Generalissimus (lat. generalissimus) — bir sıra ölkə ordularında ali hərbi rütbə. Bəzi ölkələrdə yüksək hökumət adamlarına və ya hökmranlıq edən ailə üzvlərindən bəzilərinə verilən fəxri ad.
Bir qayda olaraq bu rütbə müharibə dövründə böyük ordu birləşmələrinə komandanlıq etmiş generallara verilir. Bəzən bu ad dövlət başçılarına və kral ailə üzvlərinə də verilib.
Tarixdə ilk generalissimus rütbəsini 1569-cu ildə Fransa kralı IX Karlın qardaşı 18 yaşlı gələcək kral Henrix Valua almışdır. Fransa tarixində 12, Avstriya tarixində 9, Almaniya tarixində 3, İtaliya tarixində 3, Çin tarixində 6, Rusiya tarixində 6, SSRİ tarixində 1 nəfər generalissimus rütbəsi daşımışdır.
Hərb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |