Gavalıyarpaq alma

Gavalıyarpaq alma
Elmi təsnifat
Beynəlxalq elmi adı

Gavalıyarpaq alma (lat. Malus prunifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Şimali Çindir. Təbii halda Avropa və Asiyada geniş yayılmışdır. Mədəni şəraitdə 1750-ci ildən becərilir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10 m-dən çox olan dekorativ ağacdır. Ağacın budaqları açıq-qonur və ya qırmızı rənglidir, enli, yumru çətir əmələ gətirir. Yarpaqları yumurtaşəkilli, ellipsvari və ya uzunsovdur, ucu biz, kənarları xırda dişlidir, əvvəl tüklü olub, sonradan çılpaqlaşır, parlaq tünd-yaşıl rənglidir, uzunluğu 10 sm-ə, eni isə 5-6 sm-ə çatır. Çiçəklərinin diametri 3 sm-ə yaxındır, ağ, bəzən çəhrayı rənglidir, 5-6 ədədi bir yerdə olmaqla çətirşəkilli çiçək qrupunda yerləşmişdir. Meyvələrin diametri 3 sm-ə çatır, şarşəkillidir, sarı və ya qırmızı rəngdədir.

Almanın bu növü quraqlığa davamlıdır, yüngül qumsal torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Lənkəranda, Qubada, İsmayıllıda həyətyanı sahələrdə mədəni şəraitdə becərilir.

Yaşıllaşdırmada tək, qrup və xətvari əkinlərdə istifadə edilir.