Fənayi | |
---|---|
38°31′02″ şm. e. 44°58′28″ ş. u.HGYO | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Fənayi (fars. فنايي) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Fənayi və ya Sərkis kilsəsi, Fənayi kəndinin ortasında və kənd evlərinin arasında yerləşir. Binanın əsas zalı çınqıl və karakas daşından tikilərək, tağları kərpicdən, günbəzi isə daşdan tikilmişdir. Kilsənin şərq hissəsində bir mehrab var. Mehrabdaki memarlıq quruluşu və naxışlar baxımından kilsəs Mahlazan kilsəsinə bənzəyərək, tikilinin Səfəvilər dönəminə aid olduğunu təsdiqləyir. Mehrabda istifadə edilən naxışlar əsasən çiçək və başqa bitkilərin motivləridir.[1] Kilsə hazırda qəzalıdır.
2006-cı il məlumatına görə kənddə 652 nəfər[2] yaşayır (134 ailə).