GFAJ-1

Arsen ehtiva edən mühitdə yetişdirilmiş GAFJ-1 bakteriyaları
Fosfatlı mühitdə yetişdirilmiş GFAJ-1 mikrobları
Kaliforniya ştatındakı Mono gölü

GFAJ-1 - Halomonadaceae ailəsinə aid bakteriya. ABŞ, Kaliforniya ştatındaki Mono gölünün qələvi və duzlu sularında NASA əməkdaşı geobioloq Felisa Wolfe-Simon tərəfindən tapılmış ektsremofil (aşırı duzlu, isti, pH və sairə şəraitlərdə yaşayan bakteriya grupu) bakteriyadır. 2010-cu ildə Science jurnalında dərc olunmuş məqalədə iddia olunur ki, bu bakteriya fosfor baxımından məhdudlaşdırıldıqda arsen kimi zəhərli elementi bu maddənin yerinə qismi olaraq istifadə edərək həyatına davam etdirmə qabiliyyətinə malikdir[1]. Bu qeyri-adi nəticə geniş mübahisələrə səbəb olmuşdur. 2012-də aparılan araşdırmalar göstərmişdir ki, bu bakteriyanın DNT-sində arsenik yoxdur və bu ştam sadəcə arsen zəhərinə davamlı, fosfata eytiyac duyan bir orqanizmdir.[2][3][4][5]

Bu mikrob tapılana qədər elm canlı həyat üçün 6 elementin – karbon, hidrogen, nitrogen, oksigen, fosforsulfidin olmasını gərəkli sayıb. Bu elementlər DNT, protein, yağhüceyrələrdə olub. Ancaq Kaliforniya ştatındakı Mono gölündə tapılan bir mikrobun təməl molekullarında fosfor əvəzinə arsenium aşkarlanıb.

“GFAJ-1” adı verilən bu mikrob bu günə qədər canlıların yaşaması üçün mümkünsüz sayılan, dənizlərlə müqayisədə 3 dəfə duzlu olan Mono gölündə yaşamağı bacarıb. Yaşam üçün yararsız sayılan bu mühitdə bu mikrobun yaşadığı üzə çıxıb. Arsenium kimyəvi elementlər cədvəlində fosfordan sonra gəlir və bu iki elementin fiziki olaraq atom böyüklükləri bir-birinə bənzəyir. Kimyəvi quruluşlarında da bənzərlik var. Laboratoriyada mikrobun fosfor olmayan bir mühitdə necə yaşadığını araşdırılıb. Gərəkli bütün elementlərin olduğu mühitdə yalnız fosfor olmamışdır, onu arseniumla əvəz etdikdə, nəticədə mikrobun böyüdüyü və inkişaf etdiyi görünüb. Daha sonra bunun necə baş verdiyi araşdırılıb və mikrobun DNT-si öyrənilib. DNT-də də arseniumla rastlaşılıb. Fosfor kimi arsenium da hüceyrənin içərisində olub.

  1. Wolfe-Simon, Felisa; Blum, Jodi Switzer; Kulp, Thomas R.; Gordon, Gwyneth W.; Hoeft, Shelley E.; Pett-Ridge, Jennifer; Stolz, John F.; Webb, Samuel M.; və b. "A bacterium that can grow by using arsenic instead of phosphorus". Science. 332 (6034). 2 December 2010: 1163–1166. doi:10.1126/science.1197258. PMID 21127214. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2011.
  2. "Studies refute arsenic bug claim". BBC News. 9 July 2012. 2017-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-10.
  3. Tobias J. Erb; Patrick Kiefer; Bodo Hattendorf; Detlef Gunter; Julia Vorholt. "GFAJ-1 Is an Arsenate-Resistant, Phosphate-Dependent Organism". Science. 337 (6093). July 8, 2012: 467–70. doi:10.1126/science.1218455. PMID 22773139. 2012-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-10.
  4. RRResearch Arxivləşdirilib 2017-05-13 at the Wayback Machine By Rosie Redfield. January 16, 2012
  5. Marshall Louis Reaves; Sunita Sinha; Joshua Rabinowitz; Leonid Kruglyak; Rosemary Redfield. "Absence of Detectable Arsenate in DNA from Arsenate-Grown GFAJ-1 Cells". Science. 337 (6093). July 8, 2012: 470–3. doi:10.1126/science.1219861. PMC 3845625. PMID 22773140. 2012-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-10.