Gerş Budker

Gerş Budker
Doğum tarixi 1 may 1918(1918-05-01)[1][2][…]
Vəfat tarixi 4 iyul 1977(1977-07-04)[3] (59 yaşında)
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Yujnoye qəbiristanlığı[d]
Elm sahələri Nüvə fizikası
Elmi dərəcələri
Elmi adları
İş yerləri
  • Kurçatov İnstitutu[d]
Təhsili
Elmi rəhbərləri İqor Tamm, İqor Kurçatov
Üzvlüyü
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Rusiya Federasiyasının dövlət mükafatı "Lenin" mükafatı "Stalin" mükafatı

Gerş Budker (1 may 1918[1][2][…]4 iyul 1977[3]) – nüvə fizikası və sürətləndiricilər fizikası üzrə ixtisaslaşmış sovet fiziki. Lenin mükafatıSSRİ Dövlət mükafatı laureatı.

1941-ci ildə Moskva Dövlət Universitetini bitirmişdir. 1946-cı ildən SSRİ Elmlər Akademiyasının 2 №-li laboratoriyasında (Atom Enerjisi İnstitunda) işləmişdir. SSRİ Elmlər Akademiyası Sibir şöbəsinin Nüvə Fizikası İnstitunun yaradıcısı və direktoru Novosibirsk Universitetinin professoru olmuşdur.

Əsas elmi əsərləri uran-qrafıt nüvə reaktorları nəzəriyyəsinə, sürətləndiricilərin nəzəriyyəsi və hesablanmalarına, yüksək enerjilər fizikasına, plazma fizikasına və idarəolunan termonüvə sintezi probleminə aiddir. Stabilləşdirilmiş relyativist elektron dəstəsinin yaranması şərtlərini hesablamışdır. 1952-ci ildə açıq maqnit tələlərində yüksəktemperaturlu plazmanın saxlanması ideyasını irəli sürmüşdür. Yüksək enerjilər fizikasının yeni istiqamətini qarşılaşan dəstələr metodunu işləyib hazırlamışdır. Onun rəhbərliyi altında ilk dəfə ölkədə qarşılaşan elektron-elektron və elektron-pozitron dəstələrinin sürətləndiriciləri qurulmuşdur. Ağır zərrəciklər dəstəsinin elektron soyudulması və qızmar plazmanın termoizolyasiyası üsullarını təklif etmişdir.

  1. 1 2 Будкер Герш Ицкович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Gersch Izkowitsch Budker // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Bibliothèque nationale de France Guerch Itskovitch Boudker // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.