Gecyetişən armud

Gecyetişən armud
Elmi təsnifat
Beynəlxalq elmi adı

Gecyetişən armud (lat. Pyrus pyrifolia), bəzi ölkələrdə Asiya armudu, yapon armudu, Çin armudu,[1][2] Koreya armudu,[3][4][5] Tayvan armudu, alma armudu[6] və s.— bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yaponiyada, Şimali Amerikada, Mərkəzi Asiyada və Çində bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10–15 m-ə çatan ağacdır. Zoğları çılpaq və ya tükcüklü, bəzən isə keçətükcüklüdür. Yarpaqları uzunsov, yumurtavaridir, 7–12 sm uzunluqda, 4–6 sm enindədir. Kənarları dişlidir və açıq-yaşıl rəngdədir. Yarpaqların hər iki tərəfi əvvəlcə az tükcüklü olub, sonradan çılpaqlaşır. Çiçəkləri 6–9 ədəd olub, qrup halında yerləşmişdir. Meyvəsinin uzunluğu 5–7 sm-ə çatır, kürə formalı, yandan sıxılmış üzəri xallıdır, qonuru-ağımtıl rəngdədir. Aprel ayında çiçəkləyir, avqust-sentyabr aylarında meyvələri yetişir.

Soyuğa, istiyə rütubətə davamlı növdür. Çöl-çəmən torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda, Lənkəran düzənliyində, Abşeronda bağ və parklarda rast gəlinir.

Asiya armudu ət marinadlarında işlənilir, özəlliklə mal əti üçün marinadlarda, çünki onun tərkibində ətdəki zülalları yumuşaldan fermentlər var. Məsələn, Koreya mətbəxində o, bulqogi marinadında işlənilir.[7][8] Kimçi reseptlərində də Asiya armudunun püresi istifadə olunur.[9] Onun püresi həmçinin şəkərin əvəzinə sirkə və ya soya sousu əsasında hazırlanan souslara əlavə olunur.[10]

  1. Bailey, L.H.; Bailey, E.Z.; the staff of the Liberty Hyde Bailey Hortorium. Hortus third: A concise dictionary of plants cultivated in the United States and Canada. New York: Macmillan. 1976. ISBN 9780025054707.
  2. Şablon:PLANTS
  3. Lee, Ho-Sun; Isse, Toyoshi; Kawamoto, Toshihiro; Woo, Hyun-Su; Kim, An Keun; Park, Jong Y.; Yang, Mihi. "Effects and action mechanisms of Korean pear (Pyrus pyrifolia cv. Shingo) on alcohol detoxification". Phytotherapy Research. 26 (11). November 2012: 1753–1758. doi:10.1002/ptr.4630. PMID 22451246.
  4. Mishkin, Leah. "Korean pear season in full swing at Hamilton Township farm". NJTV News. 9 October 2017. 25 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2018.
  5. Coyne, Kevin. "Evergreen Farm Taps New Jersey Market for Ethnic Crops". The New York Times. 21 August 2009. 29 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2018.
  6. アジア1の生産を誇る延辺龍井リンゴ梨 接ぎ木から100周年を祝う. KoreaWorldTimes (yapon). 2021-05-17. 2021-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-30.
  7. Hagedorn, David. "Cook Asian pears at your peril". Washington Post (ingilis). 2012-11-27. ISSN 0190-8286. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
  8. Kim, Emily [Maangchi]; Roskin, Julia. "Bulgogi (Korean Grilled Beef) Recipe". New York Times Cooking (ingilis). 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
  9. "Arxivlənmiş surət". 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  10. Imatome-Yun, Naomi. "What You Should Know About the Bae Pear". The Spruce Eats (ingilis). 2019-08-18. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.