Georgi Poltavçenko

Georgi Poltavçenko
rus. Полтавченко, Георгий Сергеевич
Sankt-Peterburqun 3-cü qubernatoru
31 avqust 2011 – dən
ƏvvəlkiValentina Matviyenko
Şəxsi məlumatlar
Doğum tarixi (71 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Bakı
Partiya
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Yekaterina Poltavçenko
Uşağı oğlu: Aleksey Poltavçenko
Dini şərqi ortodoks xristianlıq
Rütbəsi general
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georgi Poltavçenko (rus. Полтавченко, Георгий Сергеевич) — Sankt-Peterburqun qubernatoru (2011).

Georgi Sergeyeviç Poltavçenko 23 fevral 1953-cü ildə Bakıda hərbi dənizçi ailəsində anadan olub.

Poltavçenko 7 yaşında ikən ailəsi ilə birlikdə Leninqrada köçüb. Buna səbəb Nikita Xruşşovun təşəbbüsü ilə Sovet ordusunda aparılan ixtisarlar nəticəsində Sergey Poltavçenkonun işsiz qalması olub.

1976-cı ildə Leninqradda ali təhsili başa vuran Poltavçenko öncə yerli hərbi müəssisələrdə çalışıb, daha sonra isə Dövlət Təhlükəsizlik Komitəsində işə qəbul olunub və uzun illər bu sistemdə çalışıb.

Yeni təyinatından öncə Poltavçenko Rusiya prezideninin Mərkəzi Federal Dairədə səlahiyyətli nümayəndəsi olub. Rusiya mətbuatına görə, Poltavçenko hazırkı Rusiya rəhbərliyinin ən etibarlı şəxslərindən biridir.[1]

  1. "Bakılı Georgi Poltavçenko Sankt-Peterburqun qubernatoru oldu". 2011-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]