Fıstıq

Fıstıq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Fıstıq (lat. Fagus) – fıstıqkimilər fəsiləsinə aid bitki cinsi.

Fıstıq meşələri

[redaktə | mənbəni redaktə et]

Azər­bay­can­da ən ge­niş ya­yı­la­nı fıs­tıq me­şə­lə­ri olub res­pub­li­ka­nın ümu­mi me­şə fon­du­nun 32 fa­i­zə qə­dər­dir. Ki­çik Qaf­qa­zın cə­nub ya­ma­cı ra­yon­la­rın­da (La­çın, Qu­bad­lı, Zən­gi­lan) və Nax­çı­van MR-dən baş­qa fıs­tıq res­pub­li­ka­nın bü­tün dağ ra­yon­la­rın­da bi­tir. Ki­çik Qaf­qa­zın cə­nub ra­yon­la­rın­da fıs­tı­ğın ya­yıl­ma­sı­na qu­ru kon­ti­nen­tal iq­lim şə­ra­i­ti ma­ne­çi­lik tö­rə­dir. Ki­çik Qaf­qaz dağ­la­rın­da fıs­tı­ğın şərq sər­hə­di Dağ­lıq Qa­ra­bağ­da Had­rud və Xo­ca­vənd ra­yon­la­rı ara­sın­da Kirs da­ğı­nın şi­mal his­sə­sin­də mü­şa­hi­də olun­du.

Bö­yük Qaf­qa­zın şi­mal-şərq mak­ro­ya­ma­cın­da fıs­tı­ğın şərq sər­hə­di Ata­çay və Tığ­çay höv­zə­sin­də­dir.

Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cın­da me­şə bit­ki­si­nin, o cüm­lə­dən fıs­tı­ğın şərq sər­hə­di şi­mal mak­ro­ya­ma­ca nis­bə­tən qərb­dən ke­çir. Fıs­tı­ğın şərq sər­hə­di­nin be­lə qı­sal­ma­sı fik­ri­miz­cə cə­nub mak­ro­ya­ma­cın­da iq­li­min xey­li qu­raq ol­ma­sı­dır, bu­ra­da in­sa­nın tə­sər­rü­fat fə­a­liy­yə­ti də mü­hüm rol oy­na­mış­dır.

Res­pub­li­ka­mı­zın dağ­la­rın­da müx­tə­li­fot­lu, to­pal­lı, ölü ör­tük­lü, çə­tir­yar­paq­lı, qa­ra­çöh­rə­li, su­balp, dəf­nə­gi­las­lı fıs­tıq me­şə tip­lə­ri ya­yıl­mış­dır.  La­kin in­san fə­a­liy­yə­ti­nin mən­fi tə­si­ri nə­ti­cə­sin­də fıs­tıq ağaclıq­la­rı il­kin qu­ru­lu­şu­nu və il­kin po­pul­ya­si­ya­la­rı­nı itir­miş­dir. Bu­nun­la əla­qə­dar tə­bii me­şə mü­hi­ti də­yiş­miş və müx­tə­lif tö­rə­mə me­şə tip­lə­ri əmə­lə gəl­miş­dir. Ta­lış dağ­la­rı­nın or­ta və yu­xa­rı dağ-me­şə qur­şaq­la­rı de­mək olar ki, me­şə ör­tü­yün­dən ta­ma­mi­lə azad edil­miş­dir. Nis­bə­tən yax­şı və­ziy­yət­də me­şə­lər əsa­sən də­niz sət­hin­dən 700-800m hün­dür­lü­yə qə­dər olan əra­zi­də sax­lan­mış­dır. Nis­bə­tən ge­niş sa­hə­lər­də fıs­tıq me­şə­lə­ri­nə Le­rik və As­ta­ra ra­yon­la­rın­da də­niz sət­hin­dən 1000-1200 m-ə qə­dər olan əra­zi­də rast gəl­mək  olar. Çox na­dir hal­lar­da də­niz sət­hin­dən 1600m yük­sək­lik­də ki­çik sa­hə­lər­də sey­rəl­miş fıs­tıq me­şə­lə­ri­nin qa­lı­ğı­na tə­sa­düf edilir.

İn­sa­nın tə­sər­rü­fat fə­a­liy­yə­ti­nin xa­rak­te­rin­dən, müd­də­tin­dən və in­ten­siv­li­yin­dən ası­lı ola­raq fıs­tıq me­şə­lə­ri­nin deq­ra­da­si­ya­sı müx­tə­lif is­ti­qa­mət­də ol­muş­dur. Nis­bə­tən az meyl­li­yə ma­lik olan ya­mac­lar­da fıs­tıq me­şə­lə­rin­də ağac­la­rın öz­ba­şı­na qa­nun­suz kə­sil­mə­si nə­ti­cə­sin­də aşa­ğı do­lu­luq­lu ağac­lıq və ya sey­rək­lik əmə­lə gə­lir. Be­lə sa­hə­lə­rə əsa­sən  ya­şa­yış mən­tə­qə­lə­ri­nin ya­xın­lı­ğın­da rast gə­li­nir, on­lar az məh­sul­dar­lı­ğa ma­lik olur, ağac­la­rın tə­pə his­sə­si və qol-bu­da­ğı kə­sil­miş hal­da olur.

Fıs­tıq qur­şa­ğın­da tə­sər­rü­fa­tın sə­mə­rə­siz apa­rıl­ma­sı ilə əla­qə­dar ola­raq yük­sək məh­sul­dar il­kin fıs­tıq me­şə­lə­ri aşa­ğı do­lu­luq­lu və az məh­sul­dar tö­rə­mə tip­li və­ləs ağac­lıqla­rı ilə əvəz olun­muş­dur.

Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cın­da fıs­tı­ğın kol­luq­lar­la də­yi­şil­mə­si in­san fə­a­liy­yə­ti­nin tə­si­ri­lə ya­şa­yış mən­tə­qə­lə­ri­nin ya­xın­lı­ğın­da baş ve­rir, me­şə­siz­ləş­di­ril­miş sa­hə­lər­də çox vaxt bö­yürt­kan, fın­dıq və ayı­dö­şə­yi  cən­gəl­li­yi əmə­lə gə­lir.

Ki­çik Qaf­qa­zın or­ta dağ meşə qur­şa­ğın­da me­şə­siz­ləş­di­ril­miş sa­hə­lə­rə bö­yük mas­siv­lər şək­lin­də rast gə­li­nir. Ha­zır­da bu mas­siv­lər  mü­tə­lif kol­lar­la (ye­mi­şan, dov­şa­nal­ma­sı, əz­gil, to­pul­qa. it­bur­nu, al­ça və s. ör­tü­lü­dür. La­kin bu kol­lar çox na­dir hal­da xü­su­si qrup­laş­ma­lar ya­ra­dır, on­lar əsa­sən sıx çə­mən, boz­qır­laş­mış çə­mən və boz­qır bit­ki­lə­ri fo­nun­da tək-tək və qrup ha­lın­da ya­yıl­mış­dır, tər­ki­bin­də me­şə­ya­ra­dan ağac cins­lə­ri­nin ca­van pöh­rə­lə­ri­nə də rast gə­li­nir.

Meşə fıstığının yarpağı və meyvəsi

Fıstıq paxlalarının tərkibində 35%-dən çox zülal, 50% yağ və insana lazım olan vitamin və mikro elementlərin bir çoxu vardır. 100 qr məhsulun enerji dəyəri – 548 kkal.

Bitki yağları, fol turşusu, amin turşuları, A, D, E, K, B1, B2, PP, C vitaminləri ilə və natrium, kalsium, kalium, maqnezium, fosfor, sink və dəmirlə zəngindir.

Sinir toxumaları, ürək, qaraciyər, və başqa orqanların fəaliyyətini yaxşılaşdırır. Hüceyrələrin böyüməsi və yenilənməsinə, qandakı xolesterinin miqdarının azalmasına kömək edir, qırışları hamarlaşdırır.

Öd qovucu vasitə kimi istifadə olunur. Yuxusuzluq, yorğunluq zamanı faydalıdır. Yaddaşı, diqqəti və eşitməni gücləndirir. Hər gün 30 qr fıstıq yemək, ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.

Tərkibindəki B1 vitamini qan yaradıcı xüsusiyyətə malikdir, qandakı xolestrolu salır, qavrama qabiliyyətini yaxşılaşdırır, mədə, bağırsaq, ürək üçün xeyirli qidadır. Yaşlanmağın qarşısını alan fıstıq siqaretin və spirtli içkinin təsirini azaldır. Yer fıstığının tərkibindəki B3 vitamini qan dövranını yaxşılaşdırır, zehni gücləndirir.[3]

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 432. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 997.
  3. "Çərəzin cana xeyri". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-21.