Google Adwords | |
---|---|
Tipi | İnternet elanı[d] |
Tərtibatçı | |
Yayımlanma tarixi | 23 oktyabr 1996 |
Sayt | ads.google.com/home/ |
Vikianbarda əlaqəli mediafayllar |
Google şirkətinin böyük layihələrindən biridir. İnternetdə reklamverənlər tərəfindən istifadə olunur. Adwords ilə verilən reklamlar Google Adsense vasitəsilə reklam yayımçıların qeydiyyatdan keçirdiyi saytlarda və ya bloqlarda yayımlanır.
Reklam sahibi yayımlanmasın istədiyi reklamı reklam başlığı, reklam mətnini, URL daxil edərək büdcə təyin edir. Reklamçılar reklamların göstəriləcəyi ölkəni, bölgəni və ya şəhəri seçə bilərlər. Bundan əlavə, onlar reklamların göstəriləcəyi gün və vaxt intervallarını, həmçinin reklamların nümayiş ediləcəyi yaş və cins kimi demoqrafik xüsusiyyətləri göstərə bilərlər. Reklamlar Google axtarış nəticələrində açar sözlərlə əlaqəli mətn reklamları şəklində göstərilir.[1]
Google reklam sahələrini 2016-cı ilin fevralında həyata keçirmiş olduğu bir yeniləmə ilə dəyişdirmişdir. Müvafiq olaraq, axtarış nəticələrinin üst hissəsindəki reklamçıların sayı 3-dən 4-ə artırılmış və sağ sütundakı reklamlar çıxardılmış və yalnız alış-veriş elanları daxil edilmişdir. Axtarış nəticələri səhifəsinin altında isə 3 ədəd reklam sahəsi açılmışdır və beləliklə açar sözlər rəqabətinə müvafiq olaraq maksimum cəmi 7 reklam sahəsi təyin olunmuşdur.
Klikə görə ödəniş sektora görə dəyişir və sektordakı rəqabətə görə müəyyən edilir. Reklamverən reklamı üçün müəyyən bir büdcə təyin edir və ödəniş həyata keçirdir. Reklamlar pulsuzdur; yalnız bir klik başına, müəyyən edilmiş ödəniş ödənilmiş məbləğdən tutulur.. [2]
Google axtarış reklamları Arxivləşdirilib 2020-09-28 at the Wayback Machine