Funksional klavişlər

Funksional klavişlər (ing. function keys) — F1, F2, F3 və s. kimi nişanlanmış və klaviaturanın sol və ya yuxarı qırağı boyunca yerləşdirilmiş on və ya daha artıq sayda klaviş dəsti; bu klavişlər ayrı-ayrı proqramlarda xüsusi əməliyyatların yerinə yetirilməsi üçün istifadə olunur.

Funksional klaviş, mahiyyətcə, "qiyməti proqram" və ya bəzi hallarda istifadəçi tərəfindən müəyyənləşdirilən “proqramlaşdırılan” klavişdir. Yəni, proqramçı tərəfindən klavişə (düyməyə) xüsusi proqram tətbiq edilir. Funksional klaviş tətbiqi proqram və ya əməliyyat sistemi tərəfindən tez-tez rast gəlinən komandalar ardıcıllığını tez çağırmaq, ya da başqa bir yolla erişilməyən funksiyaya müraciət etmək üçün istifadə olunur. Belə ki, funksional klaviş (tək və ya digər klavişlərlə, məsələn, Control və ya Alt ilə kombinasiyada) verilmiş proqramın ekran arayışını çağıra bilər, kursorun yerini dəyişə bilər, xüsusi rejimi aktivləşdirə bilər və s.[1]

F1 – Kömək pəncərəsinin açılması

F2 – Qovluğun və ya faylın adının dəyişdirilməsi

F3 – Cari qovluğda və ya Windows ƏS-də axtarış panelin açılması

F4 – Aktiv pəncərənin bağlanması

F5 – Qovluğun və ya faylın məzmunun yenilənməsi

F6 – Kursorun brauzerin adres sətirinə yerləşdirilməsi

F7 – Mətnin yoxlanışı

F8 – Windows ƏS yoxlanılan zaman yükləmə rejiminə icazə

F9 – Word sənədinin yenilənməsi

F10 – Pəncərənin menyusunun çağırışı

F11 – Tam ekranlı rejimə keçid

F12 isə Word proqramında yaddaşa vermək komandası üçündür.

  1. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.