Franklin boğazı | |
---|---|
ing. Franklin Strait | |
Ümumi məlumatlar | |
Eni | minimum 32 km |
Yerləşməsi | |
71°30′ şm. e. 96°30′ q. u.HGYO | |
Ölkə | Kanada |
Akvatoriyası | |
Ayırır | Uels Şahzadəsi (ada)sını Buthia yarımadasından |
|
Fraklin boğazı - Kanada Arktik arxipelaqına daxil olan Uels Şahzadəsi (ada)sını Buthia yarımadasından ayırır. Kanadanın şimalında Nunavut vilayəti ərazisində yerləşir. Eni ən dar yerdə 32 km təşkil edir. Orta dərinlik şimalda 70 m, cənubda isə 400 m-dir. İlin böyük hissəsi buzla örtülü olur. Boğaz əsasən avqustun əvvəlindən sentyabrın əvvəlinə qədər buzdan azad olur. Boğazdan Şimal-Qərb dəniz yolu keçir. Bu yol Lonkaster, Borru, Pill boğazı, Franklin körfəzi, Larsen, Viktoriya boğazı, Kuin-Mad körfəzi, Dis, Koroneyşen boğazı, Dalfin-end-Yunion boğazı və Amudsen körfəzindən keçir. Boğaz Qütb araşdırmaçısı Con Franklinin şərəfinə adlandırılmışdır.