Georgi Pırvanov | |
---|---|
bolq. Георги Седефчов Първанов | |
22 yanvar 2002-ci il – 22 yanvar 2012-ci il | |
Vitse-prezident | Angel Marin |
Əvvəlki | Pyotr Stoyanov |
Sonrakı | Rosen Plevneliev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Siriştnik, Pernik vilayəti, Bolqarıstan Xalq Respublikası |
Partiya |
Bolqarıstan Kommunist Partiyası (1981—1991) Bolqarıstan Sosialist Partiyası (1991—2014) Bolqar Dirçəlişi Uğrunda Alternativ (с 2014) |
Təhsili | Sofiya Universiteti |
İxtisası | tarixçi |
Fəaliyyəti | siyasətçi, tarixçi |
Həyat yoldaşı | Zorka Pırvanova (1958) |
Uşaqları | oğulları Vladimir və İvaylo |
Dini | şərqi ortodoks xristianlıq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Georgi Sedefçov Pırvanov (bolq. Георги Седефчов Първанов; 28 iyun 1957[1][2][…]) — Bolqar siyasətçi, 2002–2012-ci illərdə Bolqarıstan prezidenti.
Georgi Pırvanov 1981-ci ildə Sofiyada Klement Oxridski Universitetinin Tarix fakültəsini bitirib. 1981-ci ildən Bolqarıstan Kommunist Partiyasının (sonralar Bolqarıstan Sosialist Partiyasının) üzvü olub. Elə həmin il Bolqarıstan Kommunist Partiyası Tarixi İnstitutunda elmi işçi işləməyə başlayıb. 1988-ci ildə tarix sahəsi üzrə doktorluq dissertasiyası müdafiə edib. 1989-cu ildən BKP Tarixi İnstitutunda böyük elmi işçi işləyib. Açıqlanmış məlumatlara görə Bolqarıstan Dövlət Təhlükəsizlik Komitəsinin "Qotse" ləqəbli əməkdaşı olub[3]. 1994-cü ildə Bolqarıstan Xalq Məclisinin deputatı seçilib, radio və televiziya yayımı üzrə komissiyanın tərkibində fəaliyyət göstərib. 1994-cü ildə Bolqarıstan Sosialist Partiyasının Ali Şurası sədrinin müavini, 1996-cı ildə issə BSP-nin sədri olub. 1997-ci ildə yenidən deputat seçilib, "Demokratik Sol Qüvvələr" və "Bolqarıstan Uğrunda Koalisiya" fraksiyalarına başçılıq edib. 2001-ci ilin noyabrında prezident seçilib. 2006-cı ildə seçkilərdə millətçi Volen Siderova qalib gələrək yenidən ölkə prezidenti olub.