Frantişek Raytoral

Frantişek Raytoral
Raytoral 2013-cü ildə.
Raytoral 2013-cü ildə.
Ümumi məlumatlar
Tam adı Frantişek Raytoral
Doğum tarixi
Doğum yeri Pribram, Çexoslovakiya
Vəfat tarixi (31 yaşında) (31 yaşında)
Vəfat yeri Qaziantep,Türkiyə
Vətəndaşlığı Çexiya Çexiya
Boyu 1.80
Çəkisi 76 kq
Mövqeyi Yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
1992—1994 Çexiya Kovohute Pribram
1994—2004 Çexiya Pribram
Klub karyerası[* 1]
2004—2005 Çexiya Marila Pribram 15 (1)
2005—2009 Çexiya Banik Ostrava 100 (12)
2009—2016 Çexiya Viktoriya Plzen 168 (19)
2014 AlmaniyaHannover 96 7(0)
2016—17 Türkiyə Qaziantepspor FK 12 (0)
Cəmi 302(32)
Milli yığma[* 2]
2004 Çexiya Çexiya (18 yaşlılar) 5 (0)
2004—2005 Çexiya Çexiya (19 yaşlılar) 10 (1)
2004 Çexiya Çexiya (21 yaşlılar) 15 (1)
1994—2006 Çexiya Çexiya 14

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Frantişek Raytoral (12 Mart 1986 – 23 Aprel 2017[1]) Çex futbolçusu olmuşdur. Sonuncu şərəfini qoruduğu klub Türkiyənin "Qaziantepspor" komandası olmuşdur. O həmçinin Çexiya milli futbol komandasının üzvü idi. Futbolçu 23 aprel 2017-ci ildə Türkiyədəki evində özünü asaraq intihar etmişdir.

O, 2010-cu ildə "Viktoriya Plzen"in tərkibində Çexiya kubokunun qalibi olmuşdur. O, həmçinin digər mükafatlarıda Çexiya birinci liqasında mübarizə aparan klubun tərkibində qazanmışdır. Buraya Çexiya Superkubokuda daxildir.

2012-ci il fevralın 29-da Çexiya milli futbol komandasının heyətində İrlandiya milli futbol komandasına qarşı keçirilmiş yoldaşlıq matçında debüt etmişdir. Oyun 1-1 hesabı ilə bitmişdir.

Raytoral jurnalist Mark Smit tərəfindən "Çexiyada ən yaxşı hücuma meyilli yarımmüdafiəçilərdən biri" kimi təsvir edilmişdir.[2]

Klub karyerası

[redaktə | vikimətni redaktə et]

Raytoral cəmi bir mövsüm "Marila Pribram" klubunun heyətində oynamışdır.[3][4] Növbəti mövsüm olan 2005-ci ildə isə "Banik Ostrava" klubu ilə 3 illik yeni müqavilə imzalamışdır. Avropa xarakterli ilk turniri olan UEFA Kubokunda isə məhz bu klubun tərkibində oynamışdır.[3]

Viktoriya Plzen

[redaktə | vikimətni redaktə et]

2009-cu ildə "Banik Ostrava" klubundan "Viktoriya Plzen" klubuna transfer edilmişdir.[5]

Raytoral 2010-cu ildə Çexiya Superkuboku çərçivəsində "Sparta Praqa" ilə matçda komandanın heyətində çıxış etmiş və komandasının uduzğu bu görüşdə meydandan qırmızı vərəqə alaraq qovulan iki futbolçudan biri olmuşdur.[6] O, 2010/11 mövsümündə ilk qolunu oktaybr ayında "Mlada Boleslav" komandasına qarşı keçirilən matçda vurmuşdur. Lakin matç "Viktoriya Plzen"in 4-3 hesablı məğlubiyyəti ilə başa çatmışdır.[7]

2011-ci ildə Çexiya Superkuboku görüşü çərçivəsində Raytoral 46-cı dəqiqədə Marian Çişovskiyi əvəz etdi. Əsas vaxt 1-1 hesabı ilə bitməsinə baxmayaraq penaltilər seriyasında "Viktoriya Plzen" komandası "Mlada Boleslav"ı 4-2 hesabı ilə məğlub edərək Çexiya Superkubokunu qazandı.[8]

2014-cü ilin yanvar ayında Raytoral kirayə əsasında Almaniyanın "Hannover 96" klubuna keçmişdir.[9] Lakin "Hannover 96" rəhbərliyi onun çıxışından razı qalmadığı üçün o, öz klubuna geri dönmüşdür.

Qaziantepspor və vəfatı

[redaktə | vikimətni redaktə et]

2016-cı il yay transfer dönəmində Türkiyənin "Qaziantepspor FK" klubuna 500.000 avro qarşılığında transfer olunub. Komandanın təcrübəli müdafiəçisi olan Raytoral 12 oyunda iştirak etdi. Lakin 23 aprel 2017-ci ildə səhər komanda ilə birlikdə keçirilən məşqə qoşulmadıqdan sonra Qaziantepdə evində ölü tapılmışdır. Araşdırmalardan sonra bəyan edildi ki o, özünü asaraq intihar etmişdir.[10]

Çexiya Viktoriya Plzen

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

Raytoral, peşəkar karyerasına başladığı Pribram şəhərində anadan olmuşdur..[12] Burada o, ilk klubu olan "Marila Pribram" komandasının heyətində çıxış etmişdir. 2008-ci ildə həkimlər ona xroniki yorğunluq sindromu diaqnozu qoymuşdular. Onun bu xəstəliyi 2014-cü ildə yenidən inkişaf etməyə başladı.[12]

2017-ci ilin 24 aprel tarixində o, məxsus olduğu klubun tərkibində təlimə qatılmamışdır. Polis onun yaşadığı mənzildə intihar etdiyini aşkar etmişdir.[1][13] İntihar səbəbi ilə irəli sürülmüş fərziyyələrə 2016-cı ildə uzun müddət birlikdə olduğu xanımla ayrılması və 2017-ci ilin fevralında dostu sayılan Daniel Kolar ilə ayrılıq üzündən vəziyyətinin dahada pisləşməsi daxildir.[13]

  1. 1 2 "Former Czech Republic international Frantisek Rajtoral found dead after 'committing suicide'". The Telegraph. 2017-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-26.
  2. "Manchester City in Champions League: Viktoria Plzen profile". BBC Sport. 16 September 2013. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2014.
  3. 1 2 "František Rajtoral". UEFA. 22 May 2012. 27 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2014.
  4. "Nováčci zatím v Ostravě bloudí". Mladá fronta DNES (Czech). 14 July 2005. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2014.
  5. Vacek, Václav. "Do Viktorie míří Rajtoral, do Baníku se vrací Varadi". Deník (Czech). 29 June 2009. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2014.
  6. "Superpohár měl dva vyloučené. Řepka s Rajtoralem za to budou pykat v lize". Mladá fronta DNES (Czech). 8 July 2010. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2014.
  7. "Dostat čtyři góly? To je moc, věděl po prohře plzeňský obránce Rajtoral". Mladá fronta DNES (Czech). 24 October 2010. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2014.
  8. "Mistrovská Plzeň získala Superpohár, Boleslav zdolala po penaltách". Mladá fronta DNES (Czech). 22 July 2011. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2014.
  9. "Football: Plzeň's Rajtoral sent to Hannover on loan". Radio Prague. 30 January 2014. 19 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2014.
  10. "Gaziantepspor's Czech striker Rajtoral commits suicide by hanging". DailySabah. 24 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2017.
  11. 1 2 3 "F. Rajtoral". Soccerway. 20 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2017.
  12. 1 2 "Profil hráče - František Rajtoral #27 - FC VIKTORIA Plzeň". www.fcviktoria.cz. 2017-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.
  13. 1 2 "Gaziantepsporlu Frantisek Rajtoral intihar etti". Fanatik. 2017-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.