Fəqarət-əz-Zua | |
---|---|
27°21′48″ şm. e. 2°50′53″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 305 ± 1 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 11016 |
Vikianbarda əlaqəli mediafayllar |
Fəqarət-əz-Zua[1] (ərəb. فقارة الزاوية) — Əlcəzairin cənub-mərkəz hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. İn-Salah dairəsinə daxildir.
Şəhər vilayətin şimalında, Böyük Səhranın mərkəzi hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1030 kilometr cənubda yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 301 metrdir.[2]
Fəqarət-əz-Zua kommunası İn-Salah, Abalessa, İn-Amgel və İdles kommunaları, həmçinin Qardaya və İllizi vilayətlərinin əraziləri ilə həmsərhəddir. Sahəsi 61,313 km2-dir.
Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 25 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 13,1°C, ən isti ayda (iyulda) 36,2°C-dir.[3]