Frustrasiya

Frustrasiya – (lat. frustratio — "yalan", "uğursuzluq", "əsasız gözləmə", "fikirlərin qarışması") — insanın öz həyatı məqsədlərinə çatmasına maneçilik törədən real və xəyali maneələrlə üzləşdiyi zaman düşdüyü psixi vəziyyət.[1]


İnsan həyatda istədiyinə nail olmadıqda, istədiyi mövqeyə çatmadıqda onda narazılıq hissləri yaranır, lakin bu zaman şüur və fəaliyyət sabit, dəyişməz qalır, pozulmur. Lakin insan elə məqamlarla, elə maneələrlə qarşılaşır ki, bütün bunlar onun arzularını, xəyallarını və istəklərini ürəyində qoyur. Bu zaman yaranmış mənfi emosional psixoloji vəziyyət insanın şüur və fəaliyyətini pozur. İnsanın narazılıq və təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən yüksək olur. İnsan həyatda mənfi qiymətləndirilərkən, onun müqəddəs hesab etdiyi hisslərinə, duyğularına təcavüz olunması, ona qarşı edilən haqsızlıq onda frustrasiya halını gücləndirə bilər. Bunun nəticəsində insanda qəzəb, nifrət, küskünlük, özünü itirmək kimi vəziyyətlər yaranır.

İnsanda dərin psixi sarsıntılar törəyir, xarakterində dəyişikliklər yaranır. İnsanın davranışında özünə inamsızlıq, ruh düşkünlüyü müşahidə olunur, ciddi nevrozlar baş verir.

İnsan frustrasiya vəziyyətindən yalnız özündə böyük inam hissini aşılamaqla, çətinliklərdən çıxmağın düzgün və səmərəli yollarını axtarıb tapmaq, qiymətləndirmək və həyata keçirməklə çıxa bilər.


  1. "Фрустрация — Психологический словарь". 2010-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-25.