Fosten-Arkanj Tuadera

Fosten-Arkanj Tuadera
  • fr. Faustin-Archange Touadéra
  • sanqo Faustin-Archange Touadéra
Mərkəzi Afrika Respublikasının Prezidenti
30 mart 2016 – h.h
ƏvvəlkiKatrin Samba-Panza
Mərkəzi Afrika Respublikasının Baş naziri
22 yanvar 2008 – 17 yanvar 2013
ƏvvəlkiEli Dote
SonrakıNikola Tyanqay
Şəxsi məlumatlar
Doğum tarixi (67 yaş)
Doğum yeri Bangi, Ubangi-Şari (indiki Mərkəzi Afrika Respublikası)
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d]
Həyat yoldaşı
  • Brijit Tuadera
  • Tina Tuadera
Uşağı 3
Dini Baptizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fosten-Arkanj Tuadera (fr. Faustin-Archange Touadéra; sanqo Faustin-Archange Touadéra; 21 aprel 1957[1][2], Bangi, Ubangi-Şari[d]) — Mərkəzi Afrika Respublikası siyasətçisi və akademik, 2016-cı ilin martından etibarən Mərkəzi Afrika Respublikasının Prezidenti.

Tuadera Bangidə anadan olub, atası sürücü, anarı isə əkinçi işləyirdi, ailə kökü Banginin şimalında yaşayan Damaradan gəlir. Orta təhsilini Bangidə Bartelemi Boqanda Kollecində alıb, 1976-cı ildə Bangi Universitetində Feliksa-Ufue-Buni Universitetinə getmədən öncə bakalavr dərəcəsi almışdır. 1986-cı ildə Fransada Lill Elm və Texnologiya Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsini aldı, 2004-cü ildə Kamerunda I Yaunde Universitetindən də riyaziyyat üzrə doktorluq dərəcəsi almağı bacardı.[3]

Tuadera eyni zamanda Brijit Tuadera və Marqarita "Tina" Tuadera ilə evlidir. Hər iki xanımın Mərkəzi Afrika Respublikasının Birinci xanımı titulu uğrunda mübarizə apardığı bildirilir. Fosten-Arkanj Tuaderanın üç övladı var.[4]

Elmi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

1987-ci ildə Bangi Universitetində riyaziyyat müəlliminin köməkçisi oldu və 1989–1992-ci illərdə universitetin Elm Fakültəsinin dekan müavini oldu. 1992-ci ildə müəllim hazırlığı kollecinin direktoru təyin edildi. 1999-cu ildə Fransız Dilli Ölkələrdə və Hind Okeanında Dövlətlərarası Riyaziyyat Proqramlarının Standartlaşdırılması Komitəsinə qoşuldu, 2001–2003-cü illərdə komitənin prezidenti vəzifəsində çalışıb. 2004-cü ilin mayında Bangi Universitetinin kansleri təyin edilib. Tuadera 2005–2008-ci illərdə universitetin rektoru vəzifəsini icra etdi və bu müddət ərzində sahibkarlıq təhsili proqramı və Öklid Konsorsiumunun yaradılması kimi bir neçə təşəbbüs göstərdi.

Siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Baş nazir fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Tuadera Eli Dotenin istefasının ardından 22 yanvar 2008-ci ildə Prezident Fransua Bozize tərəfindən Baş nazir təyin edildi. 29 üzvdən ibarət olan hökuməti özü ilə birlikdə dörd dövlət naziri, 17 nazir və yeddi nazir nümayəndəsini yanvarın 28-də təyin etdi.

2008-ci ilin dekabrında milli dialoq təşkil edildi və Bozize 18 yanvar 2009-cu ildə milli birlik hökumətinin qurulmasına hazırlıq məqsədilə Tuadera hökumətini buraxdı. Tuadera 19 yanvarda yenidən Baş nazir vəzifəsinə gətirildi. Elə həmin gün 31 nazirlik hökumət təyin edildi, yalnız 10 nazir vəzifələrini qorumağı bacardı.

Bozize hökuməti ilə Seleka üsyançı koalisiyası arasında 2013-cü ilin yanvarında barışıq əldə edildikdən sonra Bozize 12 yanvar 2013-cü il tarixində siyasi müxalifətdən yeni Baş nazir təyin olunmasını tələb edən müqavilənin şərtlərinə uyğun olaraq Tuaderanı istefaya göndərdi.[5]

Tuadera 2015-ci ilin oktyabr ayında keçirilən prezident seçkilərində müstəqil namizəd olaraq iştirak etmək niyyətini açıqladı.[6]

Öklidə qoşulma proqramı

[redaktə | vikimətni redaktə et]

2008-ci ildə Bangi Universitetinin ev sahibliyi etdiyi Öklid Konsorsiumunun təşəbbüsü Öklid adlı hökumətlərarası universitet quruldu. Baş nazir olaraq Tuadera 2010-cu ilin may ayında Mərkəzi Afrika Respublikasından qatılım sənədini imzaladı. Nazirlər Kabineti sədri Simplis Saranci 2011-ci ilin mart ayında Öklid təsdiq müqaviləsini imzaladı.

2012-ci ilin aprelində Tuadera burundili məzunlar üçün Mərkəzi Afrika Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyində təşkil olunmuş məzuniyyət mərasiminə şəxsən rəhbərlik etdi.[7]

Prezident fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Tuadera 2015-ci ilin dekabrından 2016-cı ilin fevralına qədər prezident seçkilərində namizəd olaraq qaldı. Səsvermənin ilk turunda ikinci yeri tutduqdan sonra ikinci tur üçün məğlub olan namizədlərin əksəriyyətinin dəstəyini aldı və səslərin 62%-i toplayaraq seçkiləri qazandı. 30 mart 2016-cı ildə and içdi. Qələbə çıxışında silahsızlanmanı davam etdirəcəyinə və "MAR-ı birləşmiş, sülh ölkəsi, inkişaflada gedən bir ölkə halına gətirəcəyinə" söz verdi. Simplis Sarancini 2 aprel 2016-cı ildə Baş nazir təyin etdi. Saranci Tuaderanın seçki dövründə təşviqat meneceri idi.[8]

Prezident vəzifəsinə and içdikdən sonra Fransa Mərkəzi Afrika Respublikasına hərbi müdaxiləyə son qoyacağını təsdiqlədi. Fransa 10.000 BMT sülhməramlılarının apardığı Sanqari əməliyyatı çərçivəsində bu ölkədə yerləşdirilən əsgərlərin 2.500-ə sahib idi. Fransanın dəstəyi olmadan Tuadera böyük şəhərlərdə təhlükəsizliyi qorumaq üçün problemlə üzləşdi.[9]

Mərkəzi Afrika Respublikası 2013-cü ildə ümumi daxili məhsulunda 36%-lik azalma müşahidə etdi. İqtisadiyyato zamandan sonra azca böyüdü, lakin ÜDM-in əsas hissəsini təşkil edən kənd təsərrüfatı sektoru çətinliklərlə üzləşdi və hökumət gəlirlərini artırmaq üçün bununla mübarizə apardı.[9]

Fosten-Arkanj Tuaderanın təhlükəsizliyi Rusiyanın özəl hərbi şirkəti olan Vaqner qrupunun üzvlərindən təşkil olunmuşdur.[10]

  1. Faustin-Archange Touadéra // Brockhauz Ensiklopediyası (alm.).
  2. Faustin Archange Touadera // Munzinger Personen (alm.).
  3. "Arxivlənmiş surət". 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  4. https://web.archive.org/web/20190301074423/http://rjdh.org/qui-est-le-nouveau-president-centrafricain-faustin-archange-touadera/
  5. "Arxivlənmiş surət". 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  6. "Arxivlənmiş surət". 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  7. "Arxivlənmiş surət". 2016-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  8. "Arxivlənmiş surət". 2017-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  9. 1 2 "Arxivlənmiş surət". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  10. "Arxivlənmiş surət". 2018-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]