Galanz

Galanz
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye İstehsalat
Məhsulu məişət texnikası
Təsis tarixi 1978
galanz.com
galanz.com.cn
galanz.co.jp
galanzkorea.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Guangdong Galanz Enterprises Co., Ltd. (Çincə: 格兰仕; pinyin: Gélánshì) baş ofisi Foşan, Guangdong şəhərində yerləşən və 28 sentyabr 1978-ci ildə əsası qoyulmuş elektron məişət texnikası istehsalçısıdır. 2019-cu ilin yanvar ayına olan statistik məlumatlara əsasən, Galanz dünyada istehsal olunan mikrodalğalı sobaların təxminən yarısını istehsal edir.[1]

Bu illər ərzində Galanz məhsul xəttini kondisionerlər, paltaryuyan maşınlar, toster sobaları, soyuducular və digər məişət texnikaları ilə genişləndirmişdir.[2] Şirkətin hal-hazırda Foşan şəhərinin Shunde rayonunda və Zhongshan şəhərində istehsal bazaları mövcuddur və şirkətin baş ofisində 13 törəmə müəssisə, Çin üzrə 52 satış ofisi və Honq-Konq, Yaponiya, Koreya, AvropaŞimali Amerikadakı filialları əhatə edən 50.000-dən çox işçisi mövcuddur.

1978-ci ildə Liang Qingde tərəfindən qurulan Galanz əvvəlcə ördək tüklərinin ticarəti ilə məşğul olan bir şirkət olmuşdur.

1992-ci ildə Galanz məişət texnikası sənayesinə daxil olmuş və mikrodalğalı sobaların Çinin gündəlik həyatına daxil olmasına imkan yaratmışdır.

1993-cü ildə Galanz şirkəti sınaq üçün 10.000 ədəd mikrodalğalı soba istehsal etmişdir.

1995-ci ildə Galanz 25,1%-lik bazar payı ilə Çinin mikrodalğalı soba bazarında birinci yeri tutmuşdur.

1998-ci ildə Galanz 40%-lik qlobal bazar payı ilə dünyanın ən böyük mikrodalğalı soba istehsalçısı olmuşdur.

1999-cu ildə Galanz-ın istehsalı və satışı 6 milyon ədədi keçmişdir.

2000-ci ildə Galanz kondisioner və soyuducu sənayesinə daxil olmuşdur.

2001-ci ildə Galanz şirkətinin qlobal istehsalı və satışı 12 milyon ədədə yüksəlmişdir.

2002-ci ildə Galanz şirkəti elektriklə işləyən soba sənayesinə daxil olmuşdur.

2007-ci ildə Galanz qlobal bazarda soyuducu, paltaryuyan, quruducu və qabyuyan məhsullarını təqdim etməyə başlamışdır. Elə həmin il Galanz mərkəzi kondisioner sənayesinə daxil olmuşdur.

2009-cu ildə Galanz toster sobalarının 1 nömrəli ixracatçısına çevrilmişdir.

2014-cü ildə ChinaDaily Galanz şirkətini Çində ilk on məişət texnikası istehsalçısı arasında 8-ci yerə layiq görmüşdür.[2]

2015-ci ildən Galanz şirkəti tam avtomatik istehsal xətləri yaratmağa başlamışdır.

28 sentyabr 2019-cu ildə Galanz şirkəti, tərsinə fərdiləşdirilmiş eksklüziv çiplərə nail olan məişət texnikası müəssisəsinə çevrilərək ilk IoT cihaz çipini — "BF-Xijiao"nu beynəlxalq bazarlara təqdim etmişdir.

2020-ci ildə Foşanın Şunde rayonunda yerləşən Galanz şirkətinin Sənaye 4.0 istehsal bazasının birinci mərhələsi öz fəaliyyətinə başlamışdır.[3]

2021-ci ildə Galanz şirkəti Whirlpool(Çin) üçün təklifini tamamlamış və onun hakim səhmdarına çevrilmişdir.[4]

29 may 2021-ci il axşam saatlarında Galanz şirkəti tərəfindən hazırlanmış olan dünyanın ilk aerokosmik mikrodalğalı sobası kosmosa göndərilmişdir.[5]

  1. Christensen, Clayton M.; Ojomo, Efosa; Dillon, Karen. "Cracking Frontier Markets". Harvard Business Review. January 2019. 30 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2020.
  2. 1 2 "Top 10 home appliance makers in China[3] |chinadaily.com.cn". africa.chinadaily.com.cn. 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.
  3. "Galanz sees growing overseas demand amid outbreak - Chinadaily.com.cn". www.chinadaily.com.cn. 2020-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.
  4. 张洁. "Galanz finishes offer for Whirlpool China". www.chinadaily.com.cn. 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-20.
  5. 姜璐. "Microwave makes space station feel like home". global.chinadaily.com.cn. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-20.