GTL texnologiya (ing. Gaz-To-Liquid, qazdan - maye) – təbii qazdan yüksək keyfiyyətli, kükürdsüz karbohidrogen məhsullarının alınması prosesidir.
GTL texnologiyasının təməli alman kimyaçıları Frans Fişer və Hans Tropş tərəfindən qoyulmuşdur. Onların kömürün tədqiqi üzrə “Adi təzyiq altında neft karbohidrogenlərin birbaşa sintezi haqqında” adlı işi 1926-cı ildə işıq üzü gordü. Sonralar bu proses Fişer-Tropş prosesi adlandırıldı. Alman alimləri yanacaq mənbəyi olan maye karbohidrogenləri - daş kömürünü qızdırılmaqla, su buxarının keçirilməsi ilə almışlar. Beləliklə , GTL texnologiyası yaradıldı, yəni təbii qazın yüksək keyfiyyətli kükürdsüz karbohidrogen məhsullarına çevrilməsi prosesi. Bu proses üç mərhələdən ibarətdir:
Shell firması bu texnologiyaya 1973-cü ildə qayıtdı. Bir neçə onillik lazım oldu ki, GTL texnologiyası yenidən təkmilləşdirilsin və işə salınsın. Bu sahədə Şhell firmasının kimyaçıları 3500 –dən çox patentə sahib oldular. 2012-ci ildə Qətərdə Shell firması 20 mlrd. dollarlıq sərmaye qoyaraq təbii qazdan sintetik karbohidrogenlərin istehsalı üzrə iri bir zavod işə saldı.
Zavod – sutkada 30 min barrel baza yağı, ildə təxminən 1 mln tona yaxın yağ istehsal etmək gücünə malikdir. Sahəsi – 453 futbol meydançasına ekvivalentdir. Zavod, qaz-maye konversiyalı məhsulları – nafta, normal parafinləri, baza sürtkü yağlarını, kerosini (avia yanacaq qismində) və qazoylları (dizel)- istehsal edir. Bu birləşmələri neftdən də almaq olar, lakin onların qazdan sintez edilməsinin bir neçə üstün cəhəti var.
Qazdan alınan baza yağının üstünlüyü - qatqısız, kristal qədər təmiz olmasıdır. GTL texnologiyası ilə sintez edilən baza yağı əsasında alınan sürtkü materiallarının istifadəsinin üstünlüyü