |||||||
7 | 7 | Kişinin oyunu | Tim Meteson | Erika Laypez | 4 avqust 2011 | S107 | 4.03[9] |
Mayk məhkəmədə Luisin köhnə protejelərindən biri ilə üzləşir. Harvi keçmiş rəqabət və romantik hisslərini xatırlayır. | |||||||
8 | 8 | İdentiklik krizisi | Norberto Barba | Etan Drogin | 11 avqust 2011 | S108 | 3.96[10] |
Biznesmenin (Ceyms Morrison) qızı (Amanda Kryu) Maykın sirrini öyrənir, lakin, atası ilə olan problemi həll etməyə kömək etdiyi üçün Mayka kömək edir. Harvi isə Luisin firma üçün yaratdığı problemləri həll etməyə çalşır. | |||||||
9 | 9 | Məğlubedilməz | Feliks Enrikez Alkala | Rik Muirragi | 18 avqust 2011 | S109 | 4.45[11] |
Harvi rəqib vəkil Trevis Tanneri (Erik Kloz) məğlub etmək üçün etik kodu nəzərə almamalıdır. Reyçel firmaya qarşı vəsatət qaldırmaq istəsə də, Mayk buna imkan vermir. | |||||||
10 | 10 | Sıxıcı həyat | Cennifer Getzinger | Şom Yablonski | 25 avqust 2011 | S110 | 3.82[12] |
Mayk və Harvi doqquz il diplomsuz işləmiş kişinin sirrini öyrənirlər. Mayk və Reyçel bir-birlərinə qarşı hissləri olduğunu başa düşürlər, Luis isə Maykın Cenni Qriffit (Vanessa Rey) ilə münasibətinə problem yaradır. | |||||||
11 | 11 | Oyunun qaydaları | Maykl Smit | Con Kovan | 1 sentyabr 2011 | S111 | 3.96[13] |
Harvinin keşmiş rəhbəri (Qari Kol) onunla görüşərək keçmişdə bir yerdə işlədikləri dövrlə bağlı problem olduğunu və məhkəmə olacağını bildirir. Cenni Maykın ondan nəsə gizlətdiyini düşünür. | |||||||
12 | 12 | İt döyüşü | Kevin Brey | Aaron Korş | 8 sentyabr 2011 | S112 | 3.47[14] |
Harvi günahsız adamı azadlığa çıxarmağa çalışmaqla keçmiş səhvini düzəltməyə cəhd edir. Lakin, yeni hakim ədalətin bərpasından daha çox sistemin qorunmasını düşünür. Trevor Nyu-Yorka qayıdaraq Maykdan kömək etməsini xahiş edir. |
11 avqust 2011-ci ildə Fors-majorlar serialının on altı seriyalıq ikinci mövsüm üçün yeniləndiyi elan edilmiş, ikinci mövsüm ABŞ-da 14 iyun 2012-ci ildən 21 fevral 2013-cü ilə kimi yayımlanmışdır.[15]
Serialda No. |
Mövsümdə No. |
Başlıq | Rejissor | Ssenari müəllifi | Orijinal efir vaxtı | İstehsal kodu |
ABŞ izləyiciləri (milyon) |
---|---|---|---|---|---|---|---|
13 | 1 | "O bilir" | Maykl Smit | Aaron Korş | 14 iyun 2012 | S201 | 3.47[16] |
Mayka böyük bir iddianı bağlamaq etibar edilir. Cessikanın Maykın sirrini bildiyini deməsindən sonra Harvi Maykı işdə saxlayıb-saxlamamağı fikirləşir. Bu arada, beş illik fasilədən sonra şirkətin həmtəsisçilərindən biri olan Deniel Hardman (Devid Kosteybl) həyat yoldaşının ölümündən sonra şirkətdə vəzifəsinə qayıtmaq qərarına gəlir. | |||||||
14 | 2 | "Seçim" | Kevin Bray | Con Covan | 21 iyun 2012 | S202 | 3.80[17] |
Göndərdiyi səsli mesajdan sonra Mayk Reyçeli sakitləşdirməyə çalışır, Cessika isə Hardmanın şirkətdə vəzifəni ələ keçirməsinin qarşısını almaq üçün Harvinin tərəfdaşlar axtardığını öyrənir. Marvi maliyyə şöbəsindən kiçik partnyot Pol Porterlə (Maykl Kristofer) əlaqə saxlayaraq onu öz tərəfində çəkməyə çalışır. Lakin, həm Porteri, həm də Cessikanı qəzəbləndirir. Bu arada, Hardmen hədiyyələr və vədlərlə Luisi öz tərəfinə çəkə bilir. | |||||||
15 | 3 | "Yeni bossla görüş" | Maykl Smit | Erika Laypez | 28 iyun 2012 | S203 | 3.88[18] |
Harvi və Deniel bir-birlərinə qarşı hücum planları hazırlayırlar və bu zaman Deniel tibb bacıları birliyinin xəstəxanaya qarşı işindən istifadə etmək istəyir. Cessika öyrəndikdə ki, keçirilən sorğu nəticəsində “Pearson Hardman” şirkəti işçilərin həyat şəraitinə görə axırdan birinci yerdə qərarlaşıb, bu haqqda Luisi məlumatlandırı, o, isə məsələ ilə yerindəcə tanış olmaq üçün Harvard Hüquq Məktəbindən Şeyla adlı təmsilçini şirkətə dəvət edir. Bu xanımın Luisin qadn ekvivalenti olması məlum olur. Bu arada Donna Reyçel ilə bara gedib içirlər, Donna ona tanışlıq saytlarından istifadə etməyi və Maykdan uzaqlaşmağı məsləhət görür. Lakin, bioqrafiyasını yazmaq üçün Mayk Reyçelə kömək edərkən onların arasında yenidən isti münasibət yaranır, məlum olur ki, Maykın bölüşmək istəmədiyi bir sirri var. Reyçel hüquq məktəblərinə girmək üçün istifadə olunan LSAT testini alır. Harvi Mayka Hardmenin keçmişi ilə bağlı hadisələri danışır. | |||||||
16 | 4 | "Kəşf" | Kevin Bray | Daniel Arkin | 12 iyul 2012 | S204 | 3.70[19] |
Şəhərə qayıdan Trevis Tanner Harviyə qarşı ədavətli fəaliyyət göstərməyə başlayır. O, “Pearson Hardman” şirkətini “Coastal Motors” şirkətini təmsil edərkən faktları gizlətməkdə günahlandırır. Donna özü tərəfindən imzalanmış sənədi taparkən şoka düşür. Su firmasının işi ilə bağlı iddiada birlikdə işləyən Luis və Mayk ortaq xüsusiyyətləri olduğunu anlayırlar. | |||||||
17 | 5 | "Qırılma nöqtəsi" | Kristofer Misiano | Etan Drogin | 19 iyul 2012 | S205 | 3.72[20] |
Şirkətə böyük zərbə vura biləcək işdə Cessikanın Harvini ikinci planda saxlaması onu əsəbləşdirir. Harvi atasının himayəsindən xilas olmağa çalışan 16 yaşlı tennis ulduzunu məhkəmədə təmsil edir. Donna nə edəcəyini bilmədiyi üçün tapdığı sənədi məhv edir. | |||||||
18 | 6 | "Hamısı birində" | Con Skott | Karla Nappi | 26 iyul 2012 | S206 | 3.89[21] |
Atlantik Sitidə olduğu zaman Mayk şirkətini qumarda uduzmuş müştərini xilas etməyə çalışır və Harvinin Keyt Hoytla bağlı tarixçəsini öyrənir. Bu arada Luis və Reyçel bir yerdə fəaliyyət göstərməyə çalışır.[22] Skott Qrayns qumarda oynamağı zevən şirkət rəhbəri, Metyu Qleyv isə vəkil rolunda görünür.[22] | |||||||
19 | 7 | "Qadağan olunmuş vasitə" | Adam Devidson | Cenevyeve Sparlinq | 2 avqust 2012 | S207 | 3.41[23] |
Şirkətə qarşı açılmış iddiada Harvi şirkəti müdafiə edir və keçmiş kolleqası Zoe Lavfordun köməyindən istifadə edir. Luis Trevis Tanner roluna onu götürməyi xahiş edir. Faktların gizlədilməsi məsələsi ilə bağlı Harvi Donnanı sorğu etsə də, o, məlumat vermir və şirkəti məhkəməyə verməyə çalışır. | |||||||
20 | 8 | "Geri çəkilmək" | Feliks Enrikez Alkala | Rik Muirragi | 9 avqust 2012 | S208 | 3.42[24] |
Harvi və Mayk beş il əvvələ baxaraq hərəkətlərinin onlara necə təsir etdiyini öyrənməyə çalışırlar. Harvinin kiçik əməkdaşdan vəzifəyə yüksəlməsi və atasının ölümü göstərilir. Mayk və Harvi birlikdə Hardmanın şirkətdə idarəçiliyi ələ keçirməsinin qarşısını almağa çalışırlar. | |||||||
21 | 9 | "Asterisk" | CEnnifer Getzinger | Castin Pikok | 16 avqust 2012 | S209 | 4.00[25] |
Luis böyük partnyor elan edildikdən sonra Hardemi dəstəkləmək qərarına gəlir. Harvi isə çalışır onun Cessikanı dəstəkləməsini təmin etsin. Luis öyrəndikdə ki, Hardmen beş il əvvəl şirkətdən pul oğurlayarkən işi Luisin boynuna atmağa çalışıb, Hardmen onun “artıq həmin adam olmadığına” inandırmağa cəhd edir. Donna yenidən firmaya qayıdır. Reyçel LSAT testini uğurla keçdiyini öyrənir. Mayk il sonu bonusunu nənəsinə Manhettendə mənzil almaq üçün istifadə edir. Mayk mənzildə nənəsini gözləyərkən Reyçel gəlir və şirkətə zəng edərək nənəsinin ölüm xəbərini verdiklərini bildirir. | |||||||
22 | 10 | "Günorta çağı" | Kevin Bray | Erika Laypez | 23 avqust 2012 | S210 | 4.48[26] |
Hardmen Luisin səsi də daxil olmaqla partnyorların səs çoxluğunu qazanır və şirkətdə idarəçiliyi ələ keçirir. O və Luis Harvi və Maykın işlərini çətinləşdirməyə çalışırlar. Harvi Maykla birlikdə marixuana çəkir, Luis onun narkotika testindən keçirilməsi üçün Hardmendən icazə alır. Harvi testdən imtina edir və partnyorlar onun şirkətdə gələcək fəaliyyəti ilə bağlı qərar vermək üçün toplaşırlar. Toplantıda Harvi və Mayk Hardmenin keçmiş əməllərini xatırladaraq şirkətdə rəhbərliyi ələ keçirmək üçün “Coastal Motors”un işində Donnanın adından saxta sənəd hazırlayaraq yenə şirkətə zərbə vurduğunu açıqlayırlar və səsvermə nəticəsində Cessika yenidən şirkətin rəhbəri təyin olunur. Maykın keçmiş tanışı Tess nənəsinin dəfnində yenidən onunla görüşür. Mayk Reyçelə sekslə məşğul olmağı təklif etsə də, Reyçel tələsməməyi məsləhət görür. Lakin sonradan fikrini dəyişib Maykın evinə gələn Reyçel onun Tesslə yatdığını görür. | |||||||
23 | 11 | "Kor yönlü" | Devid Platt | Etan Drogin | 17 yanvar 2013 | S211 | 3.57[27] |
Mayk Tesslə yatmağa davam etdiyi müddətdə Reyçellə münasibətlərinə fasilə verir. Mayk partidən evə gələrkən yolda bir oğlanı maşınla vuraraq öldürmüş Liamın (Rayli Makklendon) işi ilə məşğul olur. Valideynləri evə qayıdarkən sərxoş sürücü tərəfindən avtomobillə vurularaq öldürülmüş Mayk işə xüsusi maraq göstərir. Bu arada Luis Şeyla ilə görüşür. Luis ondan yeni assisant seçməkdə kömək etməyi xahiş edir və Şeyla Mariya (Aarti Mann) adlı Harvard məzununu məsləhət görür, lakin sonradan, Maykın sirrinin açılmaması üçün Cessika Luisin həmin qızı işə götürməsinə icazə vermir. | |||||||
24 | 12 | "Qanlı su" | Rocer Kambl | Cenevyeva Sparlinq | 24 yanvar 2013 | S212 | 3.75[28] |
Müştərilərdən biri olan Trent Devonun (Con Foster) hərəkətləri Harvini şübhələndirir. “Bratton-Gould” şirkətində işləyən Ellison Holt “Pearson Hardman”ın əsas müştərilərini əlindən almağa çalışır. Hardmenə səs verdiyinə görə Harvi hələ də Luisə qarşı qəzəblidir. Buna görə də, Luis “Pearson Hardman”ı tərk etməyə qərar verir.[29] | |||||||
25 | 13 | "Zeyn vs. Zeyn" | Nikol Kassell | Rik Muirragi | 31 yanvar 2013 | S213 | 3.36[30] |
Şirkətin apardığı növbəti işdə Reyçelin atası olan məşhur vəkil Robert Zeyn şirkətə qarşı işləyir. Harvi bu işdə Reyçelin atası ilə olan mürəkkəb münasibətindən istifadə etməyə çalışır. Bu arada Luis Harvinin yeni tutduğu Katrina Bennettlə mübarizə aparır. | |||||||
26 | 14 | "O qayıdır" | Kevin Bray | Deniel Arkin | 7 fevral 2013 | S214 | 3.07[31] |
Daniel Hardmen şirkətə qarşı iş açaraq vaxtilə işçilərdən birinin işdən çıxarılmasını araşdırır. Hardmen şirkəti tərk edərkən imzaladıqları məxfilik anlaşmasına görə Cessika və Hervi Hardmenin nə etdiyini açıqlaya bilmirlər. Mayk şirkətin yeni işçisini yola gətirməyə çalışır ki, başqa bir mühüm iş olan Folsom Fuds işi ilə məşğul ola bilsinlər. | |||||||
27 | 15 | "Normandiyalı" | Terri MakDonok | Jon Cowan | 14 fevral 2013 | S215 | 2.90[32] |
Bir neçə cəbhədə mübarizə aparan “Pearson Hardman”ın maliyyə vəziyyəti çox pisləşir, Londonda yerləşən və Harvinin köhnə tanışlarından biri olan Dana “Skotti” Skottun (Abigeyl Spenser) çalışdığı hüquq şirkəti birləşmə təklif edir. Reyçel Harvarda qəbul edilmədiyini öyrənir. | |||||||
28 | 16 | "Meharibə" | Con Skott | Aaron Korş | 21 fevral 2013 | S216 | 3.20[33] |
Edvard Darbinin rəhbərlik etdiyi Britaniya şirkəti Harvinin gələcək haqqında planlarını alt-üst edərək, Cessika və Harvinin münasibətlərini pozur. Luis Darbinin şirkətindən olan Neycellə (Adam Qudli) tanış olur. Cessika Maykı təhdid edərək Harviyə kömək etməsinin qarşısını alır. Mayk nəhayət Reyçelə Harvardda oxumadığını deyir və onlar sekslə məşğul olurlar. |
21 oktyabr 2012-ci ildə Fors-majorlar serialının on altı seriyalıq üçüncü mövsüm üçün yeniləndiyi elan edilmişdir.[34] Üçüncü mövsüm ABŞ-da 16 iyul 2013-cü ildən 10 aprel 2014-cü ilə kimi yayımlanmışdır.[35] Üçüncü mövsümdə Mişel Feyrli bir neçə seriyada "Pearson Darby" şirkətinin müştərisi olmuş Dr. Yeva Hessinqton obrazını canlandırmışdır.[36] Maks Bisli müvəqqəti personaj olan, Darbinin sağ əli Stefan Hantlini canlandırır.[37][38][39] Mövsümün onuncu seriyası yay finalı rolunu oynamış və 17 sentyabr 2013-cü ildə yayımlanmışdır. Altı seriya isə 2014-cü ildə Soçi Qış Olimpiya Oyunlarından sonra yayımlanmışdır. Üzgüçü Maykl Felps mövsümün on birinci seriyasında kameo kimi çıxış etmişdir. Qabriel Maxtın atası Stefan Maxt bu mövsümdə Professor Cerard obrazını canlandırmışdır.
Serialda No. |
Mövsümdə No. |
Başlıq | Rejissor | Ssenari müəllifi | Orijinal efir vaxtı | İstehsal kodu |
ABŞ izləyiciləri (milyon) |
---|---|---|---|---|---|---|---|
29 | 1 | "Tərtibat" | Kristofer Misiano | Aaron Korş | 16 iyul 2013 | S301 | 2.93[40] |
Şirkətlərin birləşdirilməs başa çatdıqdan sonra Cessikanın yeni partnyoru Darbi, Harvini yüksək səviyyəli yeni müştəri olan neft maqnatı Yeva Hessinqtonun (Mişel Feyirli) işi ilə məğul olmaq üçün təyin edir. Sonradan Sonradan Derbi və Yevanın keçmişdə dərin əlaqələri olması məlum olur. Harvinin bu işdə qalib gəlməyəcəyi halda Yeva azadlığını itirmək təhlükəsi ilə üzləşir. Mayk bu işdə Harviyə kömək edir, eyni zamanda hər şeyi Reyçelə etiraf etdikdən sonra münasibətlərini qaydaya salmağa cəhd edir. Bu arada Luiis Darbi ilə danışaraq rəqibi hesab etdiyi Nayceli işdən uzaqlaşdırmağa çalışsa da, Naycel onun heyətlə işləmək hüququnu ələ keçirir. | |||||||
30 | 2 | "Sənin məni istəməyini istəyirəm" | Rocer Kambl | Con Kovan | 23 iyul 2013 | S302 | 2.88[41] |
Luis bir işlə bağlı Maykdan ona kömək etməsini xahiş edir, birlikdə iş nəticəsində onlar əslində pis yola getmədiklərini anlayırlar. Luis Mayka bərabər hüququlu tərəfdaş kimi onunla birlikdə işləməyi təklif etsə də, Mayk Harvi ilə işləməyə üstünlük verir. Bundan sonra Luis Cessikadan özünə köməkçi seçmək hüququ tələb edir. Harvi Yeva Hessinqtonun həbsə düşməsinin qarşısını almağa çalışır, lakin Harvi ilə çoxdan rəqabəti olan Manhetten rayon prokuroru Kameron Dennisin işə qarışmasından sonra vəziyyət daha da mürəkkəbləşir. Kameronun Yevanın protejesi Niklə danışdığını öyrənən Harvi Cessika ilə yeni hücum planı hazırlayır. Sonda iş məhkəməyə çatmamış başlanır, Yeva işini saxlayır və həbs olunmur, lakin, Harvi bu razılaşmadan məmnun qalmır. Bu arada Reyçel və Donna Harvi və Maykı barışdırmağa çalışırlar. Sonda onlar barışırlar. | |||||||
31 | 3 | "Yarımçıq iş" | Anton Kropper | Etan Drogin | 30 iyul 2013 | S303 | 2.47[42] |
Rüşvət verməsini etiraf etdikdən sonra Yeva Hessinqtonun həbs edilməsi məsələsi daha da ciddiləşir, çünki, Kameron onu ələ alınmış xarici hərbçi tərəfindən altı etirazçının öldürülməsində günahlandırır. Harvi və Mayk Yevanı müdafiə etsələr də onun günahkar olduğunu düşünürlər. İş ərəfəsində Harvi Darbinin köməkçisi Stiven Hantli ilə görüşür. Harvi Yevanın şəxsi məsələsi ilə məşğul olduğu üçün Luisdən onun şirkəti Hessinqton Oil şirkətinin işi ilə məşğul olmağı xahiş edir. Katerina Bennet Luislə işləmək istəsə də onun şəxsi sputniki olmaqdan imtina edir, buna görə də Luis onunla işləmək istəmir. Daha sonra Katerina Harvi ilə işləməyə çalışsa da Mayk və Donna buna imkan vermirlər. Bundan sonra o, Maykı təhqir etmək üçün hazırlanmış videonu şirkətin bütün kompyuterlərində yayır. Harvi buna görə onu tənbeh edir, yalnız bu hadisədən sonra Luis Katerinanı köməkçi kimi qəbul edir. Donna Mayk və Reyçeli bağışlayır. Hantli Donnaya romantik təkliflər edir. Harvi Cessikanı əsas partnyor vəzifəsindən uzaqlaşdırmaq haqqında planını Mayka danışır. | |||||||
32 | 4 | "Maraqların toqquşması" | Maykl Smit | Daniel Arkin | 6 avqust 2013 | S304 | 2.99[43] |
Harvi (Yeva Hessinqtonun qətldə günahlandırılması) və Luisin (Hessinqton Oil şirkətinin xilas edilməsi) götürdüyü işlər davam edir. Bu arada Luis, Katerina və Cessika Yeva Hassinqtonun Hassinqton Oil şirkətinin direktoru vəzifəsindən imtina etməsinin düzgün olacağını düşünürlər, Harvi, Mayk və Darbi isə buna qarşı çıxırlar. Ginniapolis Holdings şirkətinin Hassinqton Oil şirkətini ələ keçirməsinin qarşısını almaq üçün Mayk və katerina birlikdə çalışmağa başlayırlar. Birlikdə onlar müəyyənləşdirirlər ki, Toni Ginniapolis kimi Federal Ticart Komissiyası tərəfindən idarə olunan digər şirkətlər də var və şirkətin ələ keçirilməsi anti-monopoliya qanunun pozulmasına gətirib çıxara bilər. Bunu istifadə edən Luis ona Uorton investment bankirləri kimi ağıllı olduğunu deyib ələ salan Ginniapolis nümayəndəsinə qarşı mübarizə aparır. O isə qeyd edir ki, Ginniapolis Federal Ticarət Komissiyasından olan köhnə dostu ilə nahar edir. Ginniapolisə məğlub olan Luis Cessikaya onun “qara qu quşu” olmağı və onun əvəzinə bütün çirkli işləri görməyi təklif edir. Bundan sonra Luis Hessinqton oil şirkətinin idarə heyətini Yeva Hessinqtonu vəzifədən uzaqlaşdırmağa, Pirson Darbi şirkətini isə hüquq şirkəti kimi saxlamağa razı salır. Məhkəmə qabağı məşq zamanı Harvi və Mayk Yevanın günahkar olmadığına əmin olurlar. O, deyir ki, evlərini və yaşayış gəlirlərini itirən insanların vəziyyətini düzəltmək üçün 100 milyon dollardan artıq pul ödəyib. Yevanın azad edilməsi xəbəri dəqiqləşdikdə Cessikanın Harvi və Darbi ilə münasibətləri daha da kəskinləşir. Bu arada Donna və Stiven görüşməyə və Stivenin Nyu-Yorkda olduğu müddətdə təbii tələblərini qarşılamağa razılaşırlar. Donna bu haqqda Harviyə danışmağa cəhd etsə də alınmır. Mayk və Reyçel bir-birlərini sevdiklərini bildirirlər. | |||||||
33 | 5 | "Şübhə kölgəsi" | Feliks Alkala | Cenevyeva Sparlinq | 13 avqust 2013 | S305 | 2.79[44] |
Stiven Harviyə deyir ki, Yevanın şirkət rəhbərliyini itirməsinə baxmayaraq, arvi cinayət işi ilə bağlı işdə qalib gəlsə bu onun şirkət rəhbərliyinə gətirilməsinə kifayət edəcək. Daha sonra Harvi və Stiven Toni Giannopolisi İngiltərədəki işi ilə bağlı təhdid edərək Denisin onunla əlbir olmasını etiraf etdirməyə çalışırlar. Bundan sonra Harvidən xəbərsiz Stiven Gianapolisi qızı ilə təhdid edir. O isə bundan qəzəblənərək Hessington Oil şirkətinin dəyərini öldürməyə başlayır. Daha sonra Cessika və Harvi birlikdə plan hazırlayaraq Gianapolisi Hessington Oili almağa, lakin Yeva Hessinqtonu direktor kimi saxlamağa razı salmağa çalşırlar. Harviyə qarşı fəaliyyətinə görə Donna Stivenlə münasibətlərini soyudur. Reyçelin atasından onun Stenford Hüquq Məktəbində oxumaq üçün başqa şəhərə gedə biləcəyini öyrənən Mayk Reyçeldən inciyir. Cessika Harviyə onu adlı partyor etmək planından danışır. | |||||||
34 | 6 | "Başqa vaxt" | Con Skott | Rik Muirragi | 20 avqust 2013 | S306 | 2.76[45] |
Xatirələrdə, on il əvvəl, Donna və atasının məsləhəti ilə Harvi Kameronun hüquq pozucu fəlaiyyətində iştirakdan imtina edərək rayon prokuroru vəzifəsindən istefa verir. Hardmandan şirkətin idarəsini yenicə ələ almağa çalışan Cessika Donna ilə birlikdə onu işə qəbul edir. Harvi və Donna arasında işləmədikləri vaxt bir görüş olsa da, sonradan onlar bunu keçmişdə saxlamaq qərarı verirlər. Həmin vaxtlar Mayka Harvard Hüquq Məktəbinə qəbul edilməsi haqqında məktub gəlir. Lakin, dostu Trevorun narkotiklərə görə olan borcunu ödəmək üçün Mayk imtahanın cavablarını satmağa razılaşır. Trevor tutulduqda isə, cəzanın yüngül olacağını düşünərək işi öz boynuna götürür. Lakin, sonradan cavabları alan qızın dekanın qızı olması bəlli olur. Hadisədən xəbər tutan dekan Maykın heç vaxt Harvarda qəbul ola bilməyəcəyini bildirir. Müasir dövrdə Harvi Cessikanın yanına gedərək Darbi ilə olan anlaşmasını ona danışır və şirkət rəhbərliyinə gəlmək istəmədiyini bildirir, lakin, Cessika inciyərək ona qulaq asmır. Daha sonra Harvi Donnaya onun Stivenlə olan əlaqəsinin bezdirici olduğunu deyir. Mayk Reyçeli qarşılayaraq verəcəyi istənilən qərarda onu dəstəkləyəcəyini söyləyir. Kameron qətldə iştirak etmiş polkovniki taparaq şahid kimi dindirməyə nail olur. | |||||||
35 | 7 | "O mənimdir" | Anton Kruper | Pol Redford | 27 avqust 2013 | S307 | 2.79[46] |
Polkovnik Moriqanın ona zəng etdiyini gizlətdiyinə görə Yevanın müdadfiəsi daha da çətinləşib. Cessika Harvinin fikrini nəzərə almayaraq işi öz əlinə alır. Mayk guya təslim olmağı təklif etmək üçün Kameronun ofisinə gedir, lakin, əslində onun əlində Nikə qarşı nə olmasını müəyyənləşdirmək üçün sənədlərə baxır. Stiven işə qarışmağa davam edir, Donna onun polkovnik Moriqanın ifadəsindən yeddi səhifəni gizlətdiyini öyrənir. Daha sonra Mayk müəyyənlşdiri ki, əslində Stiven və polkovnik hələ məktəbdə oxuduqları dövrdən bir-birlərini tanıyırlar. Polkovnikə ölüm sifarişini də Yeva və Nikin xəbəri olmadan Stiven verib. Çünki, Darbi ona Yevanın problemini həll etməyi tapşırmışdı. Naycel Honkonqa gedərkən pişiyini saxlaması üçün bir neçə günlük Luisə verir. Lakin sonra Luis pişiyi qaytarmaq istəməyərək Nayceli məhkəməyə verir. Məhkəmədə Naycel Haroldun Luisə qarşı ifadə verməsinə nail olur. Reyçelin məsləhəti ilə Luis heyətlə işi qaytarmağın əvəzinə pişiyi Naycelə qaytarmağa razılaşır. Lusi Reyçelə Kolumbiya Universitetinin Hüquq Məktəbinə qbul edildiyini xəbər verir. | |||||||
36 | 8 | "Son oyun" | Maykl Smit | Castin Pikok | 3 sentyabr 2013 | S308 | 3.52[47] |
Harvi və Cessika ölüm sifariş etdiyinə görə Darbiyə təzyiq edirlər. O isə etiraf edir ki, hadisənin baş verməsindən sonra ondan xəbər tutsa da, Yevaya zərə verməkdən qorxaraq susub. Onlar Stivenin işdən çıxarılmasına nail olurlar. Daha sonra Darbi ifadə verərək Stivenin ünahkar olduğunu təsdiqləməyə və öz iştirakını etiraf etməyə məcbur olur. Buna görə beş il həbs cəzası alan Darbi həm də ABŞ ərazisində hüquq işlərində iştirak dan məhrum edilir. Buna görə də Cessika təcili şəkildə şirkətlərin ayrılmasını tələb edir. Donna Stivenin qətldə iştiraka görə həbs edilməsində iştirak edir. | |||||||
37 | 9 | "Pis niyyət" | Kristofer Misiano | Etan Drogin | 10 sentyabr 2013 | S309 | 2.95[48] |
Pirson Darbi Spekter şirkətinin ayrılması üzərində iş başlayır. Luis Cessikanın yanına gələrək ayrılma işinin ona həvalə olunmasını, Cessika və Harvinin bu işdə emosional davrana biləcəyini deyir. Lakin, Darbinin danışıqlar üçün Nayceli təyin etməsindən sonra işlər qəlizləşir. Belə ki, Naycelə əsəbləşən Luis lazım olmayan sənədlərə qol çəkir və Harvi ilə Cessikanın Darbini məğlub etmək planını məhv edir. Mayk Reyçelə vaxtilə nənəsi üçün aldığı mənzildə birgə yaşamağı təklif edir. Luis ilə Katerina Gianapolis Holdingslə işləməklə bağlı plan hazırlayırlar. Luisin planını eşidən Gianapolisin köməkçisi onun iqtisadi biliyinə heyran olur. Harvi Folsom Foods məsələsi ilə bağlı Robert Zeynlə danışmaq üçün Maykı göndərir. Robert əvvəl imtina etsə də, Mayk qızı ilə olan əlaqəsindən istifadə edir. Reyçel bunu öyrəndikdə qəzəblənir. Darbi danışıqlar üçün Skottini Nyu-Yorka göndərir və qələbə ilə qayıdacağı təqdirdə adlı partnyor olmağı vəd edir. Skotti Harvi ilə görüşərək Haeesington Oil işində ona kömək etməsini və aralarındakı münasibəti xatırladaraq Folsom Foods məsələsində geri çəkilməyi xahiş edir. Harvi bu məsələ ilə bağlı danışaraq Cessikanı razı salır. Lakin bundan sonra Hessington Oilin onların firmasını işdən azad etdiyini öyrənən Harvi Skottini onu aldatdığını düşünür. Qısa müddət sonra əslində bu işlərin arxasında Yeva Hessinqtonun durması, onun Pirson Darbi Spektor şirkətini etibardan sui-istifadəyə görə məhkəməyə vermək istəməsi məlum olur. | |||||||
38 | 10 | "Dayan" | Kevin Brey | Rik Muirragi | 17 sentyabr 2013 | S310 | 3.16[49] |
Bu dəfə Yevanın vəkili kimi Harvinin qarşısına çıxan Trevis Tanner şəxsi və peşəkar baxımdan ona hücum etməyə başlayır. O, Stivendən Harviyə qarşı istifadə etməyə çalışsa da, Donna həbsxanada ona ziyarət edərək aldatdığını etiraf etməyə razı salır. Harvi yeva ilə danışır və o iddiasından əl çəkir. Harvi Skotti ilə danışaraq onunla təkcə işləmək istəmədiyini, həm də onun həyatında olmasını istədiyini deyir. Cessika Mayk və Reyçelin əlaqəsini öyrənir və Robert Zeynin Maykın diplomsuz işə götürülməsini öyrənəcəyindən ehtiyat edir. Reyçel Kolumbiya Universitetində təhsil almağa qərar verir. Luis yenidən Şeyla Sazla romatnik əlaqələrə başlayır. Harvard arxivində olarkən Şeyla qısa müddətlik Luisi tək qoyur və o, arvi ilə Maykın sənədlərinə baxmaq istəyir. Bu zaman Maykın sənədlərinin Harvardın arxivində olmadığını öyrənir. | |||||||
39 | 11 | "Dəfn edilmiş həqiqətlər" | Çeri Noulan | Erika Laypez | 6 mart 2014 | S311 | 2.27[50] |
Harvi və Skotti birlikdə yaşamağa başlayırlar, Cessika Skottini işə götürmək üçün gəlirli bir müştəri cəlb etməsini istəyir, Skotti isə Maykl Felpsi müştəri kimi cəlb edə bilir. Lakin, Harvi Skotti ilə tam səmimi ola bilmir. Çünki, Maykın sirrini açmaq istəmir. Mayk və Reyçel birlikdə yaşamağa başlayırlar. Donna Luisin Maykın sirrini öyrənməməsi üçün əlindən gələni edir. Maykın saxta Harvard stenoqramasını alan Luis sakitləşir. Lakin, sənədlərdə heç kimə A qiyməti verməyən bir professorun Mayka +A verməsi onu şübhələndirir. | |||||||
40 | 12 | "Dünən keçdi" | Anton Krupper | Cenevyeva Sparlinq | 13 mart 2014 | S312 | 2.27[51] |
Mayk Luisin yanına gedərək +A qiymətini saaxtalaşdırdığını etiraf edir, lakin, bütün Harvard mövzusunun saxta olduğunu gizlədir. Luis mühazirə üçün professor Cerardı (Stiven Maxt) şirkətə dəvət edir və Maykın ondan üzr istəməli olduğunu bildirir. Harvi professorun şirkətə gəlməsinə mane ola bilməsə də, Luislə dostluğundan istifadə edərək məsələni həll edir. Bu arada Cessikanın keçmiş əri Kventin vəfat edir. Kventinin ikinci həyat yoldaşı Liza isə ondan miras qalmış dərman şirktətini satmaq istəyir. Cessika isə buna qarşı çıxır. Harvi öyrənir ki, Lizanın əsas məqsədi Kvantinin üzərində işlədiyi dərman prepatının istehsal edilərək satışa çıxarılmasıdır. | |||||||
41 | 13 | "Mübahisəli məsələ" | Kevin Bray | Deniel Arkin | 20 mart 2014 | S313 | 2.35[52] |
Harviyə hədiyyə olaraq Mayk onun heç vaxt qalib gələ bilmədiyi vəkil Eliot Stemplla qarşılaşma təşkil edir. Maykın köməkliyi ilə Harvi qalib gəlir. Lakin, Maykın sevinci uzun sürmür. Belə ki, yerli hüquq jurnallarından biri işin təşkilatçısından müsahibə götürmək istədiyini bildirir və Cessika onun diqqət çəkməsindən qaçınmaq üçün bütün sənədlərdən adının silinməsini tapşırır. Beləcə, Mayk xatırlayır ki, onun karyerası sona kimi kölgə altında davam edəcək. Skotti Cessika ilə manipulyasiya edərək Luisin məşğul olduğu müştərilərdən birini ələ keçirir. Luis və Katerina həmin müştərini geri qaytarmağa çalışsalar da heç nə alınmır və sonda Luis məcbur olaraq Harviyə kömək üçün müraciət edir. Harvi isə Skotti ilə danışaraq ona deyə bilmədiyi bir məsələdə Luisə borclu olduğuna görə ondan geri çəkilməyi xahiş edir. | |||||||
42 | 14 | "Ürək yanğısı" | Ceyms Uitmor | Aaron Korş & Erika Laypez | 27 mart 2014 | S314 | 2.53[53] |
Məhkəmə zalında Luisin ürəktutması olur. Xəstəxanada o, Şeylaya evlənmək təklif edir və Şeyla razılaşır. Lakin, evlilikdən sonrakı həyatlarını müzakirə edərkən Şeyla uşaq istəmədiyini bildirir və buna görə də onlar evlənməmiş ayrılırlar. Harvi və Maykla görüşdən sonra Toni Gianapolisin Conatan adlı köməkçisi şirkətdən ayrılmaq istədiyini bildirir. Mayk ona məsləhət verir və bu məsləhət Conatanın işinə yarayır, buna görə də Conatan Maykı onunla işləmək üçün dəvət edir. Mayk hüquq məktəbinə gedərək təhsil almaq haqqında Harvi ilə danışsa da, Harvi ona yalnız böyük şəhərlərdən uzaq hansısa əyalət şəhərində təhsl almasının düzgün olacağını deyir. | |||||||
43 | 15 | "Onları nə vaxt sındırmaq lazım olduğunu bilmək" | Anton Krupper | Con Kovan | 3 aprel 2014 | S315 | 2.50[54] |
Kədərlənən Luis işə çıxmır və Katerinadan bunu gizlətməyi xahiş edir. Mayk Reyçelə iş təklifi ilə bağlı danışsa da, hələlik Harviyə heç nə demir. Hessington məsələsi ilə bağlı Maykın şahidlərə pul ödəməsi məsələsi üzə çıxır. Cessikanın keçmiş partnyoru Çarlz Van Dayk meydana çıxaraq şirkətin sənədlərində saxtalaşdırılma aparıldığını və daha çox pul almalı olduğunu bildirir. Mayk Harviyə Pirson-Spekterdən ayrılmaq istədiyini deyir. Harvi Donnaya Mayk haqqında Skottiyə danışmaq istədiyini deyir. Mayk ofisə gələrək şirkətdə qalmaq istədiyini deyir. | |||||||
44 | 16 | "Çıxış yolu yoxdur" | Maykl Smit | Aaron Korş & Deniel Arkin | 10 aprel 2014 | S316 | 2.40[55] |
Maykın ABŞ prokuroru Erik Vudal tərəfindən sorğuya çəkilməsindən sonra Mayk və Harvinin qurduğu kart evin çökmək təhlükəsi yaranır. Lakin, bir qədər sonra məlum olur ki, Vudalın əsas hədəfi Mayk yox, Harvidir və Harviyə çatmaq üçün onlar Maykdan istifadə edirlər. Mayk və Harold həbs olunurlar. Lakin, Luis və Harvi onları həbsdən azad edə bilirlər. Azadlığa çıxan Mayk Conatan Sidvelin iş təklifini qəbul edir. |
22 oktyabr 2013-cü ildə Fors-majorlar serialının on altı seriyalıq dördüncü mövsüm üçün yeniləndiyi elan edilmişdir.[56] Dördüncü mövsüm ABŞ-da 11 iyun 2014-cü ildən 4 mart 2015-ci ilə kimi yayımlanmışdır.[57] Dördüncü mövsümdə Brendon Firla Maykın yeni müdiri Conatan Sidvell rolunu canlandırmışdır. Zeljko İvanek Erik Vudal rolu ilə dördüncü mövsümdə seriala qayıdır.
Serialda No. |
Mövsümdə No. |
Başlıq | Rejissor | Ssenari müəllifi | Orijinal efir vaxtı | İstehsal kodu |
ABŞ izləyiciləri (milyon) |
---|---|---|---|---|---|---|---|
45 | 1 | "Bir, iki, üç, getdik..." | Anton Kropper | Aaron Korş | 11 iyun 2014 | S401 | 2.50[58] |
Uolter Gillesin (Maykl Qross) həyatı boyu yaradığı şirkətin düşmən qüvvələr tərəfindən ələkeçirilməsi təhlükəsi yaranır. Maykın onun şirkətini xilas etmək planı Harvi və Conatan Sidvüll tərəfindən qəbul edilmir. Gənc iş adamı olan Loqan Sanders atasının yerinə şirkət rəhbərliyinə gəldikdən sonra Gilles Industries şirkətini ələ keçirməyə çalışır, lakin, Harvi maraqların toqquşması məsələsini həll etməli olur. Prokurorluqda işləyən Ceff Malloun şirkətə gələrək Harvi və Cessika ilə danışaraq xəbərdarlıq edir ki, ABŞ prokuroru Erik Vudal istefaya gedərək nüfuzundan istifadə edib onların şirkətinin müştərilərinin təqib olunması ilə məşğul olacaq. Luis baş verənlərdən xəbər tutur və gözləyir ki, şirkətin iqtisadi məsələlərinin həll edilməsi ona həvalə ediləcək. Lakin, Ceff Malloun şirkətdə böyü partnyorluq alması əvəzinə bu işlə məşğul olmağı təklif edir. Cessika Ceff Mallounla olan gizli romantik münasibətlərinin açığa çıxmamasına çalışır və Luisi bu məsələni həll etməl üçün təyin etmək istəyir. Lakin, Harvi ilə məsləhətləşdikdən sonra Cessika Ceffin təklifi ilə razılaşmaq qərarı verir. Buna baxmayaraq Ceffin qarşısında seçim qoyur ya onunla münasibət, ya da iş. Reyçel Loqan Sandersi görür və Mayka vaxtilə evli kişi ilə sevgi əlaqəsinin olduğunu deyir. | |||||||
46 | 2 | "Səhər yeməyi, lanç və nahar" | Rover Kambl | Cenevyeva Sparlinq | 18 iyun 2014 | S402 | 2.65[59] |
Loqan Sanders Harvinin məsləhəti ilə ələ keçirmək istədiyi Gilles Industries şirkətinin aksiyalarını almağa başlayır. Harvi bilir ki, Gilles investisiya şirkətlərinin (yəni Maykın) köməkliyi ilə şirkəti xilas etməyə çalışır. Onlar Mayka 30 milyon dolla r təklif edib əvəzində işdən çəkilməsini istəyirlər. Mayk imtina edərək işə davam edir. Luis və Malloun birlikdə işləməyə başlayırlar. | |||||||
47 | 3 | "Diz çökmüş iki nəfər" | Anton Krupper | Kris Douni | 25 iyun 2014 | S403 | 2.76[60] |
Harvinin Mayka qalib gələ bilməməsi Sanderi məyus edir və o, Mayk və onun keçmişi haqqında məlumat toplamaq üçün şəxsi dedektivlər tutulmasını təklif edir. Maykın sirrinin açılacağından ehtiyat edən Harvi, Uolter Gillesə Maykın narkotiklərlə əlaqəli keçmişi haqqında danışır və Gilles Maykla işləməkdən imtina edir. Harvi Maykın sirrini gizli saxlaya bilmək üçün onu geri çəkilməyə razı salmaq üçün danışmaq istəsə də, Donna bu haqqda danışmağın Reyçelə həvalə edilməsinin düzgün olacağını qeyd edir. Reyçel Loqanın yanına gedərək, vaxtilə onun nikahını saxlamaq üçün yalan söyləməsi qarşılığında geri çəkilməyi tələb edir. Bu arada Ceff Cessika ilə münasibətlərini bərpa etməyə çalışır. Luis isə onun gey olduğunu düşünür. | |||||||
48 | 4 | "Sələmçi" | Kevin Brey | Nora Zukerman & Lilla Zukerman | 9 iyul 2014 | S404 | 2.42[61] |
Sidvell Maykı sakitləşdirərək ilk investor-bankir kimi 100000 aksiya almasını cəsarətli addım adlandırır, lakin bir həftə vaxt verərək şirkətin istifadə edilmiş pullarının qaytarılmasını tələb edir, ya da işini itirəcəyini deyir. Harvi Erik Vudalın dostu və onların işləri ilə məşğul olan Şon Keyhellə görüşməyə gedir və onun geri çəkilməyəcəyinə əmin olur. Mayk pul almaq üçün Toni Gianapolisin yanına getsə də, Luisin sayəsinə imtina cavabı eşidir. Lazım olan məbləği tapa bilməyən Mayk Harvi ilə keçmiş ədavəti olan Çarlz Forstmana (Erik Roberts) müraciət edir. Forstman bir şərtlə razılaşır ki, müqavilə bağlanan kimi Sidvel layihədən uzaqlaşdırılacaq. Forstmanla keçmişdə iş birliyi olmuş bir adam kimi Harvi onun xasiyyətinə bələddir, buna görə də Maykın onunla işləməsinə qarşı çıxır. Cessika və Ceff Keyhellə danışaraq Pearson Specter şirkətinin qisas üçün təqib etmə iddiasından əl çəkməsi əvəzinə onun da müştəriləri təqib etməsini dayandırmağa razı sala bilirlər. Cessika və Ceff öz qələbəsini qeyd etdikləri vaxt Harvi onlara Keyhelin əsas məqsədi haqqında məlumat verir və onun müştəriləri Harviyə qarşı qaldırmaq planı olduğunu deyir. Melloun əsəbləşərək bunu əvvəlcədən görmədiyinə görə özünü günahlandırır və vəzifədən imtina edir. Reyçel ciddi biznes qərarının verilməsinə vəkil kimi Loqan Sandersə kömək edir və onlar birlikdə keçmiş münasibətlərini xatırlayırlar. Cessika yenidən Mellounun yanına qayıdır. | |||||||
49 | 5 | "Qanun çərçivəsində" | Kristofer Misiano | Deniel Arkin | 16 iyul 2014 | S405 | 2.33[62] |
Mayk Sidvellə xəyanət etmək istəmədiyi üçün Forstmanın pullarından istifadə etmək, lakin vəziyyəti başqa yönə dəyişmək haqqında düşünür. Harvi və onun arasında aksiyaların alınması üçün auksion təşkil olunsa da, Reyçelin qəfil xəstəxanaya aparılmasına görə o, təxirə salınır. Xəstəxanada Reyçelin ayılmasını gözləyərkən onlar birlikdə nahar etmək qərarı verirlər və qismən də olsa barışırlar. Nahar zamanı onların yanına gələn Keyhel cütlüyü qeyri-qanuni sövdələşmədə günahlandırır. Harvinin söz verməsinə baxmayaraq Cessika ondan xəbərsiz aksiyaları alır. Luis Şekspirin “Venesiya taciri” pyesində rol alan Donnaya kömək edir. | |||||||
50 | 6 | "Bir qədər qarışıqlıq" | Silver Tri | Rik Muirragi | 23 iyul 2014 | S406 | 2.70[63] |
Harvi və Mayk sövdələşmə ittihamı ilə bağlı problemi həll etməyə çalışırlar. Loqan və Reyçelin öpüşməsi onların aralarındakı münasibətləri daha da mürəkkəbləşdirir. Reyçelin köməkliyi ilə hazırlanmış anlaşma ilə Loqanla olan problem həll edilir. Harvi ya Maykı ya Loqanı seçməli olur və buna görə də Loqanla işləməkdən imtina edir. Qəzəblənən Loqan anlaşmadan imtina edir. Forstman Sdivellə Maykın ilkin planı haqqında məlumat verir. Reyçel Mayka Loqanla olan münasibəti haqqında danışmağa çalışır. | |||||||
51 | 7 | "Biz bacardıq" | Çeri Noulan | Aaron Korş & Deniel Arkin & Cenevyeva Sparlinq | 30 iyul 2014 | S407 | 2.81[64] |
Sidvellin arxasınca iş gördüyünə görə işini itirən Mayk Stenlə görüşür. Sten ona deyir ki, nə qədər pul qazanmağın vacib deyil, vacib olan onu kiminçün xərcləmənizdir. O, Reyçellə birlikdə hər şeyə yenidən başlamaq qərarı verir. Lakin, Reyçel ona Loqanla öpüşdüyünü dedikdə əsəbləşən Mayk Loqanın yanına gedərək onu döyür. Reyçel məsləhət üçün Donnaya müraciət edir, Mayk isə Harvinin evində qalır. Sabahı gün Mayk Reyçelə münasibətlərinin başa çatdığını deyir. Mayk Forstmanın yanına gedərək əvvəl imtina etdiyi işi qəbul etmək istəyir. Lakin, Luis onu fikrindən döndərməyə çalışır. | |||||||
52 | 8 | "İfşa" | Con Skott | Castin Pikok | 6 avqust 2014 | S408 | 2.59[65] |
Donna Reyçelə vaxtı ilə Harvi ilə yatdığını, lakin, Harvi hazır olmadığı üçün münasibət qurmadıqlarını etiraf edir. Mayk kiçik partnyor kimi yenidən Pearson Specter şirkətinə qayıdır. Luis öurənir ki, Şon Keyhell Gillesin işi ilə bağlı sənədlərlə maraqlanır. Mayk və Harvi birinci həmləni dəf edirlər. Reyçel işdə Mayk ilə danışmağa çalışır. | |||||||
53 | 9 | "Geridə qaldı" | Ceyms Uitmor | Kayli Lonq | 13 avqust 2014 | S409 | 2.59[66] |
Luis nə etdiyini Harvi və Cessikaya deyir. Cessika sakit qalmağa çalışsa da, işlər bitdikdən sonra Luisi işdən çıxardacağını bildirir. Qəzəblənən Harvi Luisin bağışlanması haqqında fikrinə də qulaq asmır. Harvi Forstmanla görüşərək anlaşmanı ləğv etməyə çalışsa da, başa düşür ki, təzyiq edəcəyi təqdirdə Forstman onu və qardaşını da bu işə cəlb edə bilər. Cessika Keyhell və Vudalla mübarizə aparmaqda onlara kömək etməyi xahiş edir. Maykl Reyçeli Keyhellin sorğusuna hazırlayır. Cessika Luisi işdən qovmaq istəyərkən Harvi bu işi ona həvalə etməyi xahiş edir, lakin, o, Donna ilə Luisin otağına gedərkən Luisin vida məktubu yazaraq şirkəti tərk etdiyini görürlər. | |||||||
54 | 10 | "Bu Romadır" | Rocer Kambl | Kris Douni | 20 avqust 2014 | S410 | 2.76[67] |
Luis Nyu-Yorkun heç bir böyük şirkətində işə qəbul edilmir, çünki, Pearson Specterlə olan partnyorluq müqaviləsi ona müştərilərdən hansınısa özü ilə aparmağa mane olur. Mayk Versalife adlı dərman şirkətinin işi ilə məşğul olmağa başlayır. Harvi Luis üçün Procter & Gamble şirkətinin Sinsinnati şirkətində şəhərində yerləşən ofisində iş tapsa da, Luis imtina edir. Daha sonra Harvi Bostonda Luis üçün iş tapır, lakin, Şeyladan imtina cavabı alan Luis bu işdən də imtina edir. Mayk Robert Zeynin yanına gedərək ondan Luisi işə götürməyi xhiş edir, Zeyn yalnız bir müştəri gətirəcəyi halda bunu etməyi öhdəsinə götürür. Luis Versalife şirkəti haqqında Katerinadan öyrənir və fəaliyyətə başlayır. Çünki, onun partnyorluq müqaviləsi yalnız öz müştərilərini aparmağı qadağan edirdi, Versalife isə Harvinin müştərisi idi. Luis Maykla bağlı sirri öyrənir. Cessikaya onun adlı partnyor kimi şirkətə işə götürülməyəcəyi təqdirdə şirkəti ifşa edəcəyini bildirir. | |||||||
55 | 11 | "Yetər" | Qabriel Maxt | Nora Zukerman & Laylla Zukerman | 28 yanvar 2015 | S411 | 1.87[68] |
Cessika onun adlı partnyor elan ediləcəyinə söz verir. Luis Maykla görüşərək onu bağışladığını bildirir. Luis adlı partnyor elan edildikdən sonra Maykın sirrini ondan gizlədən hər kəsə, xüsusilə Reyçel və Donnaya qarşı kobud davranır. Luisin yenidən şirkətə qaytarılmasını, üstəlik vəzifəsinin qaldırılması Ceff Mallounu şübhələndirir. Cessika ona Hardmanın şirkətdən oğurluğunun gizlədilməsi işinin Luis tərəfindən öyrənildiyini deyir. Reyçel Katerina Benneti atasını şirkətinə işə düzəldir. | |||||||
56 | 12 | "İnkişaf" | Anton Krupper | Cenevyeva Sparlinq | 4 fevral 2015 | S412 | 1.67[69] |
Əvvəl Harvini bəyənmədiyini elan edən Harvard Hüquq Məktəbinin Etika professoru Cerrard onun köməyinə ehtiyac duyur. Harvi onun işi ilə məşğul olmaq istəməsə də, Mayk onu işi götürməyə razı sala bilir. Cerrardın 25.000 dollarla tutulması onun rüşvət alması ehtimalını ortaya atır. Mayk öyrənir ki, cerrard bu pulu qumarda qazanmışdır, lakin, bunu məhkəmə qarşısında deyə bilməz. Çünki, etika müəlliminin qumar oynaması bəlli olsa o Harvarddakı işini itirə bilər. Cerrard Harvi ilə görüşərək, Maykın Harvardda təhsil almadığını bildiyini deyir. | |||||||
57 | 13 | "Yol ayrıcı" | Maykl Smit | Rik Muirragi | 11 fevral 2015 | S413 | 1.46[70] |
Cessika Harviyə Mayk və Luisi barışdırmağı tapşırır. Harvi Luis və Maykla birlikdə ilk müştərisi McKernan Motors şirkəti ilə görüşmək üçün yola çıxır. Yolda Luis və Mayk barışır. Maykın keçmişdə özünü Harvard tələbəsi kimi təqdim etməsi və yalanın üstünün açılması, həmçinin Harvi və Luisin yenicə işə başladığı vaxt Hardmanın onları qarşı-qarşıya qoyması göstərilir. | |||||||
58 | 14 | "Xəyanətin qiyməti" | Patrik Cey Adams | Castin Pikok & Kayli Lonq | 18 fevral 2015 | S414 | 1.70[71] |
Professor Cerrard Maykla görüşərək onun Harvardda təhsil almadığını bildiyini deyir və qatar qəzasında əziyyət çəkmiş bir ailənin işi ilə bağlı məsələni həll etməyi öhdəsinə götürməyi təklif edir. Mayk qatarı istehsal edən zavodun işçisi Co Handersonla (Maykl Harni) danışır və o, qəzanın qatarda lehimli disklərlə əlaqədar yaranmış problemə görə baş verdiyini bildirir. Onun sözlərinə görə zavod rəhbərliyi problemdən xəbərdar lsa da, qatarları istifadəyə buraxmış, bu isə qəzaya səbə olmuşdu. Hrvi və Mayk bu işlə məşğul olmağa başlayırlar. Melloun Cessikaya onu sevdiyini deyir və birlikdə Parisə getməyi təklif edir. Luisi isə şirkətə gələn zənglərə cavab verən katibənin onun adını çəkməməsi qəzəbləndirir. Cessika Harviyə deyir ki, onun Skottiyə dediyi səbəbə görə, Mayk haqqında sirri Ceffə demək istəyir. Donnanın qatarı istehsal edən şirkətin arxivinə girməsini sübut edən videonun ortaya çıxmasından sonra vəziyyət daha da qəlizləşir. | |||||||
59 | 15 | "Məqsəd" | Gümüş ağac | Deniel Arkin | 25 fevral 2015 | S415 | 1.80[72] |
Evan Smitin əlində olan video yazı Donnanın həbsə salınması ehtimalını ortaya atır. Mayk və Reyçel relsdən çıxaraq qəza törətmiş qatarın sürücüsü ilə görüşürlər. Harvi Donnaya qarşı iddianın geri götürülməsinə nail olur. Cefflə ayrılması məsələsini cessika bacısı Leya ilə müzakirə edir. Harvi və Donna Donnanın evində içərək qələbəni qeyd edirlər. Harvi Donnaya onu sevdiyini deyir. | |||||||
60 | 16 | "Sadəcə gözəl sima deyil" | Anton Krupper | Aaron Korş | 4 mart 2015 | S416 | 1.55[73] |
Şon Keyhel Harviyə müraciət edərək Erik Vudalın rüşvət kimi əldə etdiyi pulları tapa bilmədiyini bildirir və kömək etməsini xahiş edir. Mayk Reyçelə evlənmə təklifi edir. Donna Harvidən uzaqlaşaraq işləmək üçün Luisin yanına gedir və Harviyə onu sevdiyini deyir. |
11 avqust 2014-cü ildə Fors-majorlar serialının beşinci mövsüm üçün yeniləndiyi elan edilmişdir.[74] 7 aprel 2015-ci ildə "USA Network" serialın premyerasının 24 iyun 2015-ci ildə baş tutacağını açıqlamışdır.[75] Beşinci mövsümün yay finalı olan onuncu seriya 26 avqust 2015-ci ildə yayımlanmışdır. Beşinci mövsümün altı seriyasının 2016-cı ildə yayımlanacağı gözlənilir.
Serialda No. |
Mövsümdə No. |
Başlıq | Rejissor | Ssenari müəllifi | Orijinal efir vaxtı | İstehsal kodu |
ABŞ izləyiciləri (milyon) |
---|---|---|---|---|---|---|---|
61 | 1 | "Sınaq" | Anton Ktupper | Aaron Korş | 24 iyun 2015 | S501 | 2.13[76] |
Liberity Rail şirkətinin işi ilə bağlı məsələdə qalib gəlməsinə baxmayaraq Pearson Specter Litt şirkətində daxili problemlər yaranır. Uzun illər birlikdə işləmələrindən sonra Donna Harvini tərk edərək onun əbədi rəqibi olan Luisin yanına işə gedir. Lakin, Luis Donnanın həqiqətən də onun yanında qalmaq istədiyinə inanmır, bir gün, Harvinin Mayk kimi onu da yenidən öz yanına qaytaracağını düşünür. Donnanın siyirməsində “Luis üçün katibə namizədləri” siyahısını gördükdən sonra Luisin şübhələri daha da artır, lakin, Donna siyahını Harvi üçün saxladığını deyir. Donnanı itirdiyini qəbul etmək istəməyən Harvidə panika tutmaları başlayır. | |||||||
62 | 2 | "Kompensasiya" | Maykl Smit | Rik Muirragi | 1 iyul 2015 | S502 | 2.27[77] |
Harvi Donnanı əvəz edəcək adam axtarışına başlayır. Cek Soloff (Con Payper-fergusson) Luisin yanına gələrək şirkət işçilərinə maaş ödənilməsi qaydalarına dəyişikliklər haqqında təkliflərini bildirir. Luis özünü onunla həmfikir kimi göstərsə də, iclasda Harvinin arxasından iş görmək istəmədiyini göstərərək fikrə qarşı çıxır. Luis Harvinin gəlirləri haqqında hamını məlumatlandırmaq və Harvidən qisas almaq üçün, onun gəlirləri haqqında məlumatı işçilər arasında yayır. Harvi Donnanın maaşını öz gəlirindən ödədiyini və əgər belə bir katibəyə malik olmaq istəyirsə onun maaşını özü ödəməli olacağını bildirir. Cessikanın bundan xəbəri olsa da, Donnanın məlumatı yoxdur. Luis Donnanın maaşını ödəməyi öhdəsinə götürür. Mayk dostu Cimminin işi ilə məşğul olmağa çalışır, lakin, maddi dəstək əldə etməli olur. Cessikanın bu işi dəstəkləməyəciyini düşünən Mayk müxtəlif yolllara, hətta keçmiş rəhbəri Sidveldən kömək istəməklə maddi dəstək əldə etməyə çalışır. Reyçelin atası Robert Zeyn qızının evlənməsindən əvvəl nikah müqaviləsi imzalamağı tələb edir. Lakin, Reyçel buna qarşı çıxır. Harvi Luisə deyir ki, onun üçün çox dəyərli olan Donnanı onun əlindən alacaq. | |||||||
63 | 3 | "Bir cəhd" | Anton Krupper | Kris Douni | 8 iyul 2015 | S503 | 2.16[78] |
Ceklə olan məsələdə gücünü göstərmək üçün Harvi, Çarlz Barklidən onun Filadelfiya sportsun fanatı olan bir müştərini əlindən almasına kömək etməyi xahiş edir. Tibbi sığorta şirkətinin işində Robert zeynlə birlikdə işləməyə başlayan Mayk, qısa zamanda buna peman olur. Çünki Robert qısa zamanda işi öz əlinə alaraq Maykdan xəbərsiz hərəkət etməyə başlayır. Cessika Reyçelə onun da sevdiyi qəhrəman üçün oxuyacağı nitqin məzmununu redaktə etməyi həvalə edir. Luis Cekə onun planlarında iştirak etmək istəmədiyini desə də, Cek onu şantaj edir. Mayk Harvinin panika tutması olduğunu öyrənir. Sonda Harvi Luisə Cekin tərəfini tutmamaq haqqında xəbərdarlıq edir. | |||||||
64 | 4 | "Mən bunu edə bilərəm" | Silver Tri | Cenevyeva Sparlinq | 15 iyul 2015 | S504 | 2.38[79] |
Luisin bacısı Ester (Emi Aker) onun yanına gələrək boşanma işində Harvinin kömək etməsini təşkil etməyi ondan xahiş edir. Harvi Luisin xətrinə işi qəbul edir və Esterlə əlaqə qurmağa başlayır. Esterin ona xəyanət etmiş əri, vaxtilə biznes qurmaqda ona kömək etmək üçün tibb təhsili almaqdan imtina etməli olduğunu bəhanə edərək, Esterin malik olduğu şirkətdə pay istəyir. Mayk və Robert Zeyn birlikdə işləməyə davam edirlər. | |||||||
65 | 5 | "Və sonra" | Kevin Brey | Nora Zukerman & Laylla Zukerman | 22 iyul 2015 | S505 | 2.09[80] |
Harvinin keçmiş rəqiblərindən Trevis Tanner yeni işlə bağlı onun qarşısına çıxır, Alisa Lanq adlı qızın intellektual hüquqları ilə bağlı işin ilk görüşməsində o, yaxşı təkliflə işi bağlamaq istəyir. Lakin, Harvi və Mayk onun xoş niyyətinə inanmayaraq təklifi qəbul etməkdən imtina edirlər. Növbəti gündə Tanner məhkəmədə Harvinin qarşısına çıxaraq onun müştərisinin Harvinin müştərisinə qarşı cinsi təcavüzlə bağlı iddiası olduğunu bildirir. Psixoloqun qəbulunda Harvi keçmişin onun gələcəyinə təsir etdiyini etiraf edir. | |||||||
66 | 6 | "İmtiyaz" | Maykl Smit | Kayli Lonq | 29 iyul 2015 | S506 | 2.16[81] |
Donna Mayk və Reyçelə arzuladıqları toyu təşkil etməyə kömək edir. Makkeran Motorsun direktoru Dominik Baroneyə (Tit Uelliver) kömək etmək üçün Luis və Mayk birlikdə işləyirlər. Harvi yenidən psixoloqunun yanına qayıdaraq anası haqqında danışmağa razı olduğunu deyir. | |||||||
67 | 7 | "Əsas vuruş" | Rocer Kambl | Sherin Rotşteyn | 5 avqust 2015 | S507 | 2.08[82] |
Cek Soloff Maykla münasibətlərini düzəltməyə çalışır. Cessikanın göstərişi ilə Mayk Ceklə işləməyə başlayır. İlk olaraq Mayk ona etibar etməkdə çətinlik çəkir. Lakin, sonradan Maykın işindən razı qalan Cef onun kiçik partnyor olmasını təklif edir. Bu hal vəziyyəti daha da qəlizləşdirir. Cessika Maykla görüşərək bir bəhanə tapıb bu vəzifədən imtina etməsini tələb edir. Luisin bacısı Ester Harvinin yanına gələrək, şirkətinə qarşı açılmış işdə ona kömək etməyi xahiş edir. Harvi onu Luisin yanına göndərir, çünki, Luisdən xəbərsiz onun bacısı ilə yatmaq istəmir. Lakin, Luis onların əlaqəsi haqqında öyrənir, Harvinin ofisinə gələrək onunla dalaşır. | |||||||
68 | 8 | "Mea Culpa" | Keyt Dennis | Deniel Arkin | 12 avqust 2015 | S508 | 2.31[83] |
Luisin qəzəbinin qarşısını almaq üçün Cessika Harvini iki həftəlik məzuniyyətə göndərməyə çalışır. Harvi Luisin yanına gələrək psixi problemləri olduğunu, psixoloqun yanında müalicə aldığını deyir, səhv hərəkət etdiyini etiraf edir və üzr istəyir. Luis onu bağışladığını desə də, sonra iclasda Harviyə qarşı vəsatət qaldırır. Mayk kiçik partnyor mövqeyindən imtina etmək üçün inandırıcı bəhanə axtarır. Lakin, Cessika onu yanına çağıraraq yeni mövqeyi münasibətilə təbrik edir və bu vəzifə ilə ilk işini verir. Lakin, ilk görüşməsindəcə Maykın qarşısına onun harvadda oxumadığını bilən keçmiş tanışı Kler çıxır və Mayk gizlənir, Reyçel onun sirrini gizlətməyə çalışır. Lakin, Reyçel sonda Maykın, Klerin tanıdığı Mayk olmasını etiraf etməyə məcbur olur və onu sevdiyini deyərək, bu sirri açmamasını xahiş edir. | |||||||
69 | 9 | "Çağırılmamış qoaqlar" | Silver Tri | Kris Douni | 19 avqust 2015 | S509 | 2.30[84] |
Luisi döydüyünə görə Harvinin cəzalandırılması üçün səsvermə başlayır. Səsvermədən əvvəl Harvi gəlirinin yarıya qədər azaldılması, qalan yarısının isə həmkarları arasında bölünməsi ilə razılaşdığını deyir. Səsvermə 8/8 hesabı ilə bitir və Harvi cəzalandırılmır. Deniel Hardman Cessika ilə görüşərək, yenidən şirkətə qəbul ediləcəyi halda çoxlu müştəri gətirə biləcəyini, əks halda isə şirkətin müştərilərini aparacağınnı deyir. Reyçel anası ilə görüşür. Anası ona dəbdəbəli toy planlarından danışsa da, Reyçel az qonağın iştirakı ilə sadə toy istədiyini deyir ki, bu da onun anasını şübhələndirir. Mayk Trevorla görüşərək onu toyuna dəsvət etsə də, Trevor bundan imtina edərək, yalan danışdığı müddətdə onunla əlaqə saxlamaq istəmədiyini bildirir. Cessika Luisə Hardmanın Cesf Soloffu nə ilə şantaj etməsini dəqiqləşdirməyi tapşırır. | |||||||
70 | 10 | "İnam" | Anton Crupper | Cenevyeva Sparlinq | 26 avqust 2015 | S510 | 2.34[85] |
Seriya Harvinin xatirələri ilə başlayır. O, anasının atasını onun dostu ilə necə aldatmasını xatırlayır. Mayk isə katolik məktəbində təhsil almasını xatırlayır. Müasir vaxtda həmin məktəbə gedərək, vaxtilə ona təhsil vermiş keşişlə danışır. Hardman Cessikanın firmanın rəhbərliyindən uzaqlaşdırılması üçün səsvermə keçirsə də, Harvi səsvermənin Cessikanın xeyrinə başa çatmasını təşkil edir. Seriyanın sonunda Maykın sirrindən xəbər tutan polislər lisenziyasız vəkil işi ilə məşğul olduğuna görə onu həbs edirlər. | |||||||
71 | 11 | "Qayıdış"[86] | 2016 | S511 | |||
Amansız ABŞ prokuroru Anita Gibbs (Lesli Houp) Maykı dindirməyə alaraq təzyiq göstərir, həmçinin vəkili ilə görüşməsinə imkan vermir. Panikaya düşmüş Reyçel Mayka kömək etməsi üçün atası Robert Zeynə zəng edir. Maykı təmsil etmək istəyən Harvi, Hardman və Soloffu işdən uzaq tutmağa çalışır. Harvi Maykın işdən azad olunma haqqında ərizəsini istifadə edərək zamin qarşılığında onun azadlığa buraxılmasına nail ola bilir. Luis Donnanı müdafiə etməyə çalışsa da, buna nail ola bilməyəcəyini anladıqda onun yenidən Harvinin yanına qayıtmasına icazə verir. | |||||||
72 | 12 | Döyüşmək üçün yaşa... | Rob Seydenqlanz | Şarin Rotşteyn | 3 fevral 2016 | S512 | 1.51[87] |
Mayk və Luis öyrənirlər ki, məhz Şeyla Sazs Luislər görüşdən sonra anonim mail göndərən adamın özü olduğunu etiraf edib. Luis Şeyla ilə görüşərək onun Argentinaya səfərini maliyyələşdirir, iş tamamlanana kimi qayıtmamasını təmin edir və maildən imtina etməsini xahiş edir, beləcə həmin mail məhkəmədə sübut kimi istifadə edilmir. Şeyla deyir ki, Maykın kiçik partnyor kimi irəli çəkilməsi xəbərini oxuduqda onun haqqında sənədlərə baxmaq istəyir və görür ki, Maykın sənədləri olmalı olan fayl yoxdur. Aldanmış və ya səhv etmiş ola biləcəyini başa düşən Şeyla bundan utanır. Bu arada Gibbs Donnaya təsir etmək üçün onun atasını həbs edərək dindirməyə başlayır. Mayk Professor Cerardın yanına gedərək ondan, özünün Harvard Hüquq Məktəbində oxuduğunu təsdiq edən məktub yazmağı xahiş edir. Donna Cerardın məktubunun istifadə edilməməsi qarşılığında Donnanın atasını sərbəst buraxmağa razılaşır. | |||||||
73 | 13 | Tanrının yaşıl yer kürəsi | Anton Kruper | Cenevyeva Sparlinq & Sandra Silverşteyn | 10 fevral 2016 | S513 | 1.71[88] |
Anita Gibbs Reyçelə təsir göstərməyə çalışaraq, cinayətkarları müdafiə edəcəyi halda, ən böyük arzusu olan vəkil olmaq istəyinin yerinə yetməsinin təhlükə altında olacağını bildirir. Reyçellə danışaraq onu sakitləşdirən Harvi, Gibbsin “New York Journal”-da çıxmış və “Pearson Specter Litt” şirkətini qaralayan məqalənin müəllifi olduğunu başa düşür. Gibbslə əlaqəli sənədləri axtaran Donna Trevorun onunla əlaqəli olduğunu başa düşür. | |||||||
74 | 14 | Özünümüdafiə | Patrik Cey Adams | Kayli Long | 17 fevral 2016 | S514 | 1.58[89] |
Məhkəməyə az qaldığı bir vaxtda, Mayk vəkil olduğunu sübut etmək üçün özünü təmsil etmək istəsə də, Harvi buna qarşı olur. Problemi həll etmək üçün onlar qurma məhkəmə keçirməyi qərara alırlar. | |||||||
75 | 15 | Tik-tok | Rocer Kambl | Daniel Arkin | 24 fevral 2016 | S515 | 1.73[90] |
Andlılar geri qayıdırlar. Lakin, onlar qərarlarını açıqlamamış Mayk, şirkəti və dostlarını təhlükəyə atmamaq üçün Anita Gibbslə razılığa gəlir. Əldə edilmiş razılığa əsasən Mayk iki il müddətinə həbsə getməyə razılaşır, əvəzində Anita Gibbs şirkət və onun rəhbərlərinə toxunmayacağını öhdəsinə götürür. | |||||||
76 | 16 | 25-ci saat | Anton Kruper | Aaron Korş | 2 mart 2016 | S516 | 1.71[91] |
Harvi andlıların üzvlərindən biri ilə əlaqə saxlayaraq, onların Maykın günahkar olmamasına qərar vermələrini öyrənir. Lakin, Maykın daha çox incidilməsini istəməyən Harvi bu həqiqəti ona deməməyə qərar verir. Mayk və Reyçel evlənmək qərarı verirlər. Lakin, toy günü Reyçeli ailəsi qarşısında çətin vəziyyətdə qoymaq istəməyən Mayk toydan imtina edərək həbsə gedir. |
Mövsüm | Seriyalar | DVD çıxış tarixi | |||
---|---|---|---|---|---|
Region 1 | Region 2 | Region 4 | Disklər | ||
1 | 12 | 1 may 2012[92] | 30 aprel 2012[93] | 7 iyun 2012[94] | 3 |
2 | 16 | 28 may 2013[95] | 13 may 2013[96] | 13 fevral 2014[97] | 4 |
3 | 16 | 27 may 2014[98] | 9 iyun 2014[99] | 2 oktyabr 2014[100] | 4 |
4 | 16 | 28 aprel 2015[101] | 8 iyun 2015[102] | 5 avqust 2015 | 4 |
I mövsüm[redaktə | vikimətni redaktə et]
|
II mövsüm[redaktə | vikimətni redaktə et]
|
III mövsüm[redaktə | vikimətni redaktə et]
|
IV mövsüm[redaktə | vikimətni redaktə et]
|
No. | Başlıq | Orijinal efir vaxtı | İzləyicilər (milyonla) |
Reytinq (Böyüklər 18–49) |
Kabeldə 18–49 göstəricisi |
Qeyd |
---|---|---|---|---|---|---|
1 | "Sınaq" | 24 iyun 2015 | 2.13 | 0.6 | #13 | [76] |
2 | "Kompensasiya" | 1 iyul 2015 | 2.27 | 0.6 | #14 | [77] |
3 | "Bir cəhd" | 8 iyul 2015 | 2.16 | 0.6 | #20 | [78] |
4 | "Mən bunu edə bilərəm" | 15 iyul 2015 | 2.38 | 0.6 | #12 | [79] |
5 | "Və sonra" | 22 iyul 2015 | 2.09 | 0.6 | #14 | [80] |
6 | "İmtiyaz" | 29 iyul 2015 | 2.16 | 0.5 | #17 | [81] |
7 | "Əsas vuruş " | 5 avqust 2015 | 2.08 | 0.6 | #19 | [82] |
8 | "Mea Culpa" | 12 avqust 2015 | 2.31 | 0.7 | #11 | [83] |
9 | "Çağırılmamış qoaqlar" | 19 avqust 2015 | 2.30 | 0.6 | #13 | [84] |
10 | "İnam" | 26 avqust 2015 | 2.34 | 0.6 | #12 | [85] |