Fridrix Nitsşe

Fridrix Nitsşe
alm. Friedrich Nietzsche
Doğum tarixi 15 oktyabr 1844(1844-10-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 avqust 1900(1900-08-25)[1][2][…] (55 yaşında)
Vəfat yeri
Vəfat səbəbi psixi pozğunluq[d]
Dəfn yeri
Dövr XIX əsr fəlsəfəsi
İstiqaməti Həyat fəlsəfəsi
Əsas maraqları fəlsəfə, estetika, Nihilizm, etika, psixologiya, ontologiya, poeziya, tarix fəlsəfəsi, din, mədəniyyət, siyasət, filologiya
Təsirlənib Artur Şopenhaur, Efesli Heraklit, Ralf Uold Emerson, Çarlz Darvin, Parmenid, Ogüst Kont, Blez Paskal, Rixard Ştraus, Nikkolo Makiavelli, Rixard Vaqner, Adalbert Stifter, Edqar Allan Po, Protaqor, Paul Borqet[d], Sekstus Empirikus, Fransua de Laroşfuko, Hippolit Teyn[d], Ruder Yozip Boskoviç[d], Lev Şestov[d], Benedikt Spinoza, Zərdüşt, Baltazar Qrasian, Bernard de Mandevil[d], Afrikan Spir[d], Uilyam Batler Yeyts, Mişel de Monten, Demokrit, Epikür, Henrix Heyne, Stendal, Osvald Şpenqler, Stefan Corc[d], Yohann Yoaşim Vinkkelmann[d], Qeorq Kristof Lixtenberq, İohann Volfqanq Göte, Paul Tilliç[d], Fridrix Albert Lanq[d], Paul Ri[d], Jan Jak Russo, Uilyam Şekspir, Yan-Mari Quyau[d], Müəllif:Fridrix Hölderlin[d], Maks Şeler, Maks Ştirner, Meri Viqmen[d], Stefan Sveyq, Adam Mitskeviç, Empedokl, Platon, Aristotel, Qotfrid Leybnits, Volter, Sokrat, Georq Vilhelm Fridrix Hegel, İmmanuel Kant, Fyodor Dostoyevski[5], Qədim yunan fəlsəfəsi, Dionis, Makedoniyalı İsgəndər, Homer, Qay Yuli Sezar, Esxil, Meqaranın Teoqnisi[d], Fridrix Vilhelm Ritsşl[d], Lu Salome, Manu[d], Fukidid[6][7][…], Çezare Borcia[6][7][…], Napoleon Bonapart[6][7][…], Aleksandr Qertsen[6][7][…]
Sayt pacelli-edition.de/Biogr…
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fridrix Vilhelm Nitsşe (alm. Friedrich Nietzsche‎; 15 oktyabr 1844[1][2][…], Rökken[d], Saksoniya[d], Prussiya[3]25 avqust 1900[1][2][…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Almaniya imperiyası[3][4]) — alman filosofu və klassik filoloq.

Fridrix Nitsşe Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhəri yaxınlığındakı Röcken kəndində anadan olmuşdur. Atası Karl Lüdviq Nitsşe, Lüteran kilsəsinin keşişi (1813–1849), anası isə Franziska Nitsşe (1826–1897)idi. Hər iki valideyni protestant ailəsindən idilər. Prussiya kralı IV Fridrix Vilhelmin anadan olmasının 49-cu ildönümüylə əlaqədar Nitsşeyə onun adını vermişlər. Bacısı Elizabet 1846-cı ildə, qardaşı Lüdviq İosif isə 1848-ci ildə doğulmuşdur.

1849-cu ildə atasının və 1850-ci ildə qardaşının ölümünden sonra ailəsiylə birlikdə Hamburq şəhərinə köçür və orada 1856-cı ilədək yaşayır. Yeniyetmə Nitsşe getdiyi ilk ibtidai məktəbdə özünü təcrid olunmuş hiss etdiyindən özəl bir məktəbə oxumağa göndərilir. 1854-cü ildə Hamburqdakı Dom qimnaziyasına daxil olduqdan sonra onun musiqi və ədəbiyyata meyilli olduğu üzə çıxır. 1858–1864-cü illərdə Şulpforta internat məktəbində oxumağa başlayır. Çalışqan bir şagird olur, antik ədəbiyyatlla maraqlanır, şeir yazır və musiqi bəstələyir. Atasız böyüyən bir yeniyetmə üçün yaşlı şair Ernst Ottlepp (1800–1864) bir ata kimi onun şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir.

1864–1865-ci illərdə Bonn universitetinin klassik filologiya və evangelik teologiya fakültəsinə daxil olur, lakin Gənc Hegelçilərin əsərlərini oxuduqdan sonra oranı tərk edir və 1865–1866-cı illərdə filologiya üzrə Leypsiq universitetinə daxil olur. Bu dəfə o, gənc Hegelçilərdən uzaq duran Artur ŞopenhaurFridrix Albert Langenin əsərləriylə tanış olur.

1867-ci ildə bir illik könüllü olaraq Prussiya ordusunda xidmət etməyə gedir. Lakin 1868-ci ilin mart ayında at çaparkən atdan düşərək ağır zərbə alır və ordudan kənarlaşdırılır. Geri qayıddıqdan sonra təhsilini davam etdirir. 1868-ci ildə Rixard Vaqnerlə ilk tanışlığı Nitsşenin həyatında önəmli hadisələrdən bir sayılır.

1879-da, könüllü olaraq qatıldığı 1870-ci ildə alman-fransız döyüşündə keçirdiyi xəstəliklərin xeyli artmasıyla, universitetdəki vəzifəsindən təqaüdə çıxaraq, sağlamlığını qoruya biləcəyi bir yer axtarışı içində, qışları İtaliya sahillərində, yayları İsveçrə dağlarında yaşayaraq, özünü tamamilə yazılarına verdi. 1883-cü ildə, bir il əvvəl tanış olduğu Rus əsilli qadın şair Lu Salomenin də verdiyi ucalma duyğusuyla, Belə Buyurdu Zərdüştün ilk kitabını yazdı. Bundan sonra 1885-ə qədər, ikinci, üçüncü və dördüncü kitablar ilə, Zərdüştün məzmununa nəsr olaraq yaxınlaşan Yaxşı və Pisin ardında (1885) və Əxlaqın Şəcərəsi (1887) kitabları yayımlandı.

"Zərdüşt" sonrası dövründə, müxtəlif zamanlarda müxtəlif başlıqlar hazırlayaraq, bir Böyük Əsər yazmağa girişən Nitsşe, son məhsuldar ili olan 1888-ci ildə, ardıcıl olaraq Vagner Hadisəsi, Bütlərin Qürubu, Dəccal, Ecce Homo və Dionis Difiramosları adlı kitablarını yazdı. 1889-cu ilin ilk günlərində, Turin şəhərində küçədə qırmanclanan bir südçü atının boyuna sarılıb ağlamaya başlayan mütəfəkkir, şagirdlik illərində yoluxduğu sifilis mikrobunun nəticəsi olduğu təxmin edilən dəliliyə düçar oldu. 1900-cü ilə qədər mənəvi qaranlıq içində bitki mənşəli deyilə biləcək həyatını davam etdirən Nitsşe, özündən sonrakı əsrdə təsirləri ən məşhur olacaq düşüncə məhsullarını geridə buraxaraq 25 avqustda həyatdan köçdü…

Nitsşe özündən sonrakı filosof, yazıçı, siyasətçi, musiqiçi və digər peşələrin insanlarında böyük təsir qoyub getmişdir.

Nitsşe və anarxizm

[redaktə | mənbəni redaktə et]

Nitsşenin yazılarının böyük bir hissəsi anarxizmə qarşı olduğu halda bir çox anarxist ondan təsirlənmişdir.[8]. Spencer Sunshine yazır:

Anarxistləri Nitsşeyə çəkən çox şey vardı: Onun dövlətə nifrəti, "sürü"lərin düşüncəsiz hərəkətinə nifrəti, onun "anti-xristian" düşüncəsi, dövlət və bazarın mədəni quruculuqdakı təsirlərinə etimad etməməsi və onun "üstinsan"a olan istəyi.[9]

Ondan təsirlənən anarxistpostanarxist filosof və yazarlar: Emma Qoldman, Alber Kamyu, Emil Armand, Renzo Navatore, Rudolf Roker və s.

Nitsşe və faşizm

[redaktə | mənbəni redaktə et]

Şübhəsiz ki, Nitsşedən təsirlənmiş ən böyük hərəkat faşizm hərəkatı olmuşdur. Adolf Hitler Elizabet Nitsşeyə (filosofun bacısı) gül buketi təqdim etmişdi və qəbrinin üzərinə bu sözləri yazmışdı: "Böyük döyüşçüyə…"[10]

Faşistlərdə Nitsşe marağının səbəbi onun "üstinsan"ı arzulaması (hansı ki, Hitler bunu üstün irq kimi başa düşürdü), onun həyat uğrunda mübarizəyə dəstək olması və ölümündən sonra çap olunmuş Hakimiyyət əzmi kitabına nasist bacısının etdiyi dəyişiklərdir.

Nitsşe və psixoanaliz

[redaktə | mənbəni redaktə et]

Nitsşe psixoanaliz barədə Karl Qustav Yunq, Alfred AdlerZiqmund Freyd kimi alimləri təsirləndirmişdir. Karl Yunq, Zərdüşt haqda seminar vermiş[11], Ziqmund Freyd isə onun haqqında "Nitsşeyə qədər heç kim özünü təhlil etməyi bu qədər yaxşı bacarmamışdı və çox güman bacaranlar bir daha çətin tapılsın" demişdi.[12]

XX əsr mütəfəkkirləri

[redaktə | mənbəni redaktə et]

20-ci əsrdə ondan təsirlənənlər:

Filosoflar: Martin Haydeqqer, Lüdviq Vitgenşteyn, Ernst Yünger, Teodor Adorno, Georq Brandes, Martin Buber, Karl Xaspers, Jan Pol Sartr, Alber Kamü, Leo Ştraus, Mişel Fokolt, Yulius Evola, Emil Cioran, Miqel de Unamuno, Lev Şestov, Xose Orteqa, Məhəmməd İqbal

Sosioloqlar: Ferdinand TönniesMaks Veber

Bəstəkarlar: Riçard Ştraus, Aleksandr Skryabin, Qustav MahlerFrederik Delius;

Tarixçilər: Osvald Şpenqler, Fernan BrodelPaul Veyne,

Teoloqlar: Paul TilliçTomas J.J. Altizer;

Okkultistlər: Aleister Krauli;

Yazıçılar: Frans Kafka, Yozef Konrad, Tomas Mann, Hermann Hesse, Andre Malro, Nikos Kazancakis, Andre Gide, Knut Hamsun, Avqust Strindberq, Ceyms Coys, D.H.LaurensVladimir Bartold;

Psixoloqlar: Ziqmund Freyd, Otto Qross, Karl Yunq, Alfred Adler, Abraham Maslov, Karl Rocers, Rollo MeyKazimir Dabrovski;

Şairlər: Con Devidson, Reinier Mariya Rilke, Vallas StivensUilyiam Batler Yits;

Rəssamlar: Salvador Dali, Pablo Pikasso, Mark Rotko;

Dramaturqlar: Bernard Şou, Antonin ArtaudYucin O'Neill;

Digərləri: H.P.Lovecraft, Olaf Stepldon, Menno ter Braak, Riçard Rayt, Robert Houard, Cim MorrisonCek London.

  • Musiqi ruhundan traqediyanın doğuşu (1872)
  • Qeyri-mənəvi mənada həqiqət və yalan haqqında (1873)
  • Yunanların faciəli dövründə fəlsəfə (1873)
  • Vaxtsız Meditasiyalar (1876)
  • Sübh (1881)
  • İnsani, həddən artıq insani (1878–1880)
  • Şəfəq — mənəvi önyarqı haqda düşüncələr (1881)
  • Xoşbəxt elm (1882)
  • Zərdüşt belə deyirdi (1883–1885)
  • Xeyir və Şərin ötəsində (1886)
  • Əxlaqın şəcərəsi (1887)
  • Vaqner məsələsi (1888)
  • Bütlərin alatoranlığı (1888)
  • Dəccal (1888)
  • Ecce Homo (1888)
  • İnsanlar işığın ətrafında toplanarlar — daha yaxşı görmək üçün yox, daha yaxşı parıldamaq üçün.
  • Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır.
  • Məni daha çox sənin aldatmağın deyil, sənə artıq inanmadığım sarsıtdı.
  • Çox tənha adam üçün səs — küy də təsəllidir.
  • Tanrı öldü, onu biz öldürdük!
  • Özün ala biləcəyin haqqı buraxma sənə versinlər.
  • Ağlayan adama heç zaman gülməyin. Amma bəzən gülən adamlara ağlayın.
  • Aktyorlar az təriflənməkdən, əsl insanlar – az sevilməkdən məhv olurlar.
  • Uçuruma uzun müddət baxsan, oda sənin içini görər.
  • İnsan qəhqəhələrlə güldüyü zaman, kobudluğu ilə bütün heyvanları geridə buraxır.
  • İki böyük problemi var idi insanlığın; Ədalətsizlik və mənasızlıq. Birinə qarşı hüququ tapdı, digərinə qarşı sənəti. Amma nə insanlar hüquqa çata bildi, nə də sənət insanlara.
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Friedrich Nietzsche // RKDartists (nid.).
  3. 1 2 3 4 Ницше Фридрих // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Catalog of the German National Library (alm.).
  5. Nietzsche F. Götzen-Dämmerung oder wie man mit dem Hammer philosophirt (alm.). 2000.
  6. 1 2 3 4 http://anthropology.ru/ru/text/percev-av/fnicshe-dela-semeynye.
  7. 1 2 3 4 http://www.nietzsche.ru/biograf/litera/niet-gercen/.
  8. "Yaxşının və pisin ardında" adlı kitabdan sitat: Anarxist itlər
  9. "Spenser Sunshine — Nitsşe və anarxistlər". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10.
  10. John Rodden, Repainting the Little Red Schoolhouse: A History of Eastern German Education, 1945–1995, Oxford University Press, 2002, səhifə: 289
  11. "Yunq həyatı". 2007-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10.
  12. Ernst Cons — Ziqmund Freyd Həyatı və Yaradıcılığı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]