Güllü Ağalarzadə | |||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||
Tam adı | Güllü Etibar qızı Ağalarzadə | ||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||
Doğum yeri | Azərbaycan | ||||||||||||||||||||||||||||
İdman növü | Bədii gimnastika | ||||||||||||||||||||||||||||
Məşqçisi |
Mariana Vasileva Siyana Vasileva Kamil Quliyev (xoreoqraf) |
||||||||||||||||||||||||||||
Komandası | Ocaq İdman Klubu | ||||||||||||||||||||||||||||
Medallar
|
Güllü Ağalarzadə (25 oktyabr 2003) — Azərbaycanı təmsil edən bədii gimnast, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür.
Güllü Ağalarzadə Azərbaycanı 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2022-ci ildə üç bürünc medala, 2023-cü ildə isə bir qızıl və bir bürünc sahib olub.
Güllü Ağalarzadə həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva[a], Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır.
2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi.
Güllü Ağalarzadə 2015-ci ildə Bolqarıstanın Plovdiv şəhərində baş tutan beynəlxalq turnirin qalibi oldu.[1]
2017-ci ildə Güllü Ağalarzadə gənclərdən ibarət Azərbayan yığmasının əsas qrupunun heyətinə daxil edildi. Qrupun heyəti Darya Sorokina, Fatimə Əsgərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirovadan ibarət oldu. Qrupun birinci turniri 2017-ci ilin aprelində İtaliyanın Pezaro şəhərində baş tutan gənclər arasında FIG World Cup beynəlxalq turniri oldu. Həmin turnirin nəticələrinə əsasən qrup 10 gürzlə proqramın icrasına əsasən turnirin bürünc medallarına sahib oldu.[2]
Daha sonra qrup 2-4 mayda Bolqarıstanın Sofiya şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı. Ümumi turnirin nəticələrinə əsasən qrup 31.800 balla Rusiya və Bolqarıstan gimnastlarından sonra üçüncü pillədə qərarlaşdı və turniri bürünc medalla başa vurdu.[3]
İlin birinci nüfuzlu turniri 18-22 mayda Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatı oldu. Həmin turnirdə Azərbaycanı gənclərdən ibarət qrup da təmsil elədi. Çempionatın qaydalarına əsasən hər bir qrup 2 dəfə 10 gürzlə proqramı icra eləməli idi. Komandanın birinci çıxışı referilər tərəfindən 15.150 balla qiymətləndirildi. Bu nəticəyə əsasən qrup yeddinci pillədə qərarlaşdı. Komandanın növbəti çıxışı isə uğursuz oldu və 15.000 balla qiymətləndirildi. Bu nəticəyə əsasən qrup 13-cü pillədə qərarlaşdı. Ümumi nəticədə Azərbaycan gimnastları 30.150 balla Avropa Çempionatını doqquzuncu pillədə başa vurdu.[4][5]
Olimpiadadan sonra bədii gimnastlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva Azərbaycan qrupunun heyətində əvəzləmə elədi. Nərminə Səmədova qrupun heyətindən çıxırıldı və onun əvəzinə qrupa Güllü Ağalarzadə daxil edildi. 18 yaşlı Güllü Ağalarzadə gənclər arasında beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atmışdı.
Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrupun birinci turniri Yaponiyanın Kitayuşu şəhərində baş tutan Dünya Çempionatı oldu.[12] Çempionatın təsnifat mərhələsində qrup əvvəlcə beş topla turnirdə mübarizə apardı. Çıxışı referilər tərəfindən 39.600 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri nəticələrə əsasən 18 qrup sırasında altıncı pillədə qərarlaşdı və final mərhələsinə vəsiqə qazandı. Daha sonra qrup 3 halqa / 2 gürz turnirində çıxış elədi. Kompozisiyası referilər tərəfindən 38.000 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri 8-ci pillənin sahibi oldu. Ümumi nəticədə isə qrup 77.600 balla Dünya Çempionatını altıncı pillədə başa vurdu.[13] Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş topla turnirin final mərhələsində çıxış elədi. Kompozisiyası referilər tərəfindən 38.050 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri nəticələrə əsasən turniri altıncı pillədə başa vurdu. 3 halqa / 2 gürz turnirində də qrup medala sahib ola bilmədi. Komandanın çıxışı referilər tərəfindən 38.750 balla qiymətləndirilən qrup nəticələrə əsasən turnri altıncı pillədə başa vurdu.
2022-ci ilin birinci nüfuzlu turniri 22–24 apreldə Azərbaycanda baş tutan FIG World Cup turniri oldu. Bu turnirdə Azərbaycanı Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup təmsil elədi.[14] Komanda əvvəlcə təsnifat mərhələsində beş halqa ilə turnirdə mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 33.050 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri nəticələrə əsasən 14 qrup sırasında sadəcə İtaliya gimnastlarından geri qaldı. Daha sonra Azərbaycan gimnastları 3 lent və 2 topla proqramı icra elədi. Bu çıxışı referilər tərəfindən 30.600 balla qiymətləndirilən Azərbaycan qrupu bu səfər də 14 qrup sırasında sadəcə İtaliya gimnastlarından geri qaldı. Ümumi nəticədə Azərbaycan gimnastları 63.650 balla turnirin gümüş medalına sahib oldu.[15][16] Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələləri baş tutdu. Azərbaycan gimnastları əvvəlcə beş halqa ilə turnirdə mübarizə apardı. Komandanın bu çıxışı referilər tərəfindən 32.850 balla qiymətləndirildi. Azərbaycan təmsilçilərinin əsas rəqibi hesab olunan İtaliya nümayəndəsi isə 0.400 bal az — 32.450 bal topladı. Bununla da Azərbaycan qrupu turnirin qızıl medalına sahib oldu.[17] 3 lent və 2 topla proqramda isə Azərbaycan gimnastları uğursuz çıxış elədi. Kompozisiyası referilər tərəfindən 24.750 balla qiymətləndirilən qrup nəticələrə əsasən turniri beşinci pillədə başa vurdu. Bununla da Azərbaycan qrupu turniri bir qızıl və bir gümüş medalla başa vurdu.
Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrupun növbəti turniri 20–22 mayda İspaniyanın Pamplona şəhərində baş tutan FIG World Challenge Cup turniri oldu. Komanda əvvəlcə təsnifat mərhələsində beş halqa ilə turnirdə mübarizə apardı. Qrupun çıxışı referilər tərəfindən 29.600 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan təmsilçiləri 10 qrup sırasında beşinci pillədə qərarlaşdı və turnirin final mərhələsinə vəsiqə qazandı. Daha sonra qrup 3 lent və 2 topla proqramını icra elədi. Bu səfər qrupun çıxışı referilər tərəfindən 29.650 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan gimnastları 10 qrup sırasında üçüncü pillədə qərarlaşdı və final mərhələsinə vəsiqə qazandı. Beş halqa ilə proqramda qrupun aşağı bal alması ümumi nəticəyə təsir elədi. Nəticədə Azərbaycan gimnastları ümumi nəticədə 59.250 balla dördüncü pillənin sahibi oldu. Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələləri baş tutdu. Azərbaycan gimnastları əvvəlcə beş halqa ilə turnirdə mübarizə apardı. Komandanın bu çıxışı referilər tərəfindən 31.000 balla qiymətləndirildi. Bu nəticələrə əsasəb Azərbaycan qrupu turnirin bürünc medalına sahib oldu. 3 lent və 2 topla proqramda isə Azərbaycan gimnastlarının çıxışı referilər tərəfindən 27.550 balla qiymətləndirildi. Bu nəticələrə əsasən qrup növbəti dəfə turnirin bürünc medalına sahib oldu.[18]
2022-ci ilin birinci nüfuzlu turniri 15–20 iyunda İsrailin Təl-Əviv şəhərində baş tutan Avropa Çempionatı oldu. Bu turnirdə Azərbaycanı Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup təmsil elədi. Turnirin təsnifat mərhələsində qrup əvvəlcə beş halqa ilə turnirdə mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 33.600 cabbal qiymətləndirilən Azərbaycan gimnastları nəticələrə əsasən üçüncü pillədə qərarlaşdı və final mərhələsinə vəsiqə qazandı. Daha sonra qrup 3 lent / 2 top turnirində çıxış elədi. Bu səfər qrupun çıxışı referilər tərəfindən 31.800 balla qimətləndirildi. Nəticədə üçüncü pillənin sahibi olan Azərbaycan təmsilçiləri turnirin final mərhələsinə vəsiqə qazandı. Ümumi nəticədə isə Azərbaycan gimnastları 65.400 balla Avropa Çempionatının bürünc medalına sahib oldu.[19] Turnirin növbəti günü ayrı-ayrı alətlər üzrə final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş halqa ilə turnirin final mərhələsində mübarizə apardı. Çıxışı referilər tərəfindən 34.750 balla qiymətləndirilən qrup Avropa Çempionatının bürünc medalına sahib oldu. Komanda daha sonra 3 lent / 2 top proqramını icra elədi. Bu səfərdə Azərbaycan gimnastları uğurlu oldu. Kompozisiyası 31.900 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri növbəti dəfə Avropa Çempionatının bürünc medalına sahib oldu. Bununla da Azərbaycan qrupu Avropa Çempionatını üç bürünc medalla başa vurdu.[20]
Avropa Çempionatında uğurlu çıxışdan sonra Azərbaycan gimnastlarının növbəti turniri 8–18 avqustda Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunları oldu.[21] Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup bu turnirdə də Azərbaycanı təmsil elədi. Avqustun 12-də qrup əvvəlcə beş halqa ilə turnirdə çıxış elədi. Komanda bu turnirdə 29.950 bal topladı və sadəcə Özbəjistanı təmsil edən qrupdan geri qaldı. Komanda daha sonra 3 lent / 2 top turnirində mübarizə apardı. Bu turnirdə qrupun çıxışı referilər tərəfindən 32.750 balla qiymətləndirildi və qrup turniri birinci pillədə başa vurdu. Ümumi nəticədə Azərbaycan gimnastları 62.700 balla V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.[22] Avqustun 14-də isə ayrı-ayrı turnirlərdə final mərhələsi baş tutdu. Əvvəlcə beş halqa ilə turnirdə mübarizə aparan qrup bu səfər də uğursuz oldu. Komandanın çıxışı 34.700 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan gimnastları sadəcə Özbəjistanı təmsil edən qrupdan 0.50 bal geri qaldı və islamiadanın gümüş medalına sahib oldu. Növbəti final mərhələsi isə 3 lent / 2 top turnirində oldu. Bu turnirdə Azərbaycan təmsilçilərinin çıxışı 30.300 balla qiymətləndirildi. Nəticədə Azərbaycan qrupu turnirin qalibi oldu. Bu nəticələrə əsasən Azərbaycan gimnastları V İslam Həmrəyliyi Oyunlarını 2 qızıl və 1 gümüş medalla başa vurdu.[23]
2022-ci ilin əsas turniri 14–18 sentyabrda Bolqarıstanın Sofiya şəhərində baş tutan Dünya Çempionatı oldu.[24] Bu turnirdə Azərbaycanı Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva (ehtiyat gimnast), Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup təmsil elədi.[25] Komanda əvvəlcə təsnifat mərhələsində mübarizə apardı. Beş halqa ilə turnirdə Azərbaycan təmsilçiləri uğursuz çıxış elədi. Nəticədə qrupun çıxışı referilər tərəfindən 30.000 balla qiyətləndirildi. Bu nəticələrə əsasən gimnastlar 30 qrup sırasında 14-cü pillənin sahibi oldu. Bundan sonra qrupun ümumi nəticədə medal qazanması şansları azaldı və qrupun əsas məqsədə 3 lent / 2 gürz turnirində uğura nail olmaq idi. Bu turnirdə Azərbaycan gimnastların çıxışı referilər tərəfindən 29.250 balla qiymətləndirildi. Nəticədə qrup dördüncü pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı.[26] Ümumi nəticədə isə qrup 59.250 balla doqquzuncu pillədə qərarlaşdı.
Turniri son günü ayrı-ayrı alətlər üzrə final mərhələsi baş tutdu. Azərbaycan gimnastları cəmi bir turnirdə — 3 lent / 2 gürz turnirində mübarizə aparırdı. 18 sentyabr Azərbaycan idman tarixi üçün əlamətdar bir gün oldu. 3 lent / 2 gürz turnirinin final mərhələsində 8 qrup mübarizə aparırdı. Kompozisiyasını birinci nömrə altında Azərbaycan gimnastları təqdim elədi. Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrupun çıxışı referilər tərəfindən 30.750 balla qiymətləndirildi və birinci pillədə qərarlaşdı. Bundan sonra Azərbaycan gimnastları çıxış edən 7 qrupun nəticələrini gözləməli idi. Üç nömrə altında çıxış edən İtaliya qrupu Azərbaycan gimnastlarından 0.700 bal çox alaraq qrupu geridə qoydu. Daha sonra turnirin favoriti, artıq 2 gümüş medala sahib olan İsrail gimnastları mübarizə apardı. İsrail gimnastlarının çıxışı uğursuz oldu və nəticədə İsrail gimnastları Azərbaycan qrupundan geridə qaldı. Altı nömrə altında çıxış edən Bolqarıstan təmsilçiləri Azərbaycan qrupundan 2.250 bal çox alaraq qrupu geridə qoydu və nəticədə Azərbaycan gimnastları üçüncü pillədə qərarlaşdı. Medalın taleyi sonun çıxış edən İspaniya qrupundan asılı idi. İspaniya gimnastları buna qədər turnirdə 2 bürünc medala sahib olmuşdu, amma bu səfər İspaniya qrupu uğursuz çıxış elədi və 28.450 balla beşinci pillədə qərarlaşdı. Bu minvalla da Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup Dünya Çempionatının bürünc medalına sahib oldu. Bu gimnastlar birinci dəfə qrup turnirində Dünya Çempionatının medalına sahib olmaqla Azərbaycan idman tarixinə düşdülər.[27]
Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 2022-ci ili 3 qızıl, 2 gümüş və 6 bürünc medalla başa vurdu.[28] 2022-ci ilin nəticələrinə əsasən qrup AGF tərəfinən ilin gimnastı ödülünə layiq görüldü.[29]
Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrupun 2023-cü ildə birinci turniri 8–10 apreldə Fransanın Tyer şəhərində baş tutan FIG Fransa Qran-Prisi turniri oldu. Komanda əvvəlcə beş halqa ilə turnirin təsnifat mərhələsində mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 30.300 balla qiymətləndirilən qrup təsnifat mərhələsini beşinci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı. 3 lent / 2 top turnirində isə qrupun çıxışı 27.500 balla qiymətləndirildi. Bu nəticələrə əsasən qrup dördüncü pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı. Ümumi nəticədə isə Azərbaycan gimnastları 57.800 turniri dördüncü pillədə başa vurdu.
Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş halqa ilə turnirin final mərhələsində çıxış elədi və 32.250 balla turnirin bürünc medalına sahib oldu. Daha sonra qrup 3 lent / 2 top turnirində mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 30.550 balla qiymətləndirilən qrup turnirin gümüş medalına sahib oldu. Bununla da Azərbaycan gimnastları turniri bir gümüş və bir bürünc medalla başa vurdu.[30]
Qrupun növbəti turniri 20–24 apreldə Azərbaycanda baş tutan FIG World Cup turniri oldu.[31] Komanda əvvəlcə beş halqa ilə turnirdə mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 33.500 balla qiymətləndirilən Azərbaycan gimnastları 14 qrup sırasında üçüncü pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı.[32] Daha sonra qrup 3 lent / 2 top turnirində çıxış elədi. Bu turnirində qrupun çıxışı 32.250 balla qiymətləndirildi və bu nəticələrə əsasən qrup sadəcə Çin təmsilçilərindən 1.150 bal geri qaldı. Ümumi nəticədə isə qrup 65.750 balla sadəcə İsrail və Çin gimnastlarından geri qaldı və turnirin bürünc medalına sahib oldu.
Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş halqa ilə turnirin final mərhələsində çıxış elədi və 32.950 balla turniri dördüncü pillədə başa vurdu. Daha sonra qrup 3 lent / 2 top turnirində mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 32.300 balla qiymətləndirilən qrup turnirin bürünc medalına sahib oldu. Bununla da Azərbaycan gimnastları turniri 2 bürünc medalla başa vurdu.[33]
Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrupun növbəti sınağı 30 aprel-2 mayda Portuqaliyanın Portimao şəhərində baş tutan FIG World Challenge Cup turnirində mübarizə apardı. Komanda ümumi nəticədə 61.000 balla turnirin bürünc medalına sahib oldu.[34] Ayrı-ayrı alətlər üzrə final mərhələsində isə qrup medala sahib ola bilmədi. Komanda beş halqa ilə turnirdə 32.150 balla, 3 lent / 2 topla turnirdə isə 29.350 balla dördüncü pillənin sahibi oldu.
2023-cü ilin birinci nüfuzlu turniri Avropa Çempionatı oldu. 16–22 mayda Azərbaycanda baş tutan Avropa Çempionatında Azərbaycanı Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup təmsil elədi. Mayın 21-də qrup əvvəlcə 3 lent / 2 top turnirində mübarizə apardı. Kompozisiyasını səhvsiz təqdim edən qrupun çıxışı referilər tərəfindən 32.500 balla qiymətləndirildi. Bu nəticəyə əsasən Azərbaycan təmsilçiləri 18 qrup sırasında birinci pillənin sahibi oldu. Daha sonra qrup beş halqa ilə turnirdə çıxışını təqdim elədi. Proqramın icrası Azərbaycanın milli musiqisisinin sədaları altında icra edildi. Bu proqram qrupun nəticəsi aşağı oldu — 32.900 bal. Bu nəticələrə sasən Azərbaycan gimnastları təsnifat mərhələsini 8-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı, amma bu uğursuz çıxış ümumi nəticəyə təsir elədi. Nəticədə Azərbaycan qrupu 65.400 balla Avropa Çempionatının bürünc medalına sahib oldu.
Turnirin növbəti günü isə 5 halqa və 3 lent / 2 topla turnirin final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş halqa ilə proqramı icra eləsə də, qrupun çıxışı uğursuz oldu. Nəticədə qrup 32.800 balla turniri sonuncu, 8-ci pillədə başa vurdu. Daha sonra qrup 3 lent / 2 topla turnirdə çıxış elədi. Komanda ötən gün təsnifat mərhələsində birinci pillənin sahibi olmuşdu və bu səfər də medala iddialı. Komandanın çıxışı referilər tərəfindən 32.250 balla qiymətləndirildi. Bu nəticəyə əsasən Azərbaycan qrupu birinci pillədə qərarlaşdı. Azərbaycan təmsilçilərindən sonra daha üç qrup — Fransa, Yunanıstan və İspaniya mübarizə apardı. Medala əsas iddialı olan qrup İspaniya idi. Sonuncu sırada çıxış edən İspaniya qrupu nəticədə üçüncü pillənin sahibi oldu. Bununla da Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 39-cu Avropa Çempionatının qızıl medalına sahib oldu.[35] Bu Azərbaycan idmanı tarixində ciddi uğur idi. Azərbaycan müstəqil olduğu 32 il ərzində bədii gimnastların Avropa Çempionatında heç bir zaman qrup turnirində qızıl medala sahib olmamışdı. Ümumiyyətlə isə bu günə qədər cəmi bir gimnast — Aliyə Qarayeva 2007-ci ildə fərdi turnirdə qalib olmuşdu. Həmçinin qrupun heyətində bir legioner belə yer almamışdı. Bu da azərbaycanlıların Avropa Çempionatında birinci qızıl medalı olaraq tarixə düşdü. Çempionluğdan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu olan Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovaya, həmçinin fərdi turnirdə bürünc medala sahib olan Zöhrə Ağamirovaya qazanılan uğura görə minnətdarlığını bildirdi.[36]
Dünya Çempionatı | Yaponiya | T | |||||||||
F | |||||||||||
FIG World Cup | Azərbaycan | T | |||||||||
F | |||||||||||
FIG World Challenge Cup | İspaniya | T | |||||||||
F | |||||||||||
Avropa Çempionatı | İsrail | T | |||||||||
F | |||||||||||
İslam Həmrəyliyi Oyunları | Türkiyə | T | |||||||||
F | |||||||||||
Dünya Çempionatı | Bolqarıstan | T | |||||||||
F | |||||||||||
FIG Fransa Qran-Prisi | Fransa | T | |||||||||
F | |||||||||||
FIG World Cup | Azərbaycan | T | |||||||||
F | |||||||||||
FIG World Challenge Cup | Portuqaliya | F | |||||||||
Avropa Çempionatı | Azərbaycan | T | |||||||||
F | |||||||||||
Dünya Çempionatı | İspaniya | T | |||||||||
F | |||||||||||
FIG Fransa Qran-Prisi | Fransa | T | |||||||||
F | |||||||||||
Tallinn Open | Estoniya | T | |||||||||
F | |||||||||||
FIG World Cup | Azərbaycan | T | |||||||||
F | |||||||||||
FIG European Cup | Azərbaycan | T | |||||||||
F | |||||||||||
Avropa Çempionatı | Macarıstan | T | |||||||||
F | |||||||||||
Zaragoza Cyp | İspaniya | F | |||||||||
Olimpiya Oyunları | Fransa | T | |||||||||
F |
2021— | ||
---|---|---|
| ||
Seniorlar | ||
Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup Azərbaycan idmanı tarixində bir sıra uğurlara imza atıb.