Gaska | |
---|---|
xorv. Gacka | |
Ölkə | Xorvatiya |
Mənsəbi | Adriatik dənizi |
Uzunluğu | 61 km |
Su hövzəsi | Adriatik dənizi |
Hövzəsinin sahəsi | 584 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gaska (xorv. Gacka) — Xorvatiyada çay. Gaska çayı Liçko-Senska bölgəsinə (jupaniya) aiddir və Plitviçka Gölləri Milli Parkı ilə həmsərhəddir. Çayın böyük hissəsi yer altı axıma malikdir.[1]
Gaska çayının uzunluğu 61 km-dir.[2] Yer üstü axım hissəsinin uzunluğu 32 km-dir. Ancaq həyata keçirilən axım nizamlayıcı işlərdən sonra çayın uzunluğu 11 km olmuş.[3] Çay hövzəsinin sahəsi — 584 km²,[2] ən dərin yeri isə - 10 metrdir. Yay aylarında suyun temperaturu — 10,8 °C, qışda isə — 7,9 °C olur.[2]
Çay öz başlanğıcını Karst yaylasının cənub-şərqində götürür. Çayın ən yüksək mənbəyi dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Gaskanın istiqaməti şimal-qərb olub, Velebit və Mala Kapela silsilələri arasında axır. Su sərfi 6,3 m³/s-dir, orta axarda orta su sərfi 3,3 m³/s-dir[2]. Çay üzərində Otoças şəhəri yerləşib. Bu şəhərdən sonra Gaska Lika çayı ilə birləşir və sonra yer altı tunellə Qusiç gölünə tökülür. Göldən isə başqa bir tunellə Adriatik dənizinə tökülür.[3][4] Mənsəbə yaxın hissədə çayın suyundan "Sen" və "Sklope" SES-lərində elektrik enerjisi almaq üçün istifadə olunur.[5]
Çay yatağında çoxlu mağaralar və boşluqlar var. Gaska çayı yatağınının öyrənilməsinə XX əsrin ikinci yarısından başlanılıb. Müasir dövrdə belə ərazidə yetərincə öyrənilməyən mağaralar var.[6] Çay üzərində onlarca su dəyirmanı var.
Çayın sahilində turizm inkişaf edib. Daha çox balıqçılıq və meşə turizmi üstünlük təşkil edir. Çayın orta axarında tez-tez "Gaska kuboku" adlı balıqçıların yarışması keçirilir.[7] Çay farel balığı ilə zəngindir. Ərazidə farel yetişdirmə zavodları fəaliyyət göstərir. Balıq tutma mövsümü 1 martdan 31 oktyabra qədərdir.[8]