Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fransa vergi sisteminin ümumi xüsusiyyətləri
Ərazisi – 674,8 min km²; Əhalisi – 65,1 milyon nəfər; ÜDM – 1,83 trln. dollar; Adambaşına düşən ÜDM – 29316 dollar.
Fransanın vergi sistemi son illərdə formalaşmış, ölkənin tarixi və mədəni xüsusiyyətlərini, özünəməxsus vergi və yığımların məcmusunu özündə əks etdirir. Hazıda vergi və yığımlar, onların tətbiqi stabilliyə malikdir. Vergi dərəcələrinə ölkənin iqtisdi vəziyyəti və sosial-iqtisadi siyasəti nəzərə alinmaqla vaxtaşırı yenidən baxılır. Vergilər Fransa hökumətində dövlət büdcəsinin formalaşmasinda əsas mənbəə olmaqla büdcə gəlirinin 90 faizini təşkil edir. Fransanın vergi sisteminin əsasini təşkil edən prinsiplər aşağıdakılardır:
Fransanın vergi sistemində aşkar üstünlük fiskal funksiyaya məxsusdur. Fransanin əsas vergi növlərini dolayı, birbaşa vergilər və gerb yığımları təşkil edir. Qeyd olunmalıdır ki, dolayı vergilər üstunlük təşkil edir. Dolayı vergilərin 50 faizini əlavə dəyər vergisi (ƏDV) təşkil edir. Bütövlükdə yerli vergilər ümumi vergi yükünün 30 faizini, bunlar da yerli büdcənin 40 faizini təşkil edir. Mərkəzi büdcəyə gaxil olan yerli vergilər və müvafiq digər vergilər üzrə ciddi bölgü mövcuddur. Bunu sxem 9.1-dən aydın görmək olar. Fransanın vergi sisteminin fərqləndirici cəhətlərinə təhsilə yönəlmiş xərclərin (yatırımların) artımının stimullaşdırılması, vergi avuarı, əmlakın yenidən satışından vergi tutmalar aiddir. Vergi avuarı özundə səhm sahiblərdən ikiqat vergitutmanın konpensasiyasını əks etdirir, Burada səhm sahibi olan fiziki şəxslərin əldə etdiyi dividentlərdən (gəlirlərindən) gəlir vergisinin, eyni zamanda hüquqi səxs kimi səhmdar cəmiyyətlərin mənfəət vergisinin ödənilməsi nəzərdə tutulur. Vergi avuarinin məbləği böluşdürülmüş dividentlərin yarısına bərabərdir.
Elm sahəsinə yönəldilən investisiyaların artımının stimullaşdırılması. Stimullaşdırma məqsədilə Elmi Tədqiqat və Təcrübə Konstruksiya İşlərinə (ETTKİ-yə) yönəldilən yatrımların illik artımına 50 faizi miqdarında vergi krediti nəzərdə tutur. Elm sahəsinə yönəldilən investisiyaların aşağı düşməsi zamanı vergi azalan məblğə görə 50faiz artır. Bu sistemin çatışmazlığı ondan ibarətdir ki, obyektiv səbəblərdən ETTKİ-yə yönəldilən investisiyaların azalması gəlirin itkisi riskini reallaşdırır.
Əmlakın yenidən satışından yaranan gəlirlərdən vergi tutmalar. Satiş və alış qiymətləri arasındakı fərq vergitutma bazasını təşkil edir. Ona iki müxtəlif vergi dərəcəsi tətbiq olunur:
Fransada vergilər qarşılıqlı vəhdət halında bütöv bir sistem olub ikiqat vergitutmadan mühafizə mexanizminə malikdir. Yerli orqanlar bu sahədə kifayət qədər geniş imkanlara malik olsalar da, bir sıra məhdudlaşdırıcı şərtlərin olması istisna edilmir. Son illərdə vergi gərəcələrinin aşağı düşməsi, eyni zamanda güzəşt və imtiyazların ləğv edilməsi hesabına vergitutma bazasının genişləndirilməsi ənənəsi müşahidə olunur.
Büdcə sisteminin əsas həlqəsini əlavə dəyər vergisi (ƏDV) təşkil edir. ƏDV bütun vergi daxilolmalarının 45%-ni təşkil edir. ƏDV xüsusi ödəniş metodu ilə alınır və onun dərəcəsinin 4 növü mövcuddur. 19,6% — bütün növ əmtəə və xidmətlərə tətbiq edilən normal dərəcə; 22% — bəzək əşyalarına, maşınlara, alkoqollu içkilərə, tütünə müəyyən hədd daxilində tətbiq edilən dərəcə dərəcə; 7% — mədəni mallara (kitab) tətbiq edilən ixtisar edilmiş dərəcə; 5,5% — ilkin zəruri ehtiyac düyulan mal və xidmətlərə (qida, alkoqollu içkilər və şokolad istisna olmaqla, tibb preparatları, yaşayış sahəsi, nəqliyyat) tətbiq edilən dərəcə. ƏDV-dən azad olunan fəaliyyət növləri aşağıdakı cədvəldə verilmişdir. ƏDV-dən azad olunan fəaliyyət növləri
Tibb və tibbi xidmət Təhsil Hər növ sığorta, lotereya, kazino İctimai və xeyriyyə xarakterli fəaliyyət
Fransada müxtəlif fəaliyyət növləri vardir ki, orada gəlir vergisi ilə ƏDV arasında seçim imkanı (hüququ) nəzərdə tutulmuşdur: 1. İqtisadi fəaliyyətin hər hansı bir növü üçün binanın icarəyə verilməsi; 4. Maliyyə və bank işi; 5. Ədəbiyyat, idman, incəsənət (artislik) fəaliyyəti, bələdiyyə təsərrüfatı. ƏDV büdcəyə bəyənnamə əsasında hər ay ödənilir. Müəssisələr vergi idarəsinə bəyənnaməni və vergi ödənişi üzrə qəbzi təqdim edirlər. Mal dövriyyəsindən asılı olaraq ƏDV-nin rüblük və illik ödənişi mövcuddur. İxracla bağlı konpensasiyaların ödənişi ayliq həyata keçirilir. Qalan digər fəaliyyət növləri üçün ödəniş rüblər üzrə nəzərdə tutulmuşdur. Əgər müəssisənin mal dövriyyəsi ən azı 300 000 avro təşkil edirsə bu zaman ƏDV ödənilir. Deməli müəssisələr daimi olaraq büdcəyə vəsait ödəyirlər. Əgər ƏDV-nin məbləği 1350 avrodan az olarsa onda bu müəssisələr onu ödəməkdən azad olunur. ƏDV-nin məbləği 20 000 avrodan az olan kiçik sənətkarlara (sənətkarlıq işlərinə görə) güzəştlər tətbiq edilir. ƏDV üzrə imtiyazları investisiya qoyan müəssisələr əldə edir. Bunun mahiyyəti ondan içarətdir ki, investisiyaya yönəldilən məbləğ ƏDV hesablanan məbləğdən çıxılır. ƏDV özündə istehlaka görə vergini əks etdirən bir sıra dolayı rüsumlar(və ya aksizlərlə) əlavə edilməklə tamamlanır. Onların bəziləri dövlət xeyrinə toplanır, qalanları isə yerli idarəetmə orqanlarının büdcəsinə köçürülür. Aksizli mallara (aksiz tutulan mallara) birinci növbədə alkaqollu içkilər, tütün məmulatları, kibrit, alışqan, qiyməli materiallardan hazırlanmış məmulatlar, şəkər və qənnadı məmulatları, pivə və mineral sular, avtomobil nəqliyyatının bəzi növləri, uçan aparatlar daxildir. ƏDV-dən başqa dolayı vergilər elektrik enerjisindən (yerli idarəetmə orqanlarının xeyrinə), televiziya reklamlarından da tutulur. Bir neçə sahələr üzrə, misal üçün təbiətin qoynunda yerləşən turist bazalarında xidmətlərə görə hakimiyyətin yerli orqanları tərəfindən turist yığımları tətbiq edilir.
Gömrük rüsumları. Tətbiq olunan istehlaka görə vergilər sırasına gömrük rüsumlarını da əlavə etmək olar. Gömrük rüsumunun əsas məqsədi – təkcə gəlir əldə etmək deyil, daxili bazarın, eləcədə milli sənsyenin və kənd təsərrüfatının himayə edilməsidir. Gömrük rüsumları ölkənin iqtisadi siyasətinin aləti kimi çıxış edir. O idxal olunan malların qiyməti ilə yerli bazardakı analoji malların qiymətini tənzimləyir. Oanunvericiliyin tələblərinə uyğun olaraq gömrük rüsumu malın qiymətindən tutulur, Ancaq bəzən xüsusi meyarlar yəni çəki, sahə və s. tətbiq olunur. Bu növ rüsumlar içkilərə, tütüün məmulatlarına, kinofilmlərə tətbiq olunur.
Birbaşa vergilərin əsasını gəlir vergisi, səhmdar cəmiyyətlərin mənfəət vergisi, həmçinin əmlak vergisi və avtonəqliyyat vasitələrindən tutulan vergilər təşkil edir.
Gəlir vergisi büdcənin vergi gəlilərinin 20%-ni təşkil edir. Bu tarixi xüsusiyyətlərlə bağlıdır. Belə ki, dövlət gəlir vergisindən öz sosial siyasətinin həyata keçirilməsində istifadə edir. İctimai istehlak fondlarına daxilolmalar şəraitində gəlir vergisindən ailələrin stimullaşdırılması, yoxsullara yardım göstəilməsində istifadə olunur. Gəlir vergisinin mahiyyəti əhalinin əmanətlərinin saxlanılmasının, daşınmaz əmlakın, səhmlərin alınmasının təşviqinə yönəldilmişdir. Bütün bunlar eyni zamanda vergilərin hesablanması, çoxsaylı imtiyaz və güzəştlərin verilməsində mürəkkəb sistem yaradır. Demək olar ki, belə 25 miliyon ödəyicilərdən faktiki olaraq yalnız 13 miliyonu (52%-i)) vergi ödəyir. Potensial vergi ödəyiciləri ölkənin fiziki şəxsləri və eləcədə səhmdar cəmiyyət olmayan müəssisə və kooperativlərdir. Verglər principcə vahid, mütərəqqi cədvəl üzrə tutulur və bununla belə hər ödəyicinin iqtisadi, sosial, ailə vəziyyəti və yaşı nəzərə alınır. İnkişaf dərəcəsi gəlirdən asılı olaraq 0 dan 54% intervalında dəyişir. İnfilyasiya prosesləri araşdırılmaqla (nəzərə alınmaqla) hər il şkala dəqiqləşdirilir.
Gəlir vergisini bütün Fransada yaşayanlar öz ölkələrində və razılaşma əsasında xaricdə əldə olunan gəlirlərindən ödəyirlər. Prinsipial xüsusiyyət ondan ibarətdir ki, vergi tutmaya fiziki şəxsin deyil ailənin gəliri məruz qalır. Əgər ödəyici subaydırsa vergi üçün bu 1 nəfərdən ibarət ailədir. Vergi 18 yaşından etibarən ödənilir. Vergi bəyannamədə göstərilmiş yekun gəlirə görə yəni, vergi ödəyicisi tərəfindən ildə bir dəfə keçən ilki gəlirlər əsasında tutulur. Bu bütövlükdə vergitutmada nəzarəti çətinləşdirir, verginin budcəyə daxil olma müddətini azaldır. Bundan başqa əgər il ərzində gəlir azalmışdırsa ödənişlə bağlı probləmlər yarana bilər. Vergi ödəyicilərinin gəlirləri 7 kateqoriyaya bölünür. Hər 7 kateqoriya öz hesablaşma metoduna malikdir.
Vergi ödəyicisinin gəliri
muzdla işləyənlərə əməyə görə ödəniş peşə xərcləri
_ sosial sığorta ödənişi peşə təhsili xərcləri peşə xərcləri _ Düzgün bəyan etməyə görə 20% güzəşt. Il ərzində əmək haqqı 500 000 avrodan çox olduqda tətbiq edilmir. Vergi tutulan gəlir
Ərazi gəlirləri (bina və torpağın icarəsindən) _ 15% mənzil icarəsindən 10% torpaq icarəsindən Binaların saxlanması ilə bağlı xerclər
Dövriyyə kapitalında gəlirlər(divident və faizlər) _ Bank xidmətləri xərci əgər səhmlər üzrə əməliyyatlar yerinə yetirirsə; 16 000 avro- xırda səhm sahiblərini stimullaşdırmaq üçün əmanət kitabçasına qoyulmuş vəsaitlər üzrə gəlirlər 60 000 avroya qədər
Təkrar satışdan gəlirlər _ İnfilyasiya, möhtəkirlikdən müdafiə üçün ildə 5% güzəşt, 20 ildən sonra güzəşt 100% ə çatır
Vergi tutulmur: yaşadığı şəraitdə şəxsi evin satışı Daşınmaz əmlakın satışı, əgər satış məbləği 290 00 avrodan azdırsa.
Müəssənin sənaye və ticarət fəaliyyətindən gəlirlər, səhmdar cəmiyyətlər olmayanlar _ İstehsal və satış xərcləri
Hə İldə 50 000 avrodan az dövriyyə Yox
Vergi xidməti özü vergi məbləğini hesablayır, mühasıbatlığın aparılması vacibdir Sahibkarlar özləri hesablarını aparır. Fərdi müəssələrə 20% endirim olunur əgər onlar hiyləsizliyin qarantı təşkilatının üzvüdürlərsə
Qeyri kommersiya gəlirləri (azad fəaliyyət sahiblərinin fəaliyyəti) Xərclər yoxlanır. Vergi tutulmur:175000 avrodan az qanarara İdarə etmə heyətinə daxil olanlara 20% endirim
Kənd təsərrufatı gəlirləri
Gəliri 500 000 avrodan az olan ödəyiciyə:köllektiv imtiyazlar verilir. Vergi xidmətigəliri hər ha görə hesablayır.
500 000–750 000 arası gəlirlər:tutulmuş vergini ödəyici gəlir və fərq arasındalı fərq kimi hesablayır 750 000 avrodan yuxarı gəlirdə:qeyri səhmdar cəmiyyətlərə tədbiq olunan vergi tətbiq olunur
Vergitutmanın hesablanması
Hər bir yeddi kateqoriyanın gəliri özündə xalis gəliri əks etdirir. Vergilərin hesablanması üçün ailənin xalis gəliri aşağıdakı qaydada bölüşdürülür: subay – 1 hissə, ər-arvad – 2 hissə, 1 uşaq – 0,5 hissə əlavə olaraq, iki uşaq – 1 hissə əlavə olaraq, üç uşaq – 2 hissə əlavə olaraq. Sonra hər hissəyə görə müvafiq dərəcə ilə vergi hesablanır (təyin edilir). Vergilərin məbləği toplandıqdan sonra verginin ümumi məbləği alınır. Səhmdar cəmiyyətlərin mənfəət vergiləri ümumi vergi daxilolmalarının 10 faizini təşkil edir və azalmağa meyillidir. Bu dərəcənin daimi aşağı düşməsi ilə əlaqədardır. Bu cür vergitutma yalnız səhmdar cəmiyyətlərə tətbiq olunur. Qanunvericiliyə uyğun olaraq Səhmdar cəmiyyət olmayan hüquqi şəxslərin gəlirləri fiziki şəxslərin gəlir vergisi kimi hesablanır.
Bütün sahələr üzrə vergitutma obyeti kimi gəlirlər çıxış edir. Vergi tutulacaq gəlir mühasibat uçotu yolu ilə mənfəətdən, satışdan xərclərin çıxılması yolu ilə hesablanır. Əgər gəlirlər inkişafa deyil dividentlərin ödənilməsinə yönəldilirsə onda vergitutulan gəlirin məbləğinə 34% və 42% dərəcəsi tətbiq edilir. Ödəniş ildə 5 dəfə, belə ki, 4 dəfə ötən ilin məlumatlarına əsaslanaraq xüsusi qayda ilə avans ödənişləri kimi, 5-ci dəfə bəyannamə əsasında ilin yekun nəticələrinə görə həyata keçirilir:
Fransada sərbəst filialları olan səhmdar cəmiyyətlər üzrə vergi mövcuddur. O firmanın filiallarının yekun nəticələrə görə tam məsuliyyətni müəyyən edən qaydalara əsaslanır. Bu qaydalara uyğun olaraq firmanın hər bir filialın gəlirinə vergi firmanın ümumi gəliri nəzərə alınmadan hesablanır.
Yenidən qurulmuş səhmdar cəmiyyətlər üzrə müəyyən güzəştlər mövcuddur. Belə ki, səhmdar cəmiyyətlərin gəlirlərinə 5 il müddətinə güzəştlər tətbiq edilir. Fəaliyyət müddətindən asılı olaraq güzəştlər dəyişir. Səhmdar cəmiyyət üçün güzəşt 2 il üzrə 100%, 3 il üzrə 75%, 4 il üzrə 50%, 5 il üzrə 25%, 6 ill və daha çox müddətlər üzrə 0% müəyyən edilir.
Zərərlə işləyən müəssələr vergini mal dövriyyəsinin həcminə görə ödəyir. Belə ki, 1 miliyonadək avro dövriyyədən 4000 avro, 1milyondan 2 milyonadək avro dövriyyədən 6000 avro, 2 miliyondan 5 miliyonadək avro dövriyyədən 8500 avro, 5 miliyondan 10 miliyonadək avro dövriyyədən 11500 avro, 10 miliyon avrodan yüksək dövriyyədən 17000 avro məbləğində vergi tutulur. Fransada daşınmaz əmlak üzrə əməliyyatlarıdan, qiymətli kağızlardan və digər daşınmaz əmlak üzrə gəlirlərdən vergi tutmanın xüsusi qaydaları mövcuddur(mənfəət vergisi). Belə ki, daşınmaz əmlakın yüksək qiymətə satılması nəticəsində əldə olunan mənfəət gəlirə daxil edilir, faktiki satış ilində vergitutmaya məruz qalır, Ancaq bununla yanaşı əsas yasayış evlərinin satışından, mənzilin ilkin satışından, həmçinin 32 ildən az olmayan dövrdə şəxsin mülkiyyətində olan evlərin satışından əldə olunan gəlirlər vergidən azaddır. Binanın satıcının mülkiyyətində olduğu müddətindən asılı olaraq müxtəlif vergi vergi dərəcələri tətbiq edilir. Əgər bu müddət 2 ildən azdırsa dərəcə maksimumdur. Müddətdən asılı olaraq sonralar bu dərəcə sıfıra yaxınlaşır. Qiymətli kağızlar üzrə əməliyyatdan alınan gəlirlərdən (səhmdar hüququ verən sertifikat daxil olmaqla) 16 faiz dərəcəsi ilə vergi tutulur. Müəyyən edilmiş müddətdə baxılan və təyin edilmiş hədd daxilində illik gəlirin həcmi artırsa bu halda vergi tutulur. Daşınan əmlakla bağlı əməliyyatlardan əldə olunan gəlirə görə vergilərin tutulması qiymətli kağızlar üzrə əməliyyatlardan yaranan gəlirdən vergilərin tutulmasından fərqlənir. Belə ki, əgər aparılan əməliyyatların məbləği (əmlakın dəyəri) 20 min avrodan artıq olarsa, onda bu əməliyyatlardan yaranan gəlirə görə vergi tutulur. Bu sahədə üç vergi dərəcəsi mövcuddur: 4,5%, 7,0% – incəsənət əşyaları üçün və 7,5% – qiymətli daşlardan hazırlanmış məmulatlar üçün. Spesifik xüsusiyyətə malik, proqresiv vergitutma hesab edilən hüquqi şəxslərin mənfəət vergisi diqqəti cəlb edir. Hüquqi səxslər gəlirlərindən mənfəət vergisindən (10%-dən 42%-dək, ən çox tətbiq edilən 34% dərəcəsi ilə) başqa əməyin ödənişi xərclərinə hesablanan vergiləri (peşə təhsilinə görə vergi 0,6%), uzunmüddətli peşə hazırlığına görə vergiləri (1,5–2,3%) və mənzil tikintisinə görə vergiləri (0,65%) də ödəməli olurlar ki, bunlar da bütövlükdə dövlət büdcənin gəlirlərinin 30%-ni təşkil edir. Əmlak vergisi əsasən hüquqi şəxslərdən tutulur. Fransada ümumilikdə bu növ vergitutma dövlət gəlirlərinin 10 faizini təşkil edir.
Əmlak vergisi
Təsərrüfat subyeklrində mülkiyyət vergisi (dəyərin 1,5%-ə qədər) Mənzil vergisini sahibkarlar və icarədarlar ödəyir Torvaq sahəsinə görə vergi Avtonəqliyyat vergisi
Bəzi növ əmlaklar xüsusilə, peşəkar faliyyət çərçivəsində istifadə olunan əmlak, kənd təsərrüfatı əmlakının ayrıca növləri, qədim predmetlər, rəsm və kolleksiya məmulatları tamamilə və ya qismən vergidən azaddırlar. Əmlak vergisi proqressiv xarakter daşıyır. Bununla yanaşı gəlir vergisinin və əmlak vergisinin məbləği ümumi gəlirin 85 faizindən yuxarı olmamalıdır. Müəssisə və şirkətlərin avtonəqliyyat vasitələrinin vergisini xüsusi avtonəqliyyat vasitələrindən istifadə edən hüquqi şəxslər ödəyir. Vergi dərəcəsi avtomobillərin sayından və onların mühərriklərinin həcmindən asılıdır.
Əmlak vergisi qrupuna qeydiyyat, gerb yığım və rüsumlarını misal üçün, maliyyə və kredit idarələrinin, sığorta kompaniyalarının ümumi xərclərindən tutulan rüsumları aid etmək olar. Bu qrupa əmək haqqına sosial vergilər də aiddir. Fransada onu işəgötürənlər ödəyir. Vergi tutma mənbəyi kimi pul və natura formada əmək haqqı fondu çıxış edir və bura əmək haqqına aid olan məcburi yığımlar da daxil edir. Bu vergi növü proqressiv xarakter daşıyır. Bu vergi büdcəyə əmək haqqı fondu 35 900 avro məbləğində olduqda 4,5% dərəcəsi ilə, əmək haqqı fondu 35 901 avrodan 71 700 avroyadək məbləğində olduqda 8,5% dərəcəsi ilə və əmək haqqı fondu göstərilmiş məbləğdən yuxarı olduqda 13,6% dərəcəsi ilə daxil edilir. Bundan başqa işəgötürən 0,1% əlavə ilə (artımla) illık əməyin ödənişi fonduna 0,5% dərəcəsi ilə peşə təhsilinə görə vergi ödəyir. Bu verginin məqsədi ölkədə peşə-texniki təhsilin inkişafını maliyyələşdirilməsindən ibarətdir. Əgər müəssisədə 10 və daha çox adam məşğuldursa, onda sahibkar onun müəssəsində işləyənlərin uzun müddəli peşə hazırlığını maliyyələşdirməyə borcludur. Verginin məbləği ümumi əmək haqqının 1,2%-nə bərabərdi. Müvəqqəti iş qüvvəsindən istifadə edən müəssələr üçün dərəcə 2% təşkil edir. Bundan başqa 0,3% əlavə yığım gənclərin peşə hazırlığına yönəldilir.
Sahibkarlar (işçi qüvvəsi 10 nəfər və daha çox olan) mənzil tikintisini maliyyələşdirməyə birbaşa və ya dolayısı ilə borcludular. Onlar birbaşa mənzil tikintisinə investisiya qoya bilər, öz işçilərinə borc verə bilər və ya dövlət xəzinəsinə müvafiq vəsaitlər köçürməlidir. Həmin işlərdə iştirak formasından asılı olmayaraq əməyin ödənlməsinin illik fonddundan bu məqsədlərə 0,65 faiz köçürülməsi zərurudir.
Fransanın yerli vergiləri
Fransanın vergi sistemində əhəmiyyətli yeri yerli vergilər tutur. Yerli orqanlar təxminən 80 min sərbəst büdcədən ibarətdir. Yerli büdcələrin ümumi hissəsi ölkənin dövlət büdcəsinin 60%-ni təşkil edir. Onların dinamikası sürətli inkişafla xarakterizə olunur. Sistemin yerli vergilərini aşaqıdakı 4 əsas qrupa ayirmaq olar: - tikinti aparılmış ərazilərə torpaq vergisi; - tikinti aparılmamış ərazilərə torpaq vergisi; - mənzil vergisi; - peşə vergisi. Tikinti aparılmış ərazilərdən torpaq vergisi tikinti yerləşmiş sahələrə görə hesablanır. Vergitutma bütün daşınmaz əmlakın yerləşdiyi – bina, qurğu, rezervuar və s., həmçinin sənaye və kommersiya üçün nəzərdə tutulmuş sahələrə aiddir. Vergitutma hissəsi ərazinin kadastr icarə dəyərinin yarısına bərabərdir. Bu növ vergilərdən şəhər kənarında olan və kənd təsərrüfatı üçün nəzərdə tutulan dövlət əmlakı və binaları azaddır. Eyni zamanda bu vergidən 75 yaşından yuxarı olan fiziki şəxslər həmçinin cəmiyyət fondlarından xüsusi müavinətlər alan şəxslər və ya əlilliyə görə müavinət alan şəxslər azaddır. Tikinti işləri aparılmamış ərazilərə torpaq vergisi. Buraya tarla, çəmən, meşə, karxanalar, bataqlıq, şoranlıq, dincə qoyulmuş sahələrə və s. ərazilərə tətbiq edilən vergilər aiddir. Kadastr gəliri verginin bazisi olub (rolunu oynayır) və ərazinin kadastr icarə dəyərinin 80 faizinə bərabər müəyyən edilir. Bu növ vergilərdən dövlət mülkiyyətində olan ərazilər azaddır. Süni meşə salma əraziləri, kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulmuş ərazilər vergidən müvəqqəti azad oluna bilər. Mənzil vergisi (yaşayış sahəsinə görə vergi) həm ev sahiblərindən həm də icarəyə götürənlərdən tutulur. Az təminatlı şəxslər daimi yaşayış yerlərində bu verginin ödənməsindən tamamilə və ya qismən azad oluna bilər. Peşə vergisi əmək haqqına daxil edilməyən daimi peşə fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən ödənir. Vergilərin hesablanması üçün yerli orqanlar tərəfindən müəyyən olunmuş vergi dərəcəsinə vurulan 2 elementin məbləği götürülür. Bu elementlərə aşağıdakılar aiddir: 1. Öz peşə fəaliyyəti üçün zəruri olan, vergi ödəyicilərinə aid daşınmaz əmlakın icarə dəyəri; 2. Vergi ödəyicilərinin öz əməkdaşlarına ödədiyi əmək haqqının müəyyən faizi (adətən 18%), həmçinin onun əldə etdiyi gəlirin müəyyən faizi (adətən 10%). Bu elementlər əsasında hesablanmış verginin məbləği yaranmış yeni dəyərin 3,5 faizini aşmamalıdır. Bu qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətdir.
Dörd əsas vergi növündən başqa yerli idarəetmə orqanları aşağıdakı digər yerli vergiləri tətbiq edə bilərlər: — ərazinin təmizlənməsi üzrə yerli xidmətin fəaliyyət göstərdiyi dairələrə tətbiq olunan ərazi təmizləməsinə görə vergi; Bu vergi tikinti ərazilərinə göə torpaq vergisi tutulan bütün növ mülkiyyətə aiddir. — tikinti işləri başa çatmamış sahələrdən həmin bazislə tutulan vergidən əlavə alınan Kənd Təsərrüfatı Palatasının saxlanması üçün rüsum; — peşə vergisi ödəyiciləri tərəfindən ödənilən Ticarət Sənaye Palatasının saxlanması üçün rüsum; — müəssisə və sənətkarlarin reyestrinə daxil edilən müəssisələr tərəfindən ödənilən peşə palatasının saxlanması üçün rüsum. Bunlar ödənilən rüsumların əsas hissəsini təşkil edir və peşə vergisi tutulan şəxslərə aiddir; — mədənlərin istismarı üçün yerli və departament yığımları; — işıqlandırma sistemlərinin qurulmasına görə yığımlar; — gerb rüsumuna bərabər tutulan, müəyyən edilmiş güzəştlər istisna olmaqla Fransa ərazisində və xarici ölkələrin ərazisində qeydiyyatdan keçmiş bütün avto nəqliyyat vasitələrinə təbiq olunan rüsum. Onun dərəcəsi mühərrikin həcmindən və avtomobilin istehsal tarixindən asılıdır. Ödəniş avtomobilin ön şüşənin altına yerləşdirilən özü yapışan etiget vasitəsi ilə fiksasiya olunur; — yol verilən limit həddini aşan tikinti işlətinə görə rayonun tikinti təşkilatları tərəfindən bu tikintiyə icazə verən yerli hakimiyyət orqanlarının xeyirinə ödənilən vergi;
— yaşıllaşdırmaya görə vergi.