Fransisko de Bobadilya | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XV əsr |
Doğum yeri |
|
Vəfat tarixi | 1502[1][2] |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Fransisko Fernandes de Bobadilya (isp. Francisco Fernández de Bobadilla; XV əsr, Medina-del-Kampo[d], Kastiliya və Leon – 1502[1][2], Atlantik okeanı) — İspaniya zadəganı və konkistadoru, Vest-Hindin 2-ci qubernatoru (1499–1502).
Fransisko Fernandes de Bobadilya Kastiliya tacının ərazilərində yerləşən Bobadilya şəhərində zadəgan Pedro de Bobadilya və Mariya Maldonadonun oğlu olaraq anadan olmuşdur. 1480-ci ildə Aunyon, Berninçes, Kastelyanos və El-Kollyadoda "Kalatrava" ordeninin komendadoru təyin edilmişdir. Aunyonda onun siyasətinə qarşı üsyan baş tutmuşdur.[3]
İspaniya monarxları İzabella və Ferdinandın rəğbətini qazanmışdır. Onun bacısı Beatris Bobadilya kraliça İzabellanın uşaqlıq dostu və sirdaşı idi. 1499-cu ilin mayında Ferdinand və İzabella Fransisko de Bobadilyanı admiral Kristofer Kolumbun kəşf etdiyi Hind adalarının ikinci qubernatoru təyin etmişdilər.[3]