Gavialosuchus | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Gavialosuchus |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Gavialosuchus — Avropada Erkən Miosendə yayılmış, Tomistominae altsinfinin nəsli kəsilmiş timsah cinsi[1][2]. Gavialosuchusların qalıqları 1866–1872-ci illərdə Avstriyada bir dəmir yolu tikintisi zamanı tapılır: ilk dəfə Avstriyalı geoloq və arxeoloq Yohann Kraqulets tərəfindən aşkar edilir. Paleontoloqlar Frans Tula və Yohann Kayl Gavialosuchusun kəlləsini dağıntılardan çıxararaq 1885-ci ildə yeni bir növ olan Gavialosuchus eggenburgensisi elan edir.
Gavialosuchus eggenburgensis növü Avstriyada Erkən Miosendə yayılması məlumdur.
Mayrik (2001) Gavialosuchus americanusu və Thecachampsa antiqua ilə sinonimləşdirməyi təklif edir. Paolo Piras və yoldaşları (2007) Gavialosuchus americanus və Gavialosuchus carolinensisin sonuncu cinsin ayrı növləri olaraq Thecachampsaya köçürülməsini müdafiə edir. Juve (2008) Gavialosuchus americanusu Gavialosuchusda saxlayaraq, Gavialosuchus eggenburgensisin də bu qrupda olduğunu təsbit edir. Bununla birlikdə, Juve (2008) Thecachampsa antiquanı filogenetik analizlərinə daxil etməmişdir. Çinli paleontoloqlar 2009-cu ildə Gavialosuchus americanus və Gavialosuchus eggenburgensisin qardaş takson olmadığını kəşf edir, lakin analizlərinə Thecachampsa antiqua və Gavialosuchus carolinensis[3] daxil etməmişlər. Kristofer Broşu və Qlen Stors (2012) digər timsahlarla birlikdə dörd növü də analiz edir. Piras və digərlərini dəstəkləyən nisbi güclü dəlillər tapır (2007). Vims (2018) Gavialosuchus americanus və Gavialosuchus carolinensisin Thecachampsaya aid olduğunu qəbul edir[4].
Beləliklə, Gavialosuchus eggenburgensis ayrı bir növdür və Amerikanın Gavialosuchus carolinensis və Gavialosuchus americanus növlərindən fərqləndirilməlidir. Nəsli kəsilmiş yapon timsahı Toyotamaphimeia machikanensis ilə eyni qrupa aiddir.
Çağdaş qohumlarından fərqli olaraq, gavialosuchuslar çay hövzələrində və sahil kənarındakı dayaz sularda yaşayırdılar. Əsasən balıq yeyirdilər.