Fəqərə (lat. vertebra) — Onurğanı formalaşdıran 33-34 sümükdən hər birinə verilmiş ad. Kəllə əsasından başlayır və büzdümə qədər davam edir. Onurğada 7 ədəd boyun fəqərəsi (servikal fəqərə), 12 ədəd döş fəqərəsi (torasikal fəqərə), 5 ədəd bel fəqərəsi (lumbar fəqərə), 5 oma fəqərəsi (sakral fəqərə) və 4 ədəd büzdüm fəqərəsi (koksikal fəqərə) mövcuddur. Bu 33 vertebranın ilk 24-ü bir-birinə oynaqlar vasitəsilə bağlanmışdır. Bunlara presakral fəqərələr deyilir. Qalan 9 fəqərədən yuxarı 5-nin birləşməsindən oma sümüyü yaranmışdır. Ən aşağıda yerləşən kiçik və tam inkişaf etməmiş 4 fəqərənin birləşməsindən büzdüm adlanan sümük meydana gəlmişdir.
The shapes of the articulating ends of vertebrae – University of the Cumberlands
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |