Frigiya dili | |
---|---|
Orijinal adı | yun. Φρυγική γλώσσα |
Ölkə | Frigiya |
Region | Kiçik Asiya (Orta Şərq) |
Ölü dil | V və ya VII əsr |
Təsnifatı | |
Yazı | Frigiya əlifbası |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | xpg |
IETF | xpg |
Glottolog | phry1239 |
Frigiya dili (yun. Φρυγική γλώσσα) — Hind-Avropa dillərindən biri, Balkanlardan Kiçik Asiyaya miqrasiya edən frigiyalıların dili. Hind-Avropa dil qrupunun ayrı bir qoluna aiddir və daha çox qədim yunan dilinə bənzəyir. Dilin yunan əlifbasına oxşayan xüsusi bir əlifbası var. Frigiya dili e.ə. VIII əsrdə meydana gəlmişdir və adı canlı olaraq son dəfə V əsrdə çəkilmişdir. Buna baxmayaraq, bəzi tarixşünaslar və dilşünaslar dilin VII əsrdə ərəb yürüşlərindən sonra məhv olduğunu irəli sürür.
Frigiya dilinin tarixinin iki dövrü var. Onlar, qədim Frigiya (e.ə. VIII–V əsrlər) və yeni Frigiyadır (b.e. I–III əsrlər). Frigiya dili üzərində elmi tədqiqatlar XIX əsrin 20-ci illərində başlamışdır.
"Frigiya" və "Frigiyalılar" adları qədim yunan dilindəki Φρυγία və Φρύγες sözlərindən törənib. Frigiya dilində xalqın adı "Bruq"lar adlanır. Bu, Balkan yarımadasında yaşayan briqlər tayfasına bənzəyir.[1][2].
Frigiya dili Hind-Avropa dil ailəsinin tərkibində olan ayrı bir qrupa – Yunan-Frigiya qrupuna aiddir.[3] Frigiya dilinə ən yaxın dillər qədim yunan və qədim makendon dilləridir. Frigiya dilinin qədim yunan dili olan oxşarlıqların sayı Hind-Avropa dil ailəsindəki digər dillərdən daha çoxdur. Məsələn:[4][5][6][7][8]
Frigiya dilinin Frakiya və erməni dillərinə yaxınlığı linqvistik maddələrdə öz əksini tapmır.[6][7][9]
Antik dövrlərdə Frigiya dili yunan əlifbasına bənzər bir əlifbadan istifadə edirdi. Dildə cümlələr ya sağdan sola, ya da bustrofedon üsulu ilə yazılırdı. Sözlər bir-birlərindən üç və ya dörd nöqtədən ibarət işarələrlə ayrılırdı. Yeni Frigiya dövründə yunan əlifbası və ona bənzər əlifbalar köhnəlmişdi və artıq istifadə edilmirdi.[2][10]
Bunlara əlavə olaraq, Frigiya və qədim yunan əlifbalarının e.ə. VIII əsrin birinci yarısında yaranmış bir əlifbadan törədiyinə dair bir fərziyyə var. Bundan əvvəl Kiçik Asiyada sami hərflərindən istifadə edilirdi.[11]
Qədim Frigiya dilinin samitləri:[12][13]
Dodaq | Diş | Alveolyar | Damaq | Damaqarxası | |
---|---|---|---|---|---|
Partlayıcı | p b | t d | k ɡ | ||
Burun | m | n | |||
Sürtünən | s | ||||
Affrikat | t͡s d͡z | ||||
Süzgün | w | l r | j |
Yeni Frigiya dövründə dz affrikatı z ilə dəyişdirildi.[14]
Qədim Frigiya dilinin saitləri:[13][14]
Yüksəliş\cərgə | Ön | Orta | Arxa |
---|---|---|---|
Üst | i iː | u uː | |
Orta | e eː | o oː | |
Alt | a aː |
Prahind-Avropa dillərindəki ē Frigiya dilində ā, uzun ē qoşasaitli ei monofonqlarına çevrildi. Bunlara əlavə olaraq, qoşasaitli oi, ai , au , ōi və āi monofonqları da var idi.[14] Dilin tarixi boyu vurğudan azad şəkildə istifadə olunurdu və çox hərəkət edirdi. Həssas saitlər azalmağa meyilli idi.[13]
Frigiya dilində ismin ən azı dörd halı var. Onlar, adlıq, yiyəlik, yönlük və təsirlik hallarıdır.[15][16][17] İsmin sonları:[15][16]
-ā- | -o- | -i- | səssiz | |
---|---|---|---|---|
Ad. | -a | -os | -is | -ø |
Yiy. | -as | -ovo | -os | |
Yön. | -ai, -a(n) | -oy, -oi | -e | -e(i) |
Təs. | -an | -un | -in | -an |
Ad. cəm | -as | -oi | -es | |
Yiy. cəm | -un | |||
Yön. cəm | -ias | -ōs | -si(n) | |
Təs. cəm | -as |
Xüsusi əvəzliklər Frigiya dilinə aid yazılı abidələrdə bu günə gəlib çatmayıb. Hind-Avropa köklərindəki se/o və te/o kimi əvəzliklərdən istifadə edilib. Nisbi ios və sual kos (kişi) və kin (orta) əvəzlikləri bu günə qədər qorunub saxlanıb.[18][19].
Tapılan yazılı abidələrdə sadəcə oyvos (bir), duoi (iki) və protos (birinci) saylarına rast gəlinib.[19]
Frigiya dilindəki fellər şəxs, say (təkdə və cəmdə), sübut (fəal və yarımpassiv), meyl (səciyyəvi, məcburi, birləşdirici) və vaxt (indiki, aorist, bitməmiş, bitmiş, gələcək) kateqoriyalarına bölünürdü.[19] Aorist auqementdən yaranmışdır. Bu, Frigiya dilini qədim yunan, erməni və Hind-İran dillərinə daha yaxınlaşdırır.[20]
Frigiya dilindəki yeganə feli sifət (passiv) -meno- şəkilçisinin köməyi ilə yaranmışdır.[19][20][21]
Frigiya dilindəki cümlələrin quruluşu — SOV (mübtəda – əlavə – xəbər).[19]