Ghods Saeghe | |
---|---|
Hazırlayan | Qüds Aviasiya Sənayesi Şirkəti, Tehran |
İstehsalçı | Qüds Aviasiya Sənayesi Şirkəti, Tehran |
Baş konstruktor | Qüds Aviasiya Sənayesi Şirkəti, Tehran |
İstismara verilmə tarixi | 2013 |
Status | Hal-hazırda istifadə olunur |
İstismarçılar | İran Silahlı Qüvvələri |
Vikianbarda əlaqəli mediafayllar |
İranın zərbə tipli “Ghods Saeghe” PUA-sı 2013-cü ildə Tehrandakı “Qhods Aviation” şirkətində hazırlanaraq istehsal edilib. PUA hazırda İran Silahlı Qüvvələrinin silahlanmasında istifadə olunur.[1]
“Saeghe” aşağıda quraşdırılan delta qanadlara və uzunsov füzelyaja malikdir. İdarəetmə pərləri üfüqi stabilizator üzərində yerləşir. “Saeghe” tamamilə kompozit materialdan hazırlanır. PUA-nın konfiqurasiyasında 18.6 kVt (25 at gücündə) WAE-342 itələyici mühərrikdən istifadə edilir. Onun buraxılması üçün JATO adlanan qısa metal qollara malik katapultdan istifadə edilirdi. Pilotsuz vasitə quruya və ya suya paraşütlə enə bilir.
“Saeghe” PUA-ları iki versiyada istehsal edilib. Birincisi, yalnız radio vasitəsilə idarəetmə sisteminə, digəri isə GPS və IR şüalanmalı idarəetmə sisteminə malikdir. Hər iki versiya katapult ilə buraxılır və paraşütlə endirilir.[2]
“Saeghe-1” PUA-sının uçuş trayektoriyası və manevrləri radio komandalarla idarə olunur. Bu variant N-Q-A 100 kimi də tanınır.
“Saeghe-2” daha inkişaf etmiş bir avionikaya sahibdir, pilotsuz vasitə ilə yerüstü idarəetmə stansiyası arasında telemetrik əlaqə mövcuddur. PUA-nın operatorun müşahidə zonasından kənarda idarə edilməsi GPS naviqasiyasına əsaslanır. “Saeghe-2” girosabit radar reflektoruna və üç ədəd IR sensora malikdir.
PUA-lar kiçik bir mikroavtobusda daşına bilən yerüstü idarəetmə stansiyasından idarə olunur. “Saeghe-2” ilk dəfə 2002-ci ildə havaya qalxıb.